arrow whitearrow white

SEM nədir?

arrow down
SEM nədir?

SEM nədir. SEM necə çalışır. SEM-in əhəmiyyəti. Necə uğurlu SEM kampaniyası qurmaq olar.

SEM nədir?

Biz internetdə müxtəlif suallara və sorğulara cavab axtardıqca, brendlər üçün veb-səhifələrinin rəqiblərinin səhifələrindən yuxarıda yerləşməsi daha vacib hala gəlir. Bu səbəbdən axtarış motoru marketinqi, yəni SEM (Search Engine Marketing), marketinqin vacib bir hissəsinə çevrilib.

Axtarış motoru marketinqi (Search Engine Marketing – SEM), ödənişli reklamlar vasitəsilə bir veb-səhifənin axtarış nəticələri səhifələrində (SERP) görünürlüğünü artırmaq məqsədilə həyata keçirilən fəaliyyətlərdir. SEM bəzən daha geniş mənada istifadə olunaraq PPC (klik başına ödəniş) və SEO (axtarış motoru optimizasiyası) kimi digər rəqəmsal marketinq strategiyalarını da əhatə edən bir termin olaraq işlədilə bilər. Ancaq ümumilikdə SEM dedikdə, biz əsasən ödənişli reklamları və SERP-də ödənişli şəkildə optimizasiya olunmuş strategiyaları nəzərdə tuturuq.

Google ən məşhur axtarış motoru olduğuna görə, bir çox marketoloqlar ödənişli reklamlar yaratmaq üçün Google Ads ilə işləyir. Bununla belə, istifadə oluna biləcək başqa platformalar da mövcuddur.Google kimi bir axtarış motorunda hər hansısa bir mövzunu axtardığınız zaman, səhifənin yuxarısında axtardığınız ifadə ilə əlaqəli mətn və ya məhsul reklamları görürsünüz, bu nəticələrin altında isə orqanik (ödənişsiz) nəticələr sıralanır. Yuxarıda görünən bu reklamlar, reklamverənlərin pul ödədiyi nəticələrdir. Bunlar istifadəçinin SERP-də ilk gördüyü nəticələr olur, bu isə brendlər üçün məhsullarını, reklamlarını, bloqlarını və ya aksiyalarını auditoriyaya göstərmək baxımından əla fürsətdir.

PPC reklamları istifadəçiləri birbaşa sizin vebsaytınıza və ya xüsusi olaraq hazırlanmış açılış səhifənizə yönləndirərək dönüşümləri (conversions) artırmağa kömək edir. Buna görə də, SEM şirkətlərin onlayn reklam üçün tez-tez seçdiyi bir üsuldur. Reklam kliklərinə görə daha çox pul xərclənsə də, orqanik üsullara nisbətən marketoloqlar tez-tez bu növ ödənişli onlayn reklamda yüksək ROI (investisiya üzrə gəlir) müşahidə edirlər.


SEM necə çalışır?

Axtarış motoru marketoloqları əvvəlcə böyük axtarış həcminə sahib açar sözləri müəyyən edir və sonra həmin açar sözlər üçün Axtarış Motoru Nəticə Səhifələrində (SERP) reklam sahəsi alırlar. Bu kampaniyalar klik başına ödəniş (PPC) sistemi ilə işləyir, yəni istifadəçi reklamı kliklədikcə marketoloq axtarış motoruna ödəniş edir. Məhsul və xidmət satan təşkilatlar üçün SEM reklamı vasitəsilə əldə edilən müştərilərdən gələn gəlir PPC xərclərindən daha çox olmalıdır.

SEM reklamları SERP-də SEO ilə əldə edilən orqanik nəticələrdən yuxarıda yerləşdirilir. Bu reklamlar orqanik nəticələrə bənzər şəkildə görünür və aşağıdakı xüsusiyyətləri daşıyır:

  • başlıqlar və ya başlıq etiketləri;

  • veb səhifənin məzmununu qısa şəkildə təsvir edən meta təsvirlər;

  • istifadəçiləri müəyyən bir hərəkətə təşviq edən çağırışlar (məsələn, məhsul almaq və ya xidmətə abunə olmaq);

  • URL hiperlinkləri.


SEM-in əhəmiyyəti

  • Rəqəmsal marketinq. Onlayn alış-veriş müştərilərin ən çox istifadə etdiyi alış üsullarından biridir. SEM kampaniyaları, rəqəmsal marketinqin təsir sahəsini genişləndirmək məqsədilə ən çox maraq oyadan açar sözləri müəyyən edir və istifadə edir. Əsas məqsəd, məhsul və ya xidmətlə maraqlanacaq istifadəçiləri cəlb etməkdir. Yəni, SEM kampaniyaları ən gəlirli açar sözləri hədəfləyir.

  • Yüksək konversiya. SEM-in əsas üstünlüklərindən biri odur ki, məhsulu istifadəçilərin alış etməyə hazır olduqları anda onların qarşısına çıxarır. Məsələn, “soyuducu” kimi bir məhsul üçün reklam verildikdə, bu məhsulu almaq istəyənlər ilk olaraq həmin reklamı görəcəklər. SEM vasitəsilə reklamı klikləyən istifadəçilərin alış etmə ehtimalı yüksək olur və bu da brendin konversiya dərəcəsini artırır.

  • Sürət. SEM strategiyaları, SEO ilə müqayisədə daha qısa müddətdə veb trafikini artırır. SEO strategiyalarında açar sözlərin təhlili və uyğun məzmunun hazırlanması uzun zaman ala bilər, halbuki SEM məhsul və xidmətləri dərhal istifadəçilərin qarşısına çıxarır, çünki onlar SERP-də ən yuxarıda yerləşir.

  • PPC modeli. Klik başına ödəniş (PPC) modeli, yalnız reklam klikləndikdə ödəniş edilməsini təmin edən sərfəli bir strategiyadır. Reklam mütəxəssisləri maksimum klik dəyərini (CPC) və gündəlik büdcəni təyin etməklə xərclərə tam nəzarət edə bilərlər.

  • Orqanik sıralama və etibarın artırılması. Ödənişli reklamlar vasitəsilə bir səhifəyə trafik artdıqda, ümumi trafik də artır. Əgər məhsul SEM kampaniyasında kifayət qədər yaxşı nəticə verərsə, SERP-də orqanik olaraq da yüksək yer tuta bilər və bu zaman artıq SEM kampaniyasına ehtiyac qalmaz.

  • Segmentasiya. SEM kampaniyaları təkcə açar sözlərə deyil, həm də coğrafi mövqeyə, dilə və istifadəçi davranışlarına əsasən hədəfləmə imkanı verir. Bu da reklamların yalnız potensial maraqlı istifadəçilərə göstərilməsini təmin edir.

  • Dərin analiz. Google Analytics kimi alətlər, marketoloqlara SEM kampaniyalarının gedişatı və nəticələri haqqında real vaxtda ətraflı hesabatlar təqdim edir. Bu isə kampaniyaların effektivliyini təhlil edib, onları daha da yaxşılaşdırmaq üçün fürsətlər yaradır.

Necə uğurlu SEM kampaniyası qurmaq olar?

Marketoloqlar uğurlu SEM kampaniyası qurmaq üçün müxtəlif strategiyalardan və alətlərdən istifadə edirlər. Bu addımlar aşağıdakılardır:

  • Açar sözlərin araşdırılması. SEM kampaniyasının ilk mərhələsi, ən təsirli açar sözləri müəyyənləşdirməsidir. Bunun üçün onlayn açar söz araşdırma alətlərindən istifadə edilir. Bundan əlavə, rəqiblərin reklamları və hədəf auditoriyaya dair coğrafi marketinq məlumatları da araşdırılmalıdır.

  • Büdcə. Marketoloqlar reklam kampaniyası üçün büdcə hazırlayır və maksimum təklif məbləğini (bid) müəyyən edirlər.

  • Reklam qrupları. Əgər bir şirkət bir neçə məhsul və ya xidmət reklam edirsə, onları eyni kampaniyada oxşar hədəflərə malik bir neçə reklam qrupuna bölməsi daha səmərəlidir. Bu yanaşma, bütün açar sözlərin tək reklamda toplanmasından daha sərfəlidir və xərc baxımından daha effektivdir.

  • Əsas səhifəni dizayn etmək və test etmək. Hər bir reklam istifadəçini məhsulun yerləşdiyi əsas səhifəyə yönləndirməlidir. Bu səhifə müvafiq açar sözləri ehtiva etməli və istifadəçi təcrübəsini (UX) yaxşı təmin etməlidir. A/B testindən istifadə edərək səhifə başına gəlir və orta sifariş dəyəri kimi göstəriciləri optimallaşdırmaq mümkündür.
  • Reklamın yaradılması. Sonrakı addım, aparılan açar söz və rəqib araşdırmalarına əsaslanaraq reklam yaratmaqdır.

  • Təklif vermək. Reklam hazır olduqdan sonra axtarış mühərriki auksionuna təklif (bid) daxil edilir.
  • Kampaniyanın izlənməsi. Son addım kampaniyanın performansını Google Analytics kimi analiz alətləri ilə izləməkdir. Bu alətlər təşkilatlara açar sözlərin effektivliyini izləməyə və reklamda, açar sözlərdə və ya kampaniyanın digər elementlərində dəyişiklik etməyə imkan verir.
Marketinq

Contributors

İlahə Nəcəfzadə
İlahə Nəcəfzadə
Digital Marketing Manager

Subscribe to our newsletter

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Sharing means caring

Rate the article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Stay in the loop

Be the first to know when we release a new article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.
start a project
start a project
start a project
start a project
arrow whitearrow white