arrow whitearrow white

Neyromarketinq və onun biznesdə rolu

arrow down
Neyromarketinq və onun biznesdə rolu

Neyromarketinq haqqında nə bilirsiniz?

Neyromarketinq nevrologiyamarketinqin qovuşduğu ümumi nöqtə, marketinq texnikasıdır. Neyromarketinq istehlakçının şüursuz hərəkətlərini və vərdişlərini ölçən və bu istiqamətdə marketinq strategiyası yaradan bir sahədir. Başqa sözlə desək, əslində istehlakçı davranışına nəyin səbəb olduğunu və ona nəyin təsir etdiyini ortaya qoyan texnikadır.

Niyə vacibdir?

Neyromarketinq üsulları brendlərə insanların satın alma qərarlarına nəyin səbəb olduğunu anlamağa kömək edir. Bu texnika brendi rəqiblərindən fərqləndirə bilən bazar araşdırmasının inanılmaz dərəcədə vacib hissəsidir.

 

Neyrologiya ilə təkmilləşdirə biləcəyiniz bəzi sahələr:

·        Mağaza tərtibatı

·        Veb sayt dizaynı

·        Qablaşdırma

·        Elanın dizaynı

·        Video kampaniyalar

Neyromarketinqdə beyin funksiyalarını və reaksiyalarını öyrənmək üçün istifadə edilən ən vacib iki üsul fMRIEEG cihazlarıdır.

fMRI cihazı subyektin bir məhsul, reklam və ya qiymət etiketi ilə qarşılaşdıqda necə reaksiya verdiyini və qandakı oksigen nisbətindən asılı olaraq beynin müəyyən hissələrindəki dəyişikliyi aşkar etmək üçün bir vasitədir.

Bu cihazın istifadə sahələri:

·        Rəng, qoxu, səs, toxunma, vizual dizayn

·        Effektiv reklam dizaynı

·        Cəlbedici başlıqlar

·        Vebsayt dizaynı

·        Oyun dizaynı

 

Bu cihazdan məmnuniyyətin qiymətləndirilməsi və bir çox oxşar sahələr üçün fəal şəkildə istifadə olunur.

 

EEG cihazı isə təxminən 23 ədəd xüsusi yapışqan maddədən ibarət həssas elektrodların baş dərisinə yapışdırılaraq kompüterin köməyi ilə beynin elektrik fəaliyyəti ölçülür. Bu cihazın maraqlı tərəfi odur ki, günün müxtəlif vaxtlarında ölçmədə fərqli nəticələr alınır, yuxuda və ya oyaq olmağından asılı olmayaraq bu prosedur həyata keçirilə bilər.

marketinq, neuromarketing, neyromarketinq, trenders, bloq

İstehlakçı nevrologiyasına maraq 2000-ci illərin ortalarında başladı. 2004-cü ildə Emori Universitetinin  tədqiqatçıları fMRI aparatında iştirakçılara Coca-ColaPepsi təqdim etdilər. Bu üsulla bütün iştirakçılardan təcrübədən əvvəl hansı marka içkiyə üstünlük verdikləri soruşulur. Daha sonra markaları deyilmədən Coca-Cola və Pepsi içkiləri verilir. Digər addımda isə bu iki içkinin markaları bütün iştirakçılara göstərildikdən sonra növbə ilə içmələri gözlənilir.

Bütünn bu proses zamanı fMRI metodundan istifadə edilir və iştirakçıların beyinlərindəki bütün hərəkətlər qeydə alınır. Nəticələr illərlə aparılan araşdırmaların nəticələrini sübut etmək üçün kifayətdir. fMRI nəticələrinə görə iştirakçılara brendin adı bildirilmədən kola içkiləri verilən zaman Pepsi dadını daha çox bəyənirlər, lakin seçimləri soruşulduğunda Coca-Cola içməyə üstünlük verirlər.

 

Məhsul seçərkən təkcə onun dadı, rəngi və qoxusu belə təsirli olur. Xatirələr, yerləşdirmə və məhsula aid məlumatlar 5 duyğumuzdan kənara çıxır və "al" əmrini birbaşa beyinə göndərə bilir. Əksər hallarda satınalma funksiyası bu şəkildə davam edir.

 

Neyromarketinq reklam dünyası və istehlakçılar üçün məhsulun yerləşdirilməsi, istehlakçı ilə məhsul arasındakı əlaqənin müəyyən edilməsi və bu əlaqədə mövcud olan psixo-sosial səbəblərin aşkara çıxarılması baxımından çox əhəmiyyətlidir. Bu üsullarla bir məhsul və ya xidmətin alınması, üstünlük və tələbi zamanı ortaya çıxan amillərin beyinə təsiri araşdırılaraq müəyyən edilə bilər.

 

Neyromarketinqən uğurlu brendlər tərəfindən geniş şəkildə istifadə edilmişdir. Bu üsulla Amazon, Apple, Google, Coca Cola və BMW öz sənayelərində dominant oldular. Qabaqcıl Neyromarketinqdən istifadə edərək, həmin şirkətlər daha çox sadiq müştəriləri cəlb edə bilirlər. Onlar sübut etdilər ki, marketinq və reklama bu yeni yanaşma brendinqi yaxşılaşdırmaqda və satışların çevrilmə nisbətlərini artırmaqda işləyir.

Oxuduğunuz üçün təşəkkür edirik. Suallarınızı və fikirlərinizi bölüşməyi unutmayın, onlar bizim üçün çox önəmlidir.

Trenders Team sayəsində Metanın yenilikləri, Loqoların gizli mənalarırəqəmsal marketinq haqqında məlumat almaq üçün keçid edə bilərsiniz

Marketinq

Contributors

Nargiz Aliyeva
Nargiz Aliyeva
Social Media Manager at Trenders Team

Subscribe to our newsletter

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Sharing means caring

Rate the article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Stay in the loop

Be the first to know when we release a new article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.
start a project
start a project
start a project
start a project
arrow whitearrow white