Bugünkü bloqumuzda sizə Metanın yenilikləri barəsində məlumat verəcəyik. Bu, kiçik görünən yenilənmə olsa da, reklam hesabatlarınıza ciddi təsiri ola bilər.
Metanın gətirdiyi yeniliklərlə tanış olmusunuzmu?
Son günlərdə Meta performans göstəricilərini ifadə etdiyi terminologiyanı yenilədiyini elan etdi.
"İnsanlar" termini Reklam Meneceri, Reklam Hesabatı, Reklamlara Yardım Mərkəzi, Ticarət İnsightları və Instagram Insights daxilində "Hesab Mərkəzi" olaraq yeniləndi.
Meta bildirdi ki:
“Bu göstəricilər üçün istifadə etdiyimiz hesablama metodologiyamız dəyişmir. Hesabınızda gördüyünüz rəqəmlər əvvəlki qalsa da, adları dəyişəcəkdir. Məsələn, şəxsin bir Facebook hesabı və bir-birinə bağlı Instagram hesabı varsa, onlar birlikdə “Hesab Mərkəzi” olaraq qeyd olunacaqlar. Bununla belə, həmin hesablar əlaqələndirilməyibsə, bu zaman reklamların planlaşdırılması və ölçülməsi məqsədləri üçün iki ayrı “Hesab Mərkəzi” kimi nəzərə alınacaq.”
Beləliklə, Meta istifadəçilərin hesablarını dəqiq şəkildə müəyyən etmək şansı qazanacaq.
Əksər insanlar düşünür ki, bir çox əlaqəli istifadəçi profilləri bir-birinə bağlı şəkildədir, lakin Meta əlaqəli və ya olmayan hesabların sayı haqqında əlavə məlumat vermə imkanına sahib deyildi.
Bu isə əldə edilən statistikanı qeyri-şəffaf edirdi.
Məsələn, bir-biri ilə əlaqəli olan və reklamın əhatə dairəsində vahid Facebook/IG istifadəçisi kimi göstərilən milyarda yaxın IG hesablarının 750 milyonuna baxırıq. Lakin bu rəqəm zənn etidiymizdən də az ola bilər.
Bəs Messenger istifadəçilərinin əksəriyyətinin əlaqəli Facebook hesabı varmı?
Bu iki mövzunun da şəffaflığının artırılması önəmlidir. İdeal olaraq, əlbəttə ki, siz reklamlarınızın unikal əhatə dairəsini və tanıtımlarınızı tam olaraq neçə nəfərin gördüyünə əmin olmaq istəyirsiniz.
Ancaq sadalanan profillərin çoxu eyni şəxsdirsə, iki platformada olan rəqəmlər həqiqi sayı ifadə etməyəcək.
Bu yeniləmə məlumatların necə toplandığı ilə bağlı heç nəyi dəyişməsə də, terminologiya bir az daha qarışıq ola bilər.
Məsələn, reklamınızın "1000 nəfərə" çatdığını bildirən statistika əvəzinə, indi reklamınızın "1000 Hesab Mərkəzi"-nə çatdığını görəcəksiniz. Bu, xüsusi olaraq əlaqəli hesablar üçün nəzərdə tutulsa da, tam olaraq belə deyil.
Həmçinin, bildirilib ki:
“Şəxsin birdən çox hesabı olduqda və onları eyni “Hesab Mərkəzi” hesabına əlavə etmədikdə, ayrı-ayrı hesablarda həyata keçirilən hərəkətlər (məsələn, reklama klikləmək, fotoşəkilləri bəyənmək və ya şərhlər əlavə etmək kimi), eyni şəxs tərəfindən edilsə də, ayrıca hesablanır. Bu o deməkdir ki, eyni Hesab Mərkəzinə əlavə olunmamış bir neçə hesabı olan şəxs Facebook biznes səhifəsindən istifadə edərkən yazıya klikləsə, sonra şəxsi Facebook profilinə keçsə və eyni yazıya klikləsə də, biz bunları bir link kimi hesab etməyəcəyik. Lakin, həmin şəxs bu hesabların hər ikisini eyni Hesab Mərkəzinə əlavə etsəydi, biz bunu bir Hesab Mərkəzinin hesab linkinə kliklənməsi və cəmi iki keçid klikləməsi hesab edərdik.”
İdarə etdiyiniz bütün Səhifələr fərdi Hesab Mərkəzinizə daxildirmi?
Dəyişiklik Meta-nın “Ads Report” platformasına daha geniş yeniləmə ilə uyğun gəlir ki, bu da istifadəçilərə Facebook, Instagram və Messenger-də öz seçimlərini bir yerdən idarə etməyə daha yaxşı imkan verəcək.
Bu zaman ən önəmli məqamı da qeyd etməliyik ki, Metanın gətirdiyi bu dəyişiklik Reklam Meneceri istifadəçilərinin çaşqınlığına səbəb ola bilər.
Reklam nəticələrində göstərilən sayların fərqli hesablardan olan eyni bir şəxsi göstərdiyini və ya bir neçə şəxsi göstərdiyini müəyyən etmək kifayət qədər çətin olacaqdır.
Güman edirik ki, meta bununla bağlı olacaq dəyişikliyi də ən qısa zamanda bölüşəcəkdir.
Trenders Team-i izləyərək siz də marketinq sahəsində olan yeniliklərdən xəbərdar ola bilərsiniz.
İstər sosial media səhifələrimizdə, istərsə də veb səhifəmizdə yerləşdiriyimiz məlumatları izləyərək bütün xidmətlərimiz haqqında məlumat ala bilərsiniz.
Oxuduğunuz üçün təşəkkür edirik!
Suallarınızı və fikirlərinizi bizimlə bölüşməyi unutmayın, onlar bizim üçün çox önəmlidir.
Contributors
Subscribe to our newsletter
Sharing means caring
Rate the article
Keep on reading
Stay in the loop
Be the first to know when we release a new article