
Neyromarketinq nədir və necə işləyir? İnsan beynini oxuyan brendlər. Niyə neyromarketinq önəmlidir? Neyromarketinq necə işləyir? Neyromarketinqi biznesdə necə istifadə edə bilərsiniz?
Neyromarketinq nədir və necə işləyir? İnsan beynini oxuyan brendlər
Gündəlik həyatımızda qarşılaşdığımız reklamlar çox vaxt bizi öncədən planımızda olmayan qərarlar verməyə yönəldir. Bəs bir reklamın yaratdığı emosiyalar necə bizi almağa vadar edir? Cavab sadədir: Neyromarketinq. Bu marketinq sahəsi haqqında ətraflı məlumat əldə etmək üçün bloqumuzu oxuyun.

Neyromarketinq nədir və necə işləyir?
Neyromarketinq beyinlə qarşılıqlı əlaqənin necə qurduğunu öyrənən marketinq sahəsidir. Bu sahə emosiya, diqqət və yaddaşın istehlakçı davranışlarını necə yönləndirəcəyini öyrənir.
Niyə neyromarketinq önəmlidir?
Hər birimiz rasional qərarlar vediyimizə inanırıq. Lakin araşdırmalar göstərir ki, insanların təxmini 90%-i alış-veriş etdikdə qərarları şüuraltı olaraq verir. Bu o deməkdir ki, brendlər insanların ehtiyaclarını qarşılamaqdan əlavə, onlarda hər hansı emosiyanı oyadaraq, beyində müəyyən sahələrə toxunmağı bacarmalıdır.

Bəs neyromarketinq necə işləyir?
Şirkətlərin ən çox istifadə etdiyi üsullar:
- Baxış izləmə (Eye-Tracking): Gözlər yalan deməz! Eye-Tracking texnologiyası ilə brendlər vebsayt və ya mağazada hansı bölməyə daha çox baxdığınızı öyrənir. Məsələn, endirimlər "qızıl üçbucaq" (baxışların ən çox istiqamətləndiyi yer) zonasına yerləşdirildikdə satışlar 20% artar. Odur ki, hər baxışın ardında potensial bir alış var!
- Rəng və emosiyalar: Rənglər hisslərə təsir edə bilər. Məsələn, qırmızı rəng impulsiv alış-veriş etməyə təşviq edir, mavi etibar hissi yaradır, yaşıl isə təbiətə və ekoloji dəyərlərə işarə edir.
- Sosial təsdiq effekti: “1000 nəfər artıq bu məhsulu alıb” yazısı gördükdə, beynimiz avtomatik olaraq bu məhsulu dəyərli hesab etməyə başlayır. Sosial təsdiq effekti onlayn alış-verişlərdə aktiv istifadə olunur.
- Musiqi təsiri: Musiqi alıcıların mağazada qalma müddətinə təsir edir. Sakit musiqi insanları mağazada daha çox qalmağa və daha çox alış-veriş etməyə yönəldir.
Real nümunələr
- Coca-Cola: Coca-Cola şüşəsinin açılma səsi. Bu səs insanlara hansı səbəbdən müsbət təsir edir? Çünki beyində “xoşbəxtlik hormonu” olan dopamini artırır.
- Amazon: "Bir kliklə al" düyməsi. Bu sadə funksiya beynimizi mürəkkəb seçimlərdən azad edir. Artıq qərar vermək lazım deyil, sadəcə "al" düyməsinə basmaq kifayətdir. Və... alırsınız!

Neyromarketinqi biznesdə necə istifadə edə bilərsiniz?
- Auditoriyanızı yaxşı tanıyın: Müştərilərinizin ehtiyaclarını, arzularını və qorxularını öyrənin.
- Emosiyaları hədəf alın: Brendinizin bir hekayəsi olmalıdır. İnsanlar sadəcə məhsul almaq istəmir; onlar müsbət emosiya və ya bir hekayə alırlar.
- Test edin: Mətn, dizayn və musiqi ilə test edin.
Neyromarketinq müştərinizin ürəyinə gedən açardır. Bu sadəcə manipulyasiya deyil, brendlərlə insanlar arasında daha dərin əlaqələr qurmaq imkanıdır.
Əgər siz yalnız satmaq deyil, müştərilərinizin qəlbini fəth etmək istəyirsinizsə, neyromarketinqi öyrənməyin vaxtıdır.
Contributors
Subscribe to our newsletter
Sharing means caring
Rate the article
Keep on reading
Stay in the loop
Be the first to know when we release a new article