Dizaynerin Beyni, Desktopu və Briefi: Kreativ prosesin görünməyən mexanizmləri. Masaüstü: Dizaynerin bilişsel arxitekturası.RGB ilə düşünmək. Brief: Kommunikativ dizayn prosesinin əsas aləti.
Dizaynerin Beyni, Desktopu və Briefi: Kreativ prosesin görünməyən mexanizmləri
Dizayn təkcə gözəlliklə bağlı deyil – bu, informasiya sistemləri, psixoloji reaksiya və kompleks düşüncə proseslərinin sintezidir. Bu yazıda dizaynerin gündəlik qarşılaşdığı üç əsas sahəyə nəzər salacağıq:
1.Kreativ struktur və informasiyanın idarəolunması (masaüstü və fayl sistemləri)
2.Koqnitiv fəaliyyət və yaradıcılıq döngüsü (RGB ilə düşünmək)
3.Kommunikasiya və layihə menecmenti vasitəsi kimi brief (briefin rolu)
1. Masaüstü: Dizaynerin bilişsel arxitekturası
Dizaynerin masaüstü – sadəcə rəqəmsal məkandır? Əsla. Bu, onun informasiya ilə münasibətinin vizual xəritəsidir.

Fayl adları və versiyalaşdırma xaosu:
- final.ai, final2.ai, final-final(1).ai
→ Bu adlar dizaynerin təkrarlanan düzəlişlərə uyğunlaşma strategiyasıdır.
- export-png, qara-versiya-yenə.aep → Qrafik yüklənmənin və qərar qeyri-müəyyənliyinin əlamətləri.
Elmi yanaşma: Bu fenomen “cognitive offloading” adlanır – insan beynindəki informasiyanı xarici mühitdə (bu halda masaüstündə) saxlamaqla yaddaş yüklənməsini azaltmaq. Fayl adları bəzən qeyri-məntiqli görünsə də, bu, yaradıcılıq döngüsünün qorunma formasıdır.

2. RGB ilə düşünmək:
Dizaynerin koqnitiv döngüsü RGB rəng rejimi – dizaynerlər üçün sadəcə texniki parametr deyil. Bu həm də onların bilişsel ritmini izah etmək üçün metaforik model ola bilər.
R – Realist: Yüksək fokus dövrü Deadline yaxınlaşdıqca prefrontal korteksin aktivliyi artır, “flow state” başlayır. Bu mərhələdə məqsəd yönümlü qərarlar üstünlük təşkil edir.
G – Gecikmiş fikir: İntrospektiv yaradıcı mərhələ İş təhvil verildikdən sonra beyin "default mode network"ə keçir və ən yaradıcı ideyalar məhz bu zaman yaranır.
B – Boş ekran: Girişsiz yaradıcı prosesin tormozlanması Brief və ya giriş informasiyası olmadıqda, beyin qeyri-müəyyənlik içində qalır və dizayn paralizi baş verir.

Psixoloji əsas:
Bu model, divergent thinking (şaxələnmiş düşüncə) və convergent thinking (yığcam qərarvermə) arasında keçidlərin təbii göstəricisidir.
3. Brief: Kommunikativ dizayn prosesinin əsas aləti
Brief – dizaynerin sadəcə rəhbər sənədi deyil. Bu, dizaynın strateji məqsədini müəyyənləşdirən əsas vasitədir. Yaxşı briefdə olması vacib elementlər: Məqsəd: Brend nə demək istəyir?
Auditoriya: Kimə çatdırmaq istəyir?
Kontekst: Harada istifadə olunacaq?
Referens: Bənzər işlər və ya istinad vizualları
Texniki detalları: Ölçü, rəng rejimi, format və deadline
Pis brief simptomları:
“Sadə elə” → qeyri-müəyyənlik
“Fərqli elə” → referenssiz yaradıcılıq kaosu
“Sürətli elə” → keyfiyyətin aşağı düşməsi riski
İnformasiyaya əsaslanan dizayn ancaq aydın brief üzərində mümkündür. Onsuz dizayner intuisiyası ilə hərəkət edir və bu da kommersiya məqsədli layihələrdə səmərəliliyin azalmasına səbəb ola bilər.

Nəticə: Yaradıcılıq xaos deyil, sistemli düşüncənin estetik formasıdır Dizaynerin masaüstü – onun informasiyanı necə işlədiyinin kodlaşdırılmış formasıdır.
RGB ilə düşünmək – yaradıcı psixologiyanın metaforik döngüsüdür
Düzgün brief – dizaynın məqsəd və dəyər kontekstində qurulmasının əsasıdır
Contributors
Subscribe to our newsletter
Sharing means caring
Rate the article
Keep on reading
Stay in the loop
Be the first to know when we release a new article