arrow whitearrow white

Məşhur Loqoların Arxasındakı Gizli Mənalar nədir?

arrow down
Məşhur Loqoların Arxasındakı Gizli Mənalar nədir?

Loqo bir şirkəti, təşkilatı və ya məhsulu təmsil edən mühüm faktorlardan biridir. Ətrafımızda gördüyümüz hər bir brendin loqosu özündə şirkətin məhsul və ya xidməti ilə bağlı müəyyən məna daşıyır. Trenders Team olaraq sizə bir neçə şirkətə aid loqoların sirli və maraqlı mənalarını göstərəcəyik.

Hyundai logo

Hyundai

Hyundai loqosuna baxanda mənasını 2 formada başa düşə bilərik. Birincisi, Hyundai markasını təmsil edən sadə “H” kimi başa düşülür. İkinci olaraq isə loqo həm də əl sıxan iki insanı ifadə edir. Burada görünən iki şəxs bir-biri ilə qarşılıqlı razılaşma əldə edən şirkət və müştəridir.

 

Amazon logo

 

 

Amazon

Onlayn alış-veriş dedikdə ilk ağlımıza gələn Amazon şirkəti olduqca maraqlı bir loqoya sahibdir. Onların loqosundakı sarı ox 'a' hərfindən başlayır və 'z' hərfi ilə bitir, a-dan z-yə qədər hər şeyi satdıqlarını bildirir. Ox eyni zamanda təbəssümü təmsil edir. Təbəssüm insanların Amazondan alış-veriş edərkən hiss etdikləri xoşbəxtliyi göstərir.

LG logo

LG

Bütün dünyada tanınan LG brendinin loqo işarəsindəki “L” və “G” hərflərini hamımız aydın görə bilirik. Əksər insanların fərqinə varmadığı məqam bu hərflərin bir insan sifəti yaratmağa kömək etməsidir. "L" burnu, "G" isə üzün qalan hissəsini təşkil edir. Bu, brendə insan elementi əlavə edərək onu daha cəlbedici və əlçatan edir.

FedEx logo

 

 

 

FedEx

FedEx dünyaca məşhur çatdırılma şirkətidir. Loqonun rənglərində və ya tipində xüsusi fərqli bir məna olmasa da, orada inci tək gizli bir məqam var. 'E' və 'x' hərfləri arasındakı boşluqda gizlənmiş OXU heç görmüsünüz? Ox FedEx brendinin daim sürətlə və dəqiqliklə çatdırma ideyasını təmsil edir.

Toyota logo

Toyota

Toyota şirkətinin məşhur loqosu üst-üstə düşən üç halqadan ibarətdir. Loqonu diqqətlə nəzərdənkeçirsəniz, Toyota sözünü təşkil edən hər bir hərfi asanlıqla görə bilərsiniz.

 

Dominos logo

Domino's Pizza

Domino`s loqosundakı kvadratlar pizza qutusunu xatırladır. Üç nöqtə ilk üç Domino`s restoranını ifadə edir. Şirkət əvvəlcə hər dəfə yeni restoran açanda loqoya yeni bir nöqtə əlavə etməyi planlaşdırırdı, lakin biznesin gözlədiklərindən daha uğurlu olması və restoran sayının  bütün dünyada sürətlə artması buna imkan vermədi. Onlar da loqodakı 3 nöqtə ilə kifayətlənməli oldular.

 

 

 

Audi

Daha bir gizli mənaya sahib avtomobil loqosu Audi şirkətinə məxsusdur. Gördüyünüz loqodakı 4 halqanın üst-üstə düşməsi səbəbsiz deyil. Bu dizayn diqqəti şirkətin tarixinə yönəldir və dörd halqa əslində Audi Auto Union yaratmaq üçün birləşən dörd şirkəti təmsil edir.

 

Gizli mənaları olan loqolar hədəf auditoriyanızın diqqətini çəkmək, müştərilərinizi cəlb etmək və biznesinizi daha yaxşı tanıtmaq üçün əla yol ola bilər. Loqo dizaynından maksimum yararlanmağı təmin etməyin ən yaxşı yolu bu işlə məşğul olan bir şirkətlə əlaqə saxlamaq və kömək istəməkdir. Bu işi müştərilərinin yüksək razılığı ilə fərqlənən Trenders Team-ə etibar edə bilərsiniz.

Oxuduğunuz üçün təşəkkür edirik!

Fikirlərinizi bizimlə bölüşməyi unutmayın, onlar bizim üçün çox önəmlidir!

Logo
Design

Contributors

Ashur Jabiyev
Ashur Jabiyev
Content Manager at Trenders Team

Subscribe to our newsletter

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Sharing means caring

Rate the article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Stay in the loop

Be the first to know when we release a new article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.
start a project
start a project
start a project
start a project
arrow whitearrow white