arrow whitearrow white

Brief-dən Nəticəyə : Brendlərlə Uğurlu Marketinq Layihələrinin Yol Xəritəsi

arrow down
Brief-dən Nəticəyə : Brendlərlə Uğurlu Marketinq Layihələrinin Yol Xəritəsi

Brief-dən Nəticəyə: Brendlərlə Uğurlu Marketinq Layihələrinin Yol Xəritəsi. Brief. Yanaşma. Mazda | Jinba Ittai fəlsəfəsinin lokallaşdırılması. Natura | Mood-ları ilə fərdiləşdirilən yay kampaniyası. Cüdo Federasiyası | İntizam və hörmətin brendləşdirilməsi.

Brief-dən Nəticəyə : Brendlərlə Uğurlu Marketinq Layihələrinin Yol Xəritəsi

Marketinq dünyasında bir çox insan yalnız nəticəni görür – uğurlu video, viral kampaniya, trendə düşən reels. Amma bu nəticəyə gedən yolun arxasında bir brief, onlarla brainstorming, saatlarla planlama və yüzlərlə kreativ qərar dayanır. Marketinq layihələrinin idarə olunmasında həm strateji baxış, həm yaradıcı çeviklik, həm də operativ komanda işinin rolu əvəzolunmazdır. Bu bloqda real iş təcrübələrimiz əsasında “brief-dən nəticəyə qədər” olan yolu paylaşırıq.

Brief

Müştərinin gözləntisini düzgün anlamaq. Layihənin uğuru briefin düzgün oxunmasından başlayır. Bəzən “bir video çəkək”, “yay üçün kampaniya edək” kimi sadə səslənsə də, biz bilirik ki, bu cümlələrin arxasında məhsul mövqeləndirməsi, marka imici və satış hədəfləri dayanır.

Mazda x Hidayət Heydərov – Brend gücünü idmanla birləşdirmək.

Brief: Tanınmış cüdoçu ilə Mazda brendi arasında əməkdaşlıq çərçivəsində video hazırlanması.

Məqsəd – avtomobilin dinamikasını və gücünü emosional mesajla çatdırmaq.

Yanaşma

Strategiya və kreativ konseptin qurulması. Briefi aldıqdan sonra əsas mərhələ: yaradıcı yanaşmanı brendin dəyərləri ilə uyğunlaşdırmaq. Burada əsas məqsəd – marka mesajını yalnız izah etməklə yox, hiss etdirməklə çatdırmaqdır. Mazda | Cüdoçunun avtomobilə çevrildiyi an Mazda-nın gücü və idarəetməsi – bir cüdoçunun bədəninə, texnikasına bənzədildi. Avtomobilin mühərrikinin işə düşməsi – isinmə hərəkətləri ilə paralel, kəmərin bağlanması – cüdo kəməri, döngələrdəki manevrlər – fəndlərlə rəqibi çevirmək səhnələri ilə vizual bağ yaradıldı.

1.Mazda | Jinba Ittai fəlsəfəsinin lokallaşdırılması.

Brief: Mazda-nın fəlsəfəsi olan “Jinba Ittai” – atla süvarinin birliyi hissini vizuallaşdırmaq.

Konsept: Biz Hidayət Heydərovu bu dəfə “atına minən süvari” obrazında təqdim etdik. Avtomobil bir at kimi hiss etdirildi: güclü, instinktiv, çevik. Bu yanaşma sürücülə avtomobil arasındakı bağın nə qədər dərindən qurulduğunu hiss etdirdi.

2.Natura | Mood-ları ilə fərdiləşdirilən yay kampaniyası.

Brief: Natura Mood seriyasının yay kampaniyası üçün kreativ və əyləncəli yanaşma hazırlanması.

Yanaşmamız: “Öz mood-unuzu kəşf edin” mesajı ilə məhsul çeşidləri fərqli həyat tərzlərinə uyğunlaşdırıldı. Hər dad bir mood oldu: səyahət, fashion, makeup, idman... Onlara uyğun digital maskotlar yaradıldı və bu maskotlarla uyğun influencer-lərlə Reels videolar çəkildi.

3.Cüdo Federasiyası | İntizam və hörmətin brendləşdirilməsi

Brief: Federasiyanın gənclərlə və daha geniş auditoriya ilə sosial mediada əlaqəsini gücləndirmək.

Yanaşmamız: “Cüdo təkcə yarış deyil, həyat tərzidir” mesajı ilə idmanın ruhunu gündəlik həyatla bağladıq. Motivasiya, əmək, səbir, birlik – bütün dəyərlər video və postlarda yer aldı. Rəqəmlər yox, ruh danışdı.

İCRA

Komandaların işi, kontentin hazırlanması. Yaxşı ideyanın gücü, onun düzgün icrasında tam görünür. Çəkilişlər, montaj, rəng, musiqi, vizual dili – hamısı bir-biri ilə harmoniyada olmalıdır. Mazda ilə əməkdaşlıqda həm texniki avtomobil çəkilişi, həm də idman səhnələri ustalıqla birləşdirildi. Natura kampaniyasında digital maskotların animasiyası, influencer planlaması və çəkiliş günləri diqqətlə koordine olundu. Cüdo Federasiyasında isə real idmançılardan istifadə olunaraq, həm autentiklik, həm də emosional yaxınlıq əldə edildi.

NƏTİCƏ

Ölçülə bilən uğur və marka əlaqəsi. Uğurlu marketinq kampaniyasının nəticəsi sadəcə “bəyəni” və ya “baxış sayı” ilə deyil, marka ilə emosional bağın qurulması ilə ölçülür. Mazda kampaniyaları izləyicilərdə həm texniki heyranlıq, həm də emosional bağlılıq yaratdı. Natura Mood kampaniyası məhsul çeşidləri ilə istifadəçi şəxsiyyətlərini uyğunlaşdıraraq satış və awareness artımı ilə nəticələndi. Cüdo Federasiyası üçün kontentlər isə federasiyanın vizual tonunu dəyişdi və yeni bir imic formalaşdırdı.

Marketinq bir kreativ proses deyil – strateji rəhbərlik tələb edən komandadır. Layihələrin uğuru briefdən çox sonra formalaşır. Yaxşı ideya, düzgün strategiya, dəqiq icra və sonda doğru ölçülmə – bunlar birgə olduqda nəticə gəlir.

Marketinq

Contributors

Xəyal Ələkbərov
Xəyal Ələkbərov
Head of content & account department

Subscribe to our newsletter

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Sharing means caring

Rate the article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Stay in the loop

Be the first to know when we release a new article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.
start a project
start a project
start a project
start a project
arrow whitearrow white