Google Search Console və yenilikləri
Google axtarış konsolu və ya ingilis dilindəki adı ilə “search console” google axtarışlarında veb sayt performansına nəzarət etmək və axtarış sıralamasını yaxşılaşdırmaq üçün lazım olan məlumatları təmin edir.
Bu, onlayn biznesi gücləndirmək və uğurlu nəticə əldə etmək istəyən bloq yazarları üçün əvəzolunmazdır.
Təklif olunan alətlər və nəticələrdən istifadə edərək axtarış motorunda olan yerinizə nəzarət etmək daha asandır.
Bu alət bir çox biznes üçün saytlarını təkmilləşdirməyə və daha çox trafik yaratmağa kömək edir. Axtarış performansınız və istifadəçi təcrübəsi ilə bağlı nəticələr icmalını görərək yeni strategiyalar qura bilərsiniz.
Axtarış Konsolu, həmçinin təhlükəsizlik problemləri aşkar etdikdə (məsələn, xakkerlik) sizə Google-un tərkibində olan əməkdaşlarla əlaqə saxlamaq şansı verir ki, problemi rahatlıqla aradan qaldırasınız.
Əsas xüsusiyyətlər:
- İndeksləmə və yoxlanışa nəzarət
- Səhvlərin müəyyənləşdirilməsi
- Axtarış performansına ümumi baxış
- Yenilənmiş səhifələrin indeksləşdirilməsi
- Daxili və xarici bağlantıları nəzarəti
Axtarış Konsolundan kim istifadə etməlidir?
Biznes sahibləri: Özünüz Search Console-dan istifadə etməsəniz belə, siz bundan xəbərdar olmalı, saytınızı axtarış motorları üçün optimallaşdırmalı və Google Axtarışda hansı funksiyaların mövcud olduğunu bilməlisiniz.
SEO mütəxəssisləri və ya marketoloqlar: Onlayn marketinqlə məşğul olan biri kimi, Search Console veb saytınızın trafikinə nəzarət etmək, reytinqinizi optimallaşdırmaq və saytınızın axtarış nəticələrinin görünüşü ilə bağlı əsaslandırılmış qərarlar qəbul etməkdə sizə kömək edəcək. Vebsayt üçün texniki qərarlara təsir etmək və Analytics, Google Trends, Google Ads kimi digər Google alətləri ilə birlikdə mürəkkəb marketinq təhlili aparmaq üçün Search Console-dakı məlumatdan istifadə edə bilərsiniz.
Web developer: Əgər saytınız faktiki kod və ya avtomatlaşdırma prosesləri yaradır və ya inkişaf etdirirsinizsə, Search Console bu prosesdə olan səhvləri müəyyən tapmağa kömək edəcəkdir. Təklif etdiyi məsləhətlərdən yararlanaraq isə səhvsiz bir inkişaf prosesi izləyə bilərsiniz.
Axtarış Konsolunun təklif etdiyi yeni “Kəşf Et” (“Discover”) özəlliyi nədir?
Kəşf etmək, Google Axtarış daxilində istifadəçilərə sorğuya ehtiyac duymadan bütün sevimli mövzuları ilə bağlı xəbərdar olmağa kömək edən funksiyadır. İstifadəçilər Google tətbiqində, Google.com mobil ana səhifəsində və Pixel telefonlarında əsas ekrandan sağa sürüşdürməklə öz Discover təcrübəsini əldə edirlər.
Funksiyanın istifadəsi, 2017-ci ildə istifadəyə veriləndən bəri əhəmiyyətli dərəcədə artıb və indi 800 milyondan çox aylıq aktiv istifadəçiyə ən çox maraqlandıqları mövzularda məqalələr, videolar və digər məzmunlar təqdim etməklə ilham almağa və yeni məlumatları kəşf etməyə kömək edir.
İstifadəçilər mövzuları birbaşa izləmək və ya konkret mövzunun az və ya çoxunu görmək istədiklərini Google-a bildirmək imkanına malikdirlər. Bundan əlavə, Discover yeniliklərlə məhdudlaşmır. O, nəşr tarixindən asılı olmayaraq, reseptlərdən və insan maraqlarına dair hekayələrdən tutmuş moda videolarına və s. hər şeyi izləmək üçün sizə fürsət yaradır.
Qeyd etmək lazımdır ki, istifadəyə verilən bu funksiya 2017-ci ildən bəri digər ölkələrdə fəaliyyətinə başlasa da, ölkəmizdə yeni quraşdırılmışdır. Buna görə də müəyyən zaman sonra vərdiş halına gələcək bu prosesi indidən təkmilləşdirmək və veb səhifənizi ona uyğunlaşdırmaq biznesinizi önə çəkməkdə sizə kömək edəcəkdir.
Bu özəlliyin nəticələrini izləmək üçün isə siz Axtarış Konsolunun yenilənmiş versiyasında “Discover” hissəsinə daxil olaraq nəticələri görə bilərsiniz. İlkin müddətdə kifayət qədər az nəticə görsəz, təəccüblənməyin. Bunun səbəbi özəlliyin yeni gəlməsi və ona uyğun optimallaşdırmanın hələ də sayta əlavə olunmamasıdır.
Bu özəllik üçün saytı necə optimallaşdırmaq lazımdır?
Digər ölkələrdə olan araşdırmalara əsasən, bu səhifədə çıxan bloqlarınız kifayət qədər qısa və bir o qədər də məlumat xarakterli olmalıdır. Bildiyimiz kimi insanların yeni hadisələrdən informasiya almaq müddəti qısa olduqca maraqları artır. Buna görə də, bu sahə üçün bloqlarınızı infoqrafikalarla və ya qısa mətn izahları verə bilərsiniz. Bununla yanaşı, köhnə məlumatlar və ya informasiyalar haqqında məlumat paylaşmaq əvəzinə daima trendə uyğun xəbərlər və məlumatlar paylaşılmalıdır.
Nəticə:
Sonda isə bütün biznes sahiblərinə və marketinqlə məşğul olan insanlara uyğun olan bu aləti tam şəkildə öyrənmək üçün sizə bir neçə veb səhifələri də məsləhət görəcəyik. Bu sizə tam şəkildə istifadə üçün şans yaradacaqdır. Qeyd etmək istəyirəm ki, Trenders Team olaraq biz də sizin SEO xidmətinizi həyata keçirərkən Search Console alətindən kifayət qədər istifadə edirik. Burdan gələn nətircələri sizinlə bölüşür və uyğun optimallaşdırma prosesini həyata keçiririk.
Öyrənə bilərsiz:
https://www.searchenginejournal.com/google-search-console-guide/209318/
https://neilpatel.com/blog/google-search-console-guide/
https://backlinko.com/google-search-console
Digər bloqlarımızı oxumaq üçün link vasitəsilə keçid edin
Oxuduğunuz üçün təşəkkür edirik!
Contributors
Subscribe to our newsletter
Sharing means caring
Rate the article
Keep on reading
Stay in the loop
Be the first to know when we release a new article