arrow whitearrow white

Marketinqdə Kopiraytinqin Əvəzolunmaz Rolu

arrow down
Marketinqdə Kopiraytinqin Əvəzolunmaz Rolu

Sözün Gücü: Marketinqdə Kopiraytinqin Əvəzolunmaz Rolu

Brendin bir şəxsiyyəti varsa, bu şəxsiyyətin dili — kopiraytinqdir. Sözlər düzgün seçildikdə sadə bir mesaj emosiyaya, cəlbedici başlıq satışa,uğurlu sloqan isə bütöv bir brend fəlsəfəsinə çevrilə bilir. Marketinq dünyasında sözlər — yalnız ünsiyyət vasitəsi deyil, təsir, dəyişiklik və bağlılıq yaradan gücdür.

 

Kopiraytinq nədir və niyə vacibdir?

Kopiraytinq məhsulu tanıtmaq məqsədilə yazılmış mətn deyil. O, insanları cəlb edən, inandıran və hərəkətə keçməyə vadar edən strateji yazılı ünsiyyət formasıdır. Yaxşı kopiraytinq brendin səsini formalaşdırır, dəyər təklifini aydın şəkildə çatdırır, emosional bağ qurur və satışa yönəldir.

Reklam dünyasında istənilən fikir düzgün sözlərlə ifadə olunmadıqda hədəfinə çatmır. Çünki insanlar artıq sadəcə məhsul almaq istəmirlər– onlar dəyərlərə, hisslərə, fərqliliyə inanırlar. Bu inamı isə ilk olaraq sözləroyadır.

 

Sloqanlar: Söz və ifadə ilə bütöv bir hissi ötürmək

Məşhur brendlər illərlə dəyişməyən sloqanları ilə yadda qalır. Çünki bu ifadələr sadəcə söz deyil, mövqedir, fəlsəfədir, stil vəçağırışdır.

Nike “Just Do It” deyəndə heç bir açıqlama və təfərrüat olmadan sadəcə bir təkan, bir çağırış və sonsuz motivasiya verir.

Apple “Think Different” ilə istifadəçini sadəcə müştəri yox, yaradıcı fərd kimi qəbul edir.

L'Oréal “Because you're worth it” şüarı ilə qadına dəyərli olduğunu xatırladır. Bu artıq bir satış deyil, özünü qəbul mesajıdır.

Coca-Cola isə “Open Happiness” sloqanı ilə məhsuldan çox onun yaratdığı emosiyanı təqdim edir.

Bu sloqanların sirri ondadır ki, onlar məhsulu deyil, dəyərivə hissi satırlar.

 


Sosial media: Sözün saniyələrlə yarışdığı məkan

Sosial media sürətlidir və ilk təəssürat cəmi bir neçə saniyə içində formalaşır. Bu zaman vizual diqqət çəkir, söz isə marağı saxlayır. Güclü başlıqlar, maraqlı CTA-lar və empatiya oyadan mətnlər izləyicini reaksiya verməyəsövq edir.

Məsələn, “Səncə bu hissi hər kəs yaşayır?” – sual formasında qurularaq izləyicini düşünməyə vadar edir. “Yalnız bu həftə – 40% endirim!” ifadəsi ilə təcili qərar verməyə çağırır. “Sənin üçün seçdik.” kimi ifadələr isə fərdiləşdirilmiş ünsiyyət effekti yaradır.

Innocent Drinks brendinin sosial media dili bu sahədə ideal nümunədir. Onların yazı üslubu səmimi, zarafatlı və doğmadır. Məhsulun dadını hiss etməzdən əvvəl istifadəçi artıq brendə bağlanır.

 

Bannerlər və outdoor reklamları: Az söz, çox təsir

Çöl reklamlarında vaxt az, diqqət qısadır. Cəmi bir neçə saniyə içində brend auditoriyanın yaddaşında iz buraxmalıdır. Uğurlu reklam lövhələrinin dili qısa, konkret və çox zaman yumorla yanaşır.

McDonald’s “I’m lovin’ it” deyəndə “Məhsul əladır” demir.“Bizimlə bu hissi yaşayırsan” mesajı verir. Volkswagen “Think small” ifadəsi ilə avtomobil aləmindəki iri modellərə qarşı minimalist yanaşmanı vurğulayır. BMW isə “The ultimate driving machine” şüarı ilə sadəcə maşın yox, təcrübə və liderlik hissini satır.

Bu tip yazılar kopiraytinqin ən güclü silahlarından biriolduğunu sübut edir.

 

 

Brendin tonunu sözlər müəyyən edir

Bir brend necə danışırsa, istifadəçi onu o cür qəbul edir.

Əgər brend rəsmi və korporativdirsə, “Zəhmət olmasa bizimlə əlaqəsaxlayın” kimi ifadələr istifadə olunur. Gənc və enerjili brend “Hə, sənə görəbura əladır!” deyə bilər. Premium və elit mövqelənmiş brend isə “Təkcəseçilmişlər üçün yaradılıb” kimi danışar.

Mətnin tonu brendin təbiəti, mövqeyi və hədəf kütləsi ilə birbaşa bağlıdır. Trenders olaraq biz, hər layihədə ilk növbədə brendin tonunu tapırıq. Çünki sözlər sadəcə cümlə deyil, brendin şəxsiyyətidir.

Trenders olaraq sözlərə necə yanaşırıq?

Bizdə kopiraytinq sadəcə mətn yazmaq deyil. Bu, auditoriyanıdərindən tanımaq, brendin dəyərlərini anlamaq və məqsədyönlü mətnlər hazırlamaqprosesidir.

Sosial media postlarından tutmuş billboard reklamlarına qədər, hər cümlə bir strategiyanı ifadə edir. Hər söz düşünülmüş və planlanmış olmalıdır – çünki hər söz nəticə gətirməlidir.

Nəticə: Sözlər unudulmur, sözlər satır

Brendinizin imicini formalaşdırmaq, satışları artırmaq və auditoriyanın zehnində iz buraxmaq üçün doğru sözlərə ehtiyacınız var.Marketinq rəqabət deyil, təəssürat yarışıdır. Və bu yarışda sözlər silahdır.

 

 

No items found.

Contributors

Revan Memmedli
Revan Memmedli
Content Creator

Subscribe to our newsletter

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Sharing means caring

Rate the article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Stay in the loop

Be the first to know when we release a new article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.
start a project
start a project
start a project
start a project
arrow whitearrow white