arrow whitearrow white

İnsan psixologiyası: Niyə aldanırıq?

arrow down
İnsan psixologiyası: Niyə aldanırıq?

İnsan psixologiyası: niyə aldanırıq? Sosial təsir: “Gunai” nümunəsi,‍Təhlükə nədir? İmkan nədir? ‍Marketinqin sabahı

İnsan psixologiyası: niyə aldanırıq?

Xüsusən də 30+ nəsil, yəni millennials. Onlar sosial medianın ilk illərində böyüyüblər. O vaxt paylaşan insanlar doğrudan da özlərini göstərirdilər. Ona görə vizual onlara həmişə daha dürüst görünüb. İndi isə vəziyyət dəyişib. Süni intellekt elə görüntülər yaradır ki, adi gözlə fərq qoymaq getdikcə çətinləşir.

Sosial təsir: “Gunai” nümunəsi

Gunai obrazı buna ən yaxşı nümunədir. Onun şəkillərinin altında yüzlərlə insan şərh yazır: “çox gözəl qızdır”, “hot girl”, “üfff”. Hisslərini bölüşürlər, bağ qururlar. Amma heç kim düşünmür ki, qarşıda real insan yoxdur. Onlar sadəcə illüziyaya bağlanırlar. Virtual obraz isə real emosiyalar oyadır. Bu artıq sosial fenomenə çevrilib.

Təhlükə nədir?

Problem təkcə aldatmaq deyil. Əsas məsələ etimadın zəifləməsidir. İnsanlar brendlərə və kontentə daha az inanacaq. Həqiqi dəyərlər səs-küy arasında itib gedəcək. Manipulyasiya üçün saysız imkan açılacaq — siyasətdə də, biznesdə də. Ən qorxulusu odur ki, bir gün auditoriya heç nəyə inanmaq istəməyə bilər.

İmkan nədir?

Bunu təhlükə kimi yox, fürsət kimi də görmək olar. Süni intellekt bizə analitik güc verir. Bloqerlərin ən çox təkrarladığı mövzuları izləmək. Auditoriyada hansı sualların cavabsız qaldığını görmək. İnsanların nəyə emosional reaksiya verdiyini ölçmək. Beləliklə, biz auditoriyaya artıq deyil, çatışmayanı verə bilərik.

Marketinqin sabahı

Əvvəllər sual belə idi: “Necə fərqlənək?” İndi isə əsas sual budur: “Necə real olaq?” Çünki saxta çoxaldıqca, həqiqi daha dəyərli olur. Sabahın ən güclü trendi də autentiklik olacaq.

Süni intellekt illüziya yaradır. Amma onu necə istifadə edəcəyimiz bizdən asılıdır. İstəsək, aldatmaq üçün işlədəcəyik. İstəsək, auditoriyanı daha yaxşı anlamaq və onlara real dəyər təqdim etmək üçün. Seçim bizdədir: illüziyanın oyuncağı olmaq, yoxsa onu idarə etmək.

AI
Marketinq

Contributors

Emin Asadov
Emin Asadov
Content Creator

Subscribe to our newsletter

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Sharing means caring

Rate the article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Stay in the loop

Be the first to know when we release a new article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.
start a project
start a project
start a project
start a project
arrow whitearrow white