arrow whitearrow white

Viral TikTok Videoları ilə Reklamlar Arasındakı Fərq Nədir?

arrow down
Viral TikTok Videoları ilə Reklamlar Arasındakı Fərq Nədir?

Viral TikTok Videoları ilə Reklamlar Arasındakı Fərq Nədir? Real kontent ilə brend kontenti arasındakı əsas fərqlər. Brendlər harada səhv edir? Brendlər viral izləyici kontentindən nə öyrənə bilər? Brend olmaq səmimiyyətsiz olmaq deyil.

Viral TikTok Videoları ilə Reklamlar Arasındakı Fərq Nədir?

Biri evdə telefonla çəkdiyi videoyla milyonlar qazanır, digərinin peşəkar komandayla çəkdiyi reklamı heç kim izləmir. Bu, ədalətsizlik deyil. Bu, fərqli düşüncə tərzidir.

Sosial media dünyasında hər şey tərsinə işləyir: vizual keyfiyyəti olmayan bir video gündəmi partladır, amma brendin yüksək büdcəli reklam çarxı scroll’lanaraq ötürülür. Burada haqsızlıq yoxdur – sadəcə bir fərq var: niyyət fərqi. Real kontent bəzən bir ideyadan yaranır, bəzən isə sadəcə təsadüfi olur. Brend kontenti isə çox zaman satış məqsədilə düşünülür. Və izləyici bunu hiss edir.

Real kontent ilə brend kontenti arasındakı əsas fərqlər

Bu iki kontent növü arasındakı fərq ilk baxışdan texniki görünə bilər, amma işin mahiyyəti tamam başqadır. Məsələ sadəcə videonun keyfiyyətində və ya montaj səviyyəsində deyil – bu kontentlərin arxasında duran niyyət və üslub tam fərqlidir.

Real kontent çox zaman səmimi, təsadüfi və emosional olur. İnsanlar gündəlik həyatlarından, duyğularından və ya əyləncəli bir anlarından qısa videolar paylaşırlar. Onların məqsədi nəyisə satmaq deyil – sadəcə hiss etdiklərini bölüşmək və ya trendə qoşulmaqdır. Bu kontentlərdə kadr bəzən əyri çəkilir, bəzən montajsız olur, amma məhz bu natamamlıq izləyici üçün “bu mənim kimidir” hissi yaradır.

Brend kontenti isə daha çox planlı, filtrli və strukturlaşdırılmış olur. Burada hər kadrın ssenarisi, mesajı və məqsədi əvvəlcədən müəyyən edilir. Ton çox vaxt ciddi, estetik və təmiz olur. Amma bu zaman izləyici ilə arada məsafə yaranır. Onlar videonu izləyərkən artıq ilk saniyələrdə “bu mənə nəsə satmaq istəyir” düşüncəsinə düşür və marağını itirir.

Bir tərəfdə duyğu paylaşmaq var, digər tərəfdə isə məhsul tanıtmaq. Və bu niyyət fərqi həm davranışa, həm də nəticəyə təsir edir.

Brendlər harada səhv edir?

Əgər brend kontenti paylaşılır, amma izlənmir, reaksiyalar azdırsa – problem izləyicidə deyil, yanaşmadadır. Çox zaman markalar sosial mediada davranış qaydalarını anlamadan orada aktiv olmağa çalışırlar. Nəticədə isə bu kimi səhvlər qaçılmaz olur:

1. Ənənəvi TV reklam formatını sosial mediaya daşımaq
TikTok və Instagram reels, TV deyil. Burada ilk 3 saniyədə diqqət cəlb olunmazsa, video avtomatik “keçilir”.

2. Reklam olduğunu çox tez hiss etdirmək
“Sponsorlu”, “kampaniya”, “endirim” sözləri hələ ilk kadrdan görünürsə – izləyici qaçır.

3. Çox peşəkar olmaq
Təmiz görüntü, aktyor oyunları və mətnlər... Bəli, brend imici vacibdir. Amma bu sanki izləyici ilə real dialoq deyil, "təqdimat" hissi yaradır.

4. İzləyici ilə eyni dili danışmamaq
Gen Z və ya Alpha nəsli ilə reklam dili ilə danışmaq – uğursuzluğa aparan qısayoldur.

Brendlər viral izləyici kontentindən nə öyrənə bilər?

●       Autentiklik (doğmalıq): İstifadəçilər artıq “reklamlaşdırılmış reallıqdan” beziblər. Həqiqi duyğular, real insanlar və gündəlik həyat – budur izlənən kontentin mayası.

●       Trend’lərə adaptasiya: Brend trend səsi istifadə etməklə işini bitmiş saymamalıdır. Məzmun da həmin trendin ruhunda olmalıdır.

●       Qısa, lakonik, emosional: 15-30 saniyəlik formatda ya güldürmək, ya düşündürmək, ya da maraq oyatmaq vacibdir.

●       Satmağa çalışma, əlaqə qur: Əvvəlcə izləyici səni sevməlidir, sonra alıcıya çevrilər. Əksinə olmur.

Brend olmaq səmimiyyətsiz olmaq deyil

İndi izləyici artıq daha ağıllıdır. Onlar istənilən manipulyasiya cəhdini hiss edir. Sosial media — empatiya, şəxsiyyət və səmimiyyət dövrüdür. Brendlər isə bu dildə danışmağı öyrənməlidir.

Brendin mesajı sadə, tonu səmimi olduqda izləyici onu reklam deyil, bir təcrübə kimi qəbul edir. Bu isə sadəcə izlənmə deyil – bağlantı yaratmaq deməkdir.

Content

Contributors

Aybəniz Əkbərli
Aybəniz Əkbərli
Mobile Content Creator

Subscribe to our newsletter

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Sharing means caring

Rate the article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Stay in the loop

Be the first to know when we release a new article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.
start a project
start a project
start a project
start a project
arrow whitearrow white