arrow whitearrow white

Bir vizual, min fikir: İdeyanı ‘kill etmə’ mədəniyyəti

arrow down
Bir vizual, min fikir: İdeyanı ‘kill etmə’ mədəniyyəti

Bir vizual, min fikir: İdeyanı ‘kill etmə’ mədəniyyəti

1. İdeyalarla dolu başlanğıc anı

Hər dizayn prosesinin əvvəlində ağlında partlayan onlarcafikir olur. Heç biri tam formalaşmayıb, amma hamısında bir potensial var. Bu mərhələ,ağ səhifəyə baxarkən içində yaranan qarışıq, amma həyəcanlı enerjidir.

2. Hər ideyanı yaz, heç birini bu mərhələdə silmə

İlk mərhələdə “bu yaxşı deyil” demə. Hamısını qeyd et, sketçlə, yapışdır, yaz.Bəzən ən dəyərli istiqamət “dəli” görünən ideyanın içindən çıxır.

3. Tənqid səsini bir müddətlik söndür

Ən orijinal ideyalar senzurasız gəlir. Öz beyninin “kritik” hissəsini azacıqsusdur ki, yaradıcı axın kəsilməsin.

4. Fikirləri qruplaşdır

Bənzər ideyaları bir yerə yığ. Bu həm hansı istiqamətin dahagüclü olduğunu göstərir, həm də zəifləri daha aydın ortaya çıxarır.

5. Texniki və konseptual yoxlama mərhələsi

Hər ideyanı texniki reallıq və brend konsepti ilətutuşdur. Bəzən dizayn gözəldir, amma praktiki olaraq mümkün deyil.

6. Auditoriyanın baxışı ilə bax

Hər dizayn sənin üçün deyil. Hədəf auditoriyanınreaksiyasını təsəvvür et. Bu mərhələ, “gözəl” və “effektiv” arasındakı fərqi müəyyənləşdirir.

7. “Killer Mode” – lazımsızları kənara qoy

Ən çətin, amma vacib hissə budur. Bəzən sevdiyin ideyanıda buraxmalı olursan. Strateji düşün: məqsədə ən uyğun olanı saxla.

8. Emosional bağa yox, nəticəyə fokuslan

Bəzi ideyalar sənə “doğma” gəlir, amma layihəyə xidmətetmir. Peşəkar dizayner olmaq, hisslərini deyil, məqsədi prioritet etməkdir.

9. Qorxmadan burax — bu, yeni ideyalara yer açır

İdeyanı “öldürmək” yaradıcılığı məhdudlaşdırmaq deyil, əksinəonu yönləndirməkdir. Kənara atdığın ideya sabah fərqli bir layihədə yenidəndoğula bilər.

Yaxşı dizayn, yaxşı seçimlərdən doğur

Ən yaxşı vizuallar min ideya arasından seçilən biristiqamətin üzərində ucalır. İdeyanı “öldürmək” bir növ sənətkarlıqdır — zövqlə,məqsədlə və inamla.

 

 

 

 

Design
Graphic Design

Contributors

Gülər Məmmədova
Gülər Məmmədova
Graphic Designer

Subscribe to our newsletter

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Sharing means caring

Rate the article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Stay in the loop

Be the first to know when we release a new article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.
start a project
start a project
start a project
start a project
arrow whitearrow white