arrow whitearrow white

Fasiləsiz təhsil karyera inkişafına necə kömək edir

arrow down
Fasiləsiz təhsil karyera inkişafına necə kömək edir

Fasiləsiz təhsil sistemi: ömür boyu öyrənmə vərdişini necə inkişaf etdirmək olar

• Davamlı təhsilin formaları

• Davamlı təhsilin üstünlükləri

• Davamlı təhsili həyatına necə tətbiq etməkolar

• Səmərəli öyrənmə üçün tövsiyələr

• Motivasiya itirməmək və təhsili yarımçıq qoymamaq yolları

Davamlı təhsil konkret tərif vermək çətin olan geniş bir anlayışdır. Bəziləri üçün bu anlayış uşaqlıqdan və erkən məktəb təhsilindən başlayaraq bütün öyrənmə prosesini əhatə edir, digərləri isə onu böyüklərin öyrənmə prosesi baxımından dəyərləndirir.

Həyat boyu öyrənən insanlar isə öz bacarıqlarını daim inkişaf etdirən və biliklərini genişləndirməyi heç vaxt dayandırmayan şəxslərdir.

Davamlı təhsilin formatları

Bu cür təhsil kontekst və məqsədlərdən asılı olaraq müxtəlif formalarda ola bilər. Ən geniş yayılmış formatlardan bəziləri bunlardır:

• Onlayn kurslar, vebinarlar, mobil tətbiqlər. Ən populyar formatlardan biridir və rahat şəkildə təhsil almağa imkan verir. Məsələn, ingilis dilini telefon vasitəsilə səfər zamanı və ya iş fasilələrində inkişaf etdirmək mümkündür.

• Şirkətlərdə daxili təlimlər. Şirkətlər əməkdaşları üçün seminarlar, mühazirələr və treninqlər formasında daxili tədris proqramları təşkil edə bilərlər.

• Təhsil konfransları. Bu cür tədbirlərdə iştirak həm yeni biliklər qazanmağa, həm də həmkarlarla təcrübə mübadiləsi aparmağa, yeni əlaqələr qurmağa və fərqli şəhər və ölkələri kəşf etməyə imkan yaradır.

• Mentorluq və kouçinq. Bu format təcrübəli mentor və ya kouç ilə işləməyi əhatə edir. Onlar öz təcrübələrinə əsaslanaraq müəyyən bacarıqların inkişafına və konkret məqsədlərə çatmağa kömək edirlər.

• Özünü təhsil. Ən çevik formatdır. Kitab oxumaq, tədris videolarına baxmaq, tapşırıqları yerinə yetirmək və mövzunu müstəqil şəkildə araşdırmaq bu kateqoriyaya daxildir.

• Akademik təhsil və özəl təhsil müəssisələri. Universitetlər, kolleclər və müxtəlif özəl tədris mərkəzləri vasitəsilə əldə olunan sistemli və strukturlaşdırılmış təhsildə davamlı öyrənmənin vacib hissəsidir.

Davamlı təhsilin üstünlükləri

Karyerada irəliləyiş

Sahələr daim inkişaf etdikcə, bir çox mütəxəssis yeni biliklər əldə etməyə ehtiyac duyur. Əmək bazarında rəqabət kifayət qədər güclüdür, çünki hər zaman yeni bilik və bacarıqlarla gələn insanlar ortaya çıxır. Əgər siz zamanla ayaqlaşmırsınızsa, yerinizi başqası tuta bilər. Davamlı təhsil yalnız mövcud işinizi qorumağa kömək etmir, eyni zamanda istənilən yaşda karyeranı dəyişmək və yeni istiqamətə yönəlmək üçün də imkan yaradır.

Soft skill-lərin gücləndirilməsi

Yeni şeylər öyrənmək yalnız dünya görüşünü genişləndirmir, eyni zamanda bir çox vacib bacarıqları inkişaf etdirmək və möhkəmləndirmək üçün əla imkandır:

• məqsəd qoyma

• özünə intizam

• kreativlik

• tənqidi düşüncə

• zamanın idarə olunması (time-management)

• problem həll etmə bacarığı

• adaptasiya qabiliyyəti

Sağlamlığın qorunması

• Diqqətin daha uzun müddət saxlanması. Davamlı təhsil diqqəti müəyyən mövzu və ya tapşırıq üzərində cəmləməyi tələb edir və bu da uzun müddətli konsentrasiyanın inkişafına kömək edir.

• Yaddaşın inkişafı. Yeni məlumatların öyrənilməsi və bacarıqların tətbiqi beynin müxtəlif hissələrini aktivləşdirir, bu da yadda saxlama və xatırlama qabiliyyətini gücləndirir.

• Məntiqi düşüncənin yaxşılaşması. Öyrənmə prosesi analiz, sintez və qiymətləndirmə tələb edir, bu da koqnitiv funksiyaların və məntiqi düşüncənin inkişafına təsir göstərir.

• Demensiya riskinin azalması. Zehni fəaliyyəti stimullaşdıran məşğuliyyətlərdə mütəmadi iştirak gələcəkdə demensiya və digər koqnitiv problemlərin yaranma riskini azalda bilər.

Özünə inamın inkişafı

Hər yeni bacarıq qazandıqca və biliklərinizi dərinləşdirdikcə, özünüz üçün yeni imkanlar açırsınız. Bu proses yalnız peşəkar inkişafı deyil, həm də şəxsi potensialın formalaşmasını dəstəkləyir. Hər uğurlu addım isə öz gücünüzə inamı daha da möhkəmləndirir.

Netvorkinq (əlaqələrin qurulması)

Xüsusilə aktiv ünsiyyət tələb edən təhsil formatlarında iştirak etmək həm intellektual inkişafı stimullaşdırır, həm də peşəkar və sosial çevrənizi genişləndirməyə imkan yaradır.

Davamlı təhsili həyatına necə tətbiq etmək olar

Birçox insan üçün həyat boyu öyrənmək məşğuliyyət və gündəlik öhdəliklər səbəbindənçətin və ya mümkünsüz görünə bilər. Amma düzgün yanaşma və kiçik addımlarla butam realdır.

1. İlk addım maraq və məqsədlərini müəyyənləşdirmək.

Səninə motivasiya edir və hansı sahələrdə inkişaf etmək istəyirsən bunu aydınlaşdır.

2. İkinci addım təhsil planı qurmaq.

Öyrənmək istədiyin mövzuların siyahısını hazırla və məqsədə necə çatacağını müəyyən et.

Məsələn, qrafik dizayn öyrənmək istəyirsənsə, planına illik proqram almaq, qısa kurs və intensivlərə qatılmaq və ya pulsuz resurslardan istifadə edib sonra praktik məşqlər etmək daxil ola bilər.

3. Üçüncü addım təhsil üçün vaxt ayırmaq.

Hətta ən sıx qrafikdə belə öyrənmək üçün vaxt tapmaq mümkündür. Məsələn, yolda olarkən audio kitab və ya podkast dinləmək, hər gün 15–30 dəqiqə oxumağa və ya video izləməyə vaxt ayırmaq.

4. Dördüncü addım öyrəndiklərini praktikada tətbiq etmək.

Bu, öyrənmənin nəticəsini müəyyən edən ən vacib mərhələdir. Praktika olmadan biliklər möhkəmlənmir və effektiv nəticə vermir.

5. Beşinci addım planı mütəmadi yeniləmək və korrektə etmək.

Zaman keçdikcə maraqların və məqsədlərin dəyişə bilər. Buna görə də təhsil planını vaxt aşırı yenidən nəzərdən keçirmək və lazım olduqda dəyişikliklər etmək vacibdir. Bu, motivasiyanı qorumağa və yeni nəticələrə yönəlmiş qalmağa kömək edir.

Səmərəli öyrənmə üçün tövsiyələr

• Öyrəndiklərini paylaş.

Dostların və ya ailə üzvlərinlə öyrəndiklərini müzakirə etmək məlumatı daha yaxşı mənimsəməyə kömək edir. İzah etdikcə mövzunu daha dərindən anlayırsan.

Necə motivasiyanı itirməmək və öyrənməni yarımçıq qoymamaq olar

Zamanlı Züleyxa: “Bu, çox yayılmış bir problemdir, çünki öyrənmə prosesində çətin mərhələlər olur və həmin vaxt motivasiya azalır. Bu vəziyyətdə bir neçə sadə yanaşma kömək edir.”

• İntizam və planlama.

Aydın zaman planı və deadline-lar öyrənməni sistemli saxlayır.

• Komanda və ya öyrənmə yoldaşları.

Birlikdə öyrənmək əlavə məsuliyyət yaradır. Bir-birinizlə müzakirə etmək, yoxlamaq və təcrübə paylaşmaq prosesi daha effektiv edir.

• Öyrəndiyini başqalarına təqdim et.

Mövzu üzrə təqdimat hazırlamaq səni daha dərindən öyrənməyə məcbur edir və biliklərini möhkəmləndirir.

• Çətinlikləri normal qəbul et.

Uzun müddətli öyrənmə zamanı geriləmələr qaçılmazdır və bu tam normaldır.

• Özünü qiymətləndir və təşəkkür et.

Hətta kiçik addımlar belə önəmlidir. Özünü daim tənqid etmək əvəzinə, irəliləyişini qeyd et və motivasiyanı qoruyub saxla.

Marketinq
Design
Graphic Design

Contributors

Züleyxa Zamanlı
Züleyxa Zamanlı
Senior Graphic Designer

Subscribe to our newsletter

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Sharing means caring

Rate the article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Stay in the loop

Be the first to know when we release a new article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.
start a project
start a project
start a project
start a project
arrow whitearrow white