Məşhur brendlərin yaratdığı viral kontentlər. Hədəf kütləsini dərindən analiz edin. Kütlə ilə emosional bağ qurun. Trendlərdən istifadə: Doğru zamanda doğru yerdə olmaq. Yaradıcı yanaşma. Sadəlik və əlçatanlıq.
Məşhur brendlərin yaratdığı viral kontent
Viral kontent anidən gələn bir şans deyil. Uğurlu kampaniyaların arxasında düşünülmüş strategiyalar, auditoriyanın dərindən anlayışı və yaradıcı yanaşmalar dayanır.
Bəs qlobal brendlər kontentin viral olması üçün nə edir? Bu bloqda məşhur brendlərin adi reklamın hüdudlarını aşaraq mədəniyyətin ayrılmaz bir hissəsinə çevrilən kontent yaratmaq üçün istifadə etdiyi 5 sirr ilə tanış olacaqsınız.
Hədəf kütləsini dərindən analiz edin
İstənilən məzmunun ən vacib elementi auditoriyadır. İnsanların ehtiyaclarını və istəklərini dərindən anlamadan, onlarda əks-səda doğuracaq məzmun yaratmaq qeyri-mümkündür.
Məsələn, Nike brendi müştərilərinə ilham vermək və onları motivasiya etmək üçün idmançılar haqqında güclü və ilhamverici hekayələrdən istifadə edir. 2020-cü ildə Nike "You Can't Stop Us" kampaniyasını təqdim etdi və bu kampaniya YouTube-da milyonlarla izləmə topladı. Kampaniya çətinliklərlə mübarizə aparmağı və və məqsədlərə çatmağı əsas dəyər kimi görən auditoriyaya müraciət etdi. Bu kampaniya dərin emosional bağlantı sayəsində qısa zamanda viral oldu.
Kütlə ilə emosional bağ qurun
İnsan ürəyini fəth edə bildinizsə, bütün dünyanı fəth edə bilərsiniz
Bir çox reklam kampaniyaları məhz insanlarda güclü emosiyalar oyatdığı üçün uğurlu olub. Stereotipləri dəyişdirərək viral olan reklamın nümunəsi olaraq Always brendinin "Like a Girl" kampaniyasına nəzər salaq.
Forbes-a görə kampaniya sadəcə gender bərabərliyi mövzusunda müzakirələr başlatmaqla qalmadı, eyni zamanda brendin satışlarını 4% artırmağa kömək etdi. İnsanlar güclü hisslər yaradan materialları paylaşmağa meyillidilər, buna görə də uğurlu məzmun yaratmaqda hədəf kütləsinin emosiyalarına toxunmağın mahiyyətini unutmayın.
Trendlərdən istifadə: Doğru zamanda doğru yerdə olmaq
Bir hadisə trendə çevrildikdə, onu məzmununuzda istifadə etməmək — viral olmaq şansını qaçırmaq deməkdir.
2013-cü ildə Super Bowl zamanı Oreo-nun işıq sönən stadionu əks etdirən kampaniyası bunun klassik nümunəsidir. Twitter-də "You can still dunk in the dark" mesajı real vaxtda trendə uyğun olaraq yaradılmış və qlobal müzakirənin bir hissəsinə çevrilmişdi. The Wall Street Journal vurğuladı ki, belə yanaşma Oreo-ya platformada böyük diqqət qazandırdı və bir neçə dəqiqə ərzində 15 mindən çox retvit topladı.
Yaradıcı yanaşma
Yaradıcı yanaşma brendləri fərqləndirən əsas amildir. Brendin sərhədləri aşaraq uğur qazandığını göstərən ən parlaq nümunələrədən biri Dove-un"Real Beauty" kampaniyasıdır. Dove əsl gözəlliyin heç bir standartı olmadığını və ən önəmlisinin özünə sadiq olmaq olduğunu göstərdi. BBC-yə görə kampaniya brendin tanınmasını xeyli artırdı və dünya miqyasında milyonlarla qadının diqqətini çəkdi. Bu sosial məsələlərə yaradıcı yanaşmanın necə viral məzmun yarada biləcəyinin bir nümunəsidir.
Sadəlik və əlçatanlıq
Viral məzmunun mürəkkəb və çoxmənalı olmamalıdır. İdeya nə qədər sadədirsə, insanların onu anlamağı və ən əsası paylaşması bir o qədər asan olur.
Apple brendi reklam kampaniyalarında hər zaman məhsullarının sadəliyinə və istifadə rahatlığına diqqət yetirir. Onların iPhone reklamı texniki xüsusiyyətlərə deyil, cihazın gündəlik həyatda necə rahat istifadə oluna biləcəyinə diqqət çəkir. Bu brendi istifadəçisinə daha yaxın edir və güclü əks-səda yaradır.
Bu prinsipləri düzgün tətbiq edən brendlər sadəcə məşhur olmaqla yanaşı insanların həyatının ayrılmaz hissəsinə çevrilir. Unutmayın ki, viral məzmun sadə bir təsadüf deyil, uzunmüddətli perspektivə yönəlmiş düşünülmüş strategiyanın nəticəsidir.
Contributors
Subscribe to our newsletter
Sharing means caring
Rate the article
Keep on reading
Stay in the loop
Be the first to know when we release a new article