Biznesinizlə marketinq birincisi olmaq istəyirsiniz?
Bir çox biznesin marağında olan və 2023-cü ildə artıq məcburi hala gəlmiş rəqəmsal marketinq(digital marketing) sahəsində hər kəsi qabaqlamaq üçün Trenders-dən məsləhət alın. Bu bloq yazımızda marketing agentliyi olaraq ilin ən önəmli faktorlarını sizinlə bölüşəcəyik.
Marketinq özlüyündə yalnız istifadə etdiyinizdən reklamlardan deyil, dizayn, məzmun(content), veb səhifə və bir çox amildən asılıdır.
Əlbəttə ki, bloqun irəliləyən hissəsində hansı məqamların rəqəmsal marketinq üçün önəmli olduğunu, bu sahədə olan insanların və ya marketinq agentliklərinin bu prosesdən nə dərəcədə yararlanacağını göstərəcəyik.
Dizaynda loqonun önəmi, rəqəmsal marketinq haqqında daha çox informasiyanı, LinkedIn və metanın yeniliklərini də digər bloq yazılarımızda oxuya bilərsiniz.
İlin ilk bir neçə həftəsi ərzində biz ChatGPT və DALL-E kimi yeni alətlərə dair göstərişlər və bu inkişaf edən tətbiqlərin sizə necə kömək edə biləcəyi də daxil olmaqla, sosial media və rəqəmsal marketinq səylərinizi necə artırmaqla bağlı bir sıra məsləhətlər və qeydlər paylaşmışdıq.
Göstərilən mövzular brend üçün həll olduqrdan sonra:
- Brendinizin və məzmun missiyanızın müəyyənləşdirilməsi
- Hədəf bazarınız arasında açar sözlər və sorğuların araşdırılması
- Rəqiblərinizi və onların yanaşmalarının təhlili
Bununla yanaşı, siz hədəf auditoriyanızın nələrə baxdığını, brend mesajlarınızın doğru yerdə və zamanda onların qarşısına necə çatdığını başa düşməlisiniz.
Rəqib tədqiqatınız bununla bağlı bəzi sizə əsas göstəriciləri verə bilər. Onları araşdırarkən siz bazarın sizdən nə istədiyini rahatlıqla tapa biləcəksiniz. Həmçinin, rəqiblərin reklam strategiyalarını müəyyənləşdirdikdən sonra öz rəqəmsal marketinq strategiyanızı yaratmaq sizin üçün kifayət qədər rahat olacaqdır.
Maksimum diqqəti cəlb etmək üçün isə siz auditoriyanızın hansı nəşrləri oxuduğunu, hansı sosial media məşhurunu izlədiyini və hansı növ məzmun yanaşmalarının ən yaxşı rezonans doğurduğunu nəzərə almalısınız.
İnsanların reklam maraqlarına uyğunlaşmaq
Beləliklə, ilk növbədə auditoriyanızın hansı nəşrləri oxuduğunu müəyyənləşdirməlisiniz. Bunu müəyyən etməyin bir neçə fərqli yolu var. Ehtimal ki, hədəf bazarınızın məşğul olduğu ən yaxşı nəşrlər və ya saytlar haqqında bir az təsəvvürünüz var.
Bu nəşrlərdə qeyd oluna bilsəniz, bu biznesiniz üçün çox önəmli və uğurlu hesab olunacaqdır. Həmçinin brendin belə bir tanınırlıq qazanması Google Reklamlarının əsas prinsipidir.
Ödənişli reklam alaraq həmin nəşrlərdə yer almaq həll yolu olsa da, siz xarici linklər göndərməklə də bu nəşrlərə daxil ola bilərsiniz. Digər bir yol isə müvafiq Facebook qruplarında, Reddit icmalarında və s. yazılar yazmaqdır.
Müəyyən bir mövzu üçün ən nüfuzlu insanları və nəşrləri araşdırmağın və müəyyən etməyin bir yolu da, Twitter profilləri arasında ümumi izləyiciləri tapmağa imkan verən Followerwonk-un auditoriya müqayisə alətindən istifadə etməkdir.
Rəqiblərinizin auditoriya siyahılarını nəzərdən keçirin və bu istifadəçilərin ümumi olaraq kimi izlədiklərini müqayisə edin. Sektorunuzdakı ən nüfuzlu Twitter profilləri haqqında ətraflı fikir əldə edəcəksiniz ki, bu da daha sonra hədəf auditoriyasını tapmağa imkan verəcək.
Əlbəttə ki, Twitter ən populyar sosial platforma deyil. Facebook və ya TikTok istifadəsini müəyyən edə bilmir. Bununlada siz, bu ideyanın biznesə daha az yararlı olduğunu düşünə bilərsiniz. Lakin ən aktiv sosial media istifadəçiləri də, ən son xəbərlərdən xəbərdar olmalarını təmin etmək üçün Twitter-dan istifadə edirlər.
Buna görə də Elon Musk və Donald Trump kimi insanlar Twitter-i çox vacib hesab edirlər, çünki onun daha az istifadəçisi olsa da, Twitter bir çox əsas xəbərlərin və tendensiyaların mənbəyi olaraq qalır.
Məşhur istifadəçilər Twitter-dən məlumat və xəbərləri götürərək onu digər platformalara paylaşırlar. Buna görə də, bu istifadəçilərə çatmaq, sizin auditoriyanızda brend şüurunun artırılmasında əsas rol oynaya bilər.
Auditoriyanı müəyyən etmək üçün istifadə edə biləcəyiniz digər bir alət isə Twitter, YouTube və TikTok profillərini analiz edə bilən BuzzSumo-dur.
İzləyiciləriniz arasında ən təsirlilərin kim olduğunu başa düşmək, sizi marketinq tərəfdaşlığı üçün əsas insanlara istiqamətləndirə bilər.
Bu fenomenlərlə əlaqə saxlamaq üçün bir sıra əsas məsləhətlər var. Əgər, izləyici kütləsinin bəyəndiyi və təqdir etdiyi düzgün fenomenləri tapsaz, bu sizə biznesinizi daha çox insana çatdırmağa kömək edəcək. Bunu araşdırmağın yollarından biri də bazarın spesifik araşdırmasını aparmaqdır.
Yerli bizneslər üçün yerli nəşrləri araşdırmaq və onların diqqət mərkəzində olan əsas sahələri anlamaq da dəyərli faktorların arasındadır.
Biznesinizi inkişaf etdirmək üçün hansı marketinq üsullarını işlətmək olar?
Böyük mağazalar və şəbəkə bizneslər ilə rəqabət uzun müddətdir kiçik biznes sahiblərinin varlığının əsas maneələri olmuşdur. Əhalinin artan seqmentinə daxil olmaq və daha çox yerli müştəriləri cəlb etmək üçün bu dörd marketinq texnikasından istifadə edə bilərsiniz.
Kuponlar
Endirimlər yeni müştərilər cəlb etməyin ən cəlbedici yollarından biridir. İlk dəfə müştərilər üçün kuponlar, endirimli mallar və ya pulsuz məhsul və ya xidmətlər təklif edin. Sosial media, birbaşa poçt, qəzet əlavələri və e-bülletenlər də daxil olmaqla, bu endirimləri müştərilərinizə çatdırmağın müxtəlif yolları var. Biznesiniz üçün ən təsirli üsulları kəşf etmək üçün marketinq kampaniyanıza müxtəlif yolları daxil etməyə çalışın. Müasir dövrümüzdə bu kampaniyalar əsasən e-commerce, yəni elektron kommersiya saytlarında istifadə olunur. Trendyol və Amazon kimi markalar bu xəbərləri e-mail marketinq vasitəsilə insanlara ötürürlər.
Yerli Bazar
Yerli iqtisadiyyatlarını dəstəkləməkdə maraqlı olan müştəriləri tapmağın ən asan yolu böyük endirilmlərdə və ya festivallar kimi yerli tədbirlərdə iştirak etməkdir. Fiziki məhsullar satmırsınızsa, diqqəti cəlb etmək üçün bu tədbirlərə sponsorluq edə və ya məlumat köşkü qura bilərsiniz. Bundan əlavə, özünüz və ya digər yerli bizneslərlə ortaq şəkildə kiçik tədbirlər keçirə bilərsiniz. Bunlara dequstasiya, məhsul nümayişi və ya flaş satışlar daxil ola bilər. Hal-hazırda fiziki şəkildə bunu reallaşdıran kampaniyalar, eyni trendi sosial media üzərindən də həyata keçirməyə çalışırlar.
Sosial şəbəkə
Facebook, Twitter və Instagram kimi sosial media platformaları kiçik biznesin istifadə edə biləcəyi ən güclü alətə çevrilir. Bu şəbəkə alətləri sizi, məhsul və xidmətlərinizlə maraqlana biləcək yerli müştərilərlə birbaşa əlaqə qura bilər. Fəaliyyət göstərdiyiniz ərazidə siz, həmçinin yerli Facebook səhifələrini axtarıb bu səhifələrdə özünüzü və biznesinizi təqdim edə bilərsiniz.
SEO
Meta məzmuna yerlər əlavə etmək, hər bir mağaza yeri üçün ayrıca saytlar yaratmaq və Google+ biznes səhifəsi yaratmaq daxil olmaqla, yerli axtarış motoru reytinqlərində biznesinizi artırmaq üçün bəzi effektiv strategiyalar var. Siz həmçinin biznes siyahı məlumatlarınızı avtomatik olaraq müvafiq bazarda müştərilərinizlə paylaşa bilərsiniz
Rebrendinq
Bəzi şirkətlər öz bizneslərinin yerli aspektinə tam diqqət yetirmək üçün marketinq səylərini yenidən istiqamətləndirməli ola bilər. Bu zaman köklü dəyişikliklər yaradaraq bazarın ən son trendlərini biznesinizə tədbiq etməlisiniz ki, bu da öz növbəsində sizə yerli bazarda yenidən möhkəmlənmək imkanı qazandıracaqdır
Bu dörd marketinq texnikasını tətbiq etməklə siz yerli müştəri bazanızı genişləndirə və kiçik biznesinizi cəmiyyətin sütununa çevirməyə kömək edə bilərsiniz.
Trenders komandası biznesinizə və şəxsi inkişafınıza kömək edəcək bloq yazılarını paylaşaraq sizə kömək edəcək. Sosial media səhifələrimizi izləyərək digər kontenlərimizlə də tanış ola bilərsiniz.
Oxuduğunuz üçün təşəkkürlər!
Contributors
Subscribe to our newsletter
Sharing means caring
Rate the article
Keep on reading
Stay in the loop
Be the first to know when we release a new article