arrow whitearrow white

Account Manager Kimdir?

arrow down
Account Manager Kimdir?

Account Manager kimdir və nə iş görür? Account Manager-in əsas vəzifələri.

Account Manager kimdir və nə iş görür?

Marketinq agentliklərində hər bir uğurlu layihənin arxasında güclü Account Manager dayanır. O, həm komandanın, həm də müştərinin “körpüsü” rolunu oynayır. Yəni prosesi idarə edir, düzgün kommunikasiya yaradır və nəticənin keyfiyyətli şəkildə çatdırılmasını təmin edir.

Account Manager-in işi yalnız mesajlara cavab yazmaqdan ibarət deyil. Bu rol planlama, məsuliyyət, strateji düşüncə və insan idarəetməsi tələb edir.

Account Manager-in əsas vəzifələri

1. Müştəri ilə əlaqələrin idarə olunması

Account Manager müştərinin əsas kontakt nöqtəsidir. O:

  • Müştərinin ehtiyaclarını dinləyir və anlayır

  • Brendin məqsədlərini toplayır

  • Gözləntiləri real çərçivədə formalaşdırır

  • İş prosesində mütəmadi məlumat verir

Müştəri hər zaman nə baş verdiyini bilməlidir. Şəffaflıq güvən yaradır.

2. Layihənin planlanması və koordinasiya

Bu rol eyni anda bir neçə işi idarə etməyi tələb edir:

  • Task-ların komanda üzvlərinə bölünməsi

  • Deadline-ların müəyyən olunması

  • Tapşırıqların icrasına nəzarət

  • Brif və material axınının təşkil olunması

Account Manager komandanın ritmini qoruyan şəxsdir.

3. Keyfiyyətə nəzarət

Hazırlanan işlər müştəriyə getməzdən əvvəl AM tərəfindən yoxlanılır:

  • Brend tonuna uyğunluq

  • Brief-ə uyğun icra

  • Texniki tələblər

  • Detalların dəqiqliyi

Sadəcə irəli göndərmək deyil, dəyər qatmaq vacibdir.

4. Problemlərin həlli

Marketinq prosesində hər zaman çətinliklər olur. Peşəkar Account Manager:

  • Panikaya düşmür

  • Hər situasiya üçün həll düşünür

  • Komandaya və müştəriyə yol göstərir

Bu rolda ən güclü xüsusiyyət sakit və idarəli qalmaqdır.

5. Hesabat və nəticələrin izlənməsi

  • Aylıq/kvartal raportlar

  • KPI-ların müzakirəsi

  • Təklif və optimizasiya planları

Nəticələr göstərilməzsə, görülmüş iş görünməz qalır.

Marketing agentliyində Account Manager olmaq sadəcə “müştəri ilə yazışan adam” olmaq deyil. Bu vəzifə əslində agentliyin dəyərini qoruyan, müştəri ilə komanda arasında balans yaradan və hər layihənin düzgün axınını təmin edən mühüm rol sayılır. Çoxları bu işi asan görsə də, əslində ardında planlama, psixologiya, strateji düşüncə və yüksək məsuliyyət dayanır.

Account Manager ilk növbədə müştərinin ehtiyaclarını anlayan şəxsdir. Müştəriyə yalnız “bəli, edərik” demək kifayət etmir. Əsas məsələ müştərinin nə istədiyini düzgün analiz etmək, onu real hədəflərlə uyğunlaşdırmaq və prosesi ən düzgün şəkildə yönləndirməkdir. Müştəri bəzən emosional yanaşır, tələskən olur və ya diqqətini yalnız nəticəyə fokuslayır. Bu zaman Account Manager həm izah etməyi, həm də sakit və peşəkar davranmağı bacarmalıdır. Müştərinin güvənini qazandıran da elə bu davranışdır.

Gündəlik iş prosesində Account Manager komanda üçün ritm yaradır. Kontent hazırlanması, dizayn, video, ideya, həm də paylaşım planı onun təşkilatçılığı ilə düzgün axır. Hər detal önəmlidir. Hər deliver-in vaxtında getməsi və keyfiyyətli olması, hər tapşırığın düzgün formalaşdırılması, hər mərhələdə geri dönüşlərin izlənməsi həm komandanı rahatlaşdırır, həm də müştərinin gözündə agentliyin peşəkar imicini gücləndirir.

Bu rolda ən kritik məqamlardan biri proaktiv yanaşmadır. Sadəcə müştərinin yazmasını gözləmək yox, özü təkliflər vermək, trendlərə uyğun ideyalar çıxarmaq, nəticələr əsasında tövsiyə etmək çox vacibdir. Müştəri belə zamanlar hiss edir ki, qarşısında sırf icraçı yox, ona dəyər qatmaq istəyən tərəfdaş var. Bu münasibət uzunmüddətli əməkdaşlıq yaradır.

Həmçinin qeyd etmək lazımdır ki, Account Manager hər zaman sakit qalmağı bacarmalıdır. Marketer dünyasında bəzən gecikmələr olur, gözlənilməyən düzəlişlər çıxır, təcili kontentlər tələb olunur. Bu kimi hallarda panika yox, plan və idarəetmə lazımdır. İşdə stress var, amma peşəkar olan onu daxili enerjiyə çevirməyi bacarır. Əsl inkişaf da burada başlayır.

Bu sahəyə yeni başlayanlar bəzən düşünür ki, əsas bacarıq kommunikasiya və mesaj yazmaqdır. Reallıqda isə daha genişdir. Analitik düşüncə, prioritetləşdirmə, qərarvermə, insan psixologiyasını anlamaq, özünü idarəetmə, situasiyadan çıxma qabiliyyəti, həm də komanda psixologiyasını düzgün yönləndirmək bu işin əsasını təşkil edir. Yəni Account Manager yalnız müştərinin yox, komandanın da yanında olmalıdır.

Nəhayət, bu vəzifənin ən vacib tərəfi güvən yaratmaqdır. Müştəri hiss etməlidir ki, işi doğru əllərdədir. Komanda hiss etməlidir ki, onların əməyinə dəyər veriləcək və düzgün təqdim olunacaq. Agentlik isə bilməlidir ki, hesablar professional şəkildə idarə olunur və müştəri məmnuniyyəti qorunur.

Əgər bu sahədə irəliləmək istəyirsənsə, hər gün öyrənməyə, planlı işləməyə və münasibətlərə dəyər verməyə fokuslan. Çünki Account Manager yalnız vəzifə adı deyil. Bu, həm liderlik, həm idarəetmə, həm də insanlara dəyər vermə mədəniyyətidir. Belə yanaşdıqda bu iş sənə yalnız peşəkarlıq yox, həm də güclü karyera perspektivi qazandıracaq.

Marketinq

Contributors

Rəna Rəhimova
Rəna Rəhimova
Social Media Specialist

Subscribe to our newsletter

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Sharing means caring

Rate the article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Stay in the loop

Be the first to know when we release a new article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.
start a project
start a project
start a project
start a project
arrow whitearrow white