arrow whitearrow white

2023-cü il üçün Linkedində necə post paylaşmaq olar?

arrow down
2023-cü il üçün Linkedində necə post paylaşmaq olar?

2023-cü ildə sosial media marketinq prosesinizi yeniləmək istəyirsiniz?

İlin ilk bir neçə həftəsi ərzində biz ChatGPTDALL-E kimi yeni alətlərə dair göstərişlər və bu inkişaf edən tətbiqlərin məzmun planlamanıza necə kömək edə biləcəyi də daxil olmaqla, sosial səylərinizi maksimuma çatdırmaq üçün bir sıra məsləhətlər və qeydləri sizinlə bölüşürük. Bu gün isə LinkedIn 2023-cü ildə sosial media şəbəkələri arasındakı rolu haqqında danışacayıq.

LinkedIn Paylaşım Məsləhətləri

Son 12 ay ərzində əsas sosial platformalarda baş verən müxtəlif dəyişikliklər olsa da, LinkedIndə bu dəyişiklər baş vermirdi. Tətbiq paylaşımları daha dəqiq auditoriyaya çatdırmaq üçün yeni alətləri istifadəyə verdi.

Elə bu səbəbdən öz verdikləri statistikaya əsasən LinkedIn istifadəçilərinin sayı 2022-ci ildən 22% artım göstərmişdir.

Əmək bazarı inkişaf etdikcə, LinkedIn bir çoxları üçün kritik bir yer olmağa davam edəcək - bu, marketoloqlar üçün də peşəkar insanlara çatmaq imkanı verir.

İnsanların rəsmi məsələlərin müzakirəsini Twitter-dən uzaqlaşdırması LinkedIn üçün böyük fürsət yaradır ki, bu da onun istifadəçi sayını artırır.

2023-cü ildə LinkedIn-i daha çox diqqət mərkəzində saxlamaq istəyirsiniz? 

Paylaşım mərhələsi

İstifadəçilərin tətbiqdə qarşılıqlı əlaqəsini nəzərə alsaq, LinkedIn bəzi digər platformalara nisbətən daha geniş məzmun planı tələb edir.

Bununla belə bir nəticəyə gəlmək olur ki, LinkedIn-də brend yaratmaq istəyirsinizsə, işçilərlə səhifənin daimi olaraq əlaqəsi mövcud olmalıdır..

Çünki insanlar LinkedIn-dəki brendlərdən daha çox brendi təmsil edən insanlarla əlaqədə olurlar.

LinkedIn öz izahında da bildirir:

“İnsanlar LinkedIn-də brendləri izləsələrdə, bu brendlərin arxasında olan insanlarla əlaqə saxlayırlar. İşçilərinizi LinkedIn səhifəsinin və brendin təmsilçisi olmağa həvəsləndirin. Admin öz səhifəsində yazılar yazdıqda, post reaksiyalarının 30%-i şirkətin işçilərindən gəlir. Bu işçilərin də bu paylaşımı öz səhifələrində göstərməkləri həmin paylaşımın nəticəsinin yüksək olmasını təmin edir.”

Hər bir işçinin öz LinkedIn şəbəkəsi var və siz bundan brend mesajlaşmanızı paylaşmağa kömək etmək üçün istifadə edə bilərsiniz.

Həmçinin LinkedIn sizi sadə postlar paylaşmağa dəvət edir. Çox göstərişli postların mövcudluğu digər sosial şəbəkələrdə olduğu kimi LinkedIn-də reaksiya toplaya bilmir. Bunun əsas səbəbi izləyici kütləsinin rəsmi fortmata üstünlük verməsidir.

Effektiv şəkildə işçilərin dəstəyi, markanızı tanıtmaqla yanaşı, müvafiq yenilikləri paylaşmaqla əldə edə biləcəkləri faydaları vurğulamaqla brendə ciddi izləyici kütləsi qazandıracaq.

Brendiniz haqqında danışıqlar və rəylər artdıqca brend reputasiyanız güclənməyə və irəliləməyə davam edəcək.

Ümumi paylaşım məsləhətləri

LinkedIn yazıları Facebook və Twitter-dən bir qədər uzun ola bilər, lakin qeyd etmək lazımdır ki, sizin LinkedIn yazınız mobil proqramda 140 simvolla kəsiləcək. LinkedIn simvol sayını artırmasa belə, burda olan auditoriya uzun yazıları oxumağı və fikir bildirməyi sevir.

İnsanlar diqqət cəlb etmək üçün Linkedində cəlbedici başlıqlar yazmaq istəyirlər, məsələn “müsahibə bacarıqlarınızı təkmilləşdirməyin 10 yolu” və ya “[məhsulun] performansınızı yaxşılaşdıracaq 5 yol”.

Bu, bütün brendlər və ya fərdlər üçün uyğun olmasa da, diqqəti cəlb etmək üçün yaxşı bir yol ola bilər. Belə yazı üslubu ətrafında bəzi yaradıcı düşüncələr məhsullarınızı açıq şəkildə tanıtmağa kömək edə bilər.

Hashtag

Platforma hashtag istifadəsi ilə bağlı yeni təsnifat və kəşf prosesləri hazırladığından, son illərdə hashtaglar LinkedIn-də daha çox diqqət mərkəzində olub.

LinkedIn şirkət səhifələrinə bizneslərini əlaqələndirmək istədikləri hashtagları seçməyə imkan verir, bu isə istifadəçiləri əsas maraq sahələrini nümayiş etdirmək üçün profillərinə hashtaglar əlavə etməyə təşviq edir.

LinkedIn, həmçinin daha uyğun axtarış və kəşf funksiyalarını inkişaf etdirmək niyyətindədir.  Buna görə də brendinizi və məzmununuzu müvafiq icmalarla əlaqələndirməyə kömək etmək üçün yazılarınızda müvafiq hashtag-ləri nəzərdən keçirməyə dəyər.

Biznesiniz üçün ən uyğun hashtagları tapmaq üçün ən yaxşı seçiminiz LinkedIn-in özüdür. Axtarış çubuğuna istənilən hashtag daxil edin və LinkedIn əlaqəli tag-lərin siyahısını təqdim edəcək.

LinkedIn əlavə olaraq karusel postların da insanlar tərəfindən daha çox reaksiya alma şansı olduğunu bildirir. Bununla bağlı açıqlamasında deyilir:

“Unikal fərdi şəkillərdən ibarət seriya və ya kolaj xüsusilə cəlbedicidir. Böyük, aydın, yüksək keyfiyyətli şəkillər ən yaxşı nəticələri əldə edəcək. Şəkil standard olaraq 1200 x 627 piksel tövsiyə edirik”

Paylaşım üçün ən yaxşı vaxtlar

Minlərlə iş səhifəsinin orta göstəricilərinə əsaslanan bütün bu anlayışlarda olduğu kimi, bu qeydlər də dəqiq deyil. Paylaşımların yerləşdirilməsi üçün ən yaxşı vaxtlar unikal auditoriyanızla bağlı deyil, lakin öz təcrübələriniz üçün başlanğıc nöqtəsi olaraq, digər səhifələrin nəticələri gördüyü vaxtlara əsaslanaraq, performansınızı daha sürətli yaxşılaşdıra bilərsiniz.

Sprout Social-ın təhlilinə görə, LinkedIn üçün ən yaxşı paylaşım vaxtları çərşənbə axşamından cümə axşamına qədər səhər 10-dan günortaya qədərdir.

CoSchedule-in oxşar hesabatı da eyni nəticəni göstərdi. Ən yaxşı vaxt iş günləri saat 11:00-dan 13:00-a qədərdir.

Digər qeydlər

Facebook kimi, LinkedIn, paylaşımın daxilində yazı mətninizə keçid əlavə etdiyiniz zaman kliklənə bilən link önizləmələri yaradacaq, hətta link mətnini silsəniz belə, bağlantıda saxlayacaq. LinkedIn yazılar üçün bir sıra şablonlar və fərdiləşdirmə alətləri əlavə edib ki, bu da sizə daha çox yeniliklər yaratmağa kömək edə bilər. Bunlardan bəziləri hələ də kifayət qədər aktiv işlədilmir.

LinkedIn ötən il ərzində həm biznes, həm də fərdlər üçün bir sıra yeni analitik alətlər əlavə etdi, o cümlədən işçilərin şirkət yeniləmələrini necə paylaşdığına dair yeni anlayışlar gətirdi. 

LinkedInin gətirdiyi bir sıra yeniliklər il ərzində daha da ətraflı şəkildə elan olunacaq. Trenders komandası olaraq bizdə bu məlumatları sizə çatdıracayıq.

marketinq agentliyi, marketing, reklam agentliyi

Oxuduğunuz üçün təşəkkürlər. Sullarınızı və fikirlərinizi bizimlə bölüşməyi unutmayın, onlar bizim üçün çox önəmlidir.

Neyromarketinq, Rəqəmsal marketinqLoqolar haqqında maraqlı məlumatlar üçün keçid edə bilərsiniz

Marketinq

Contributors

Nijat Aliyev
Nijat Aliyev
Digital Marketer at Trenders Team

Subscribe to our newsletter

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Sharing means caring

Rate the article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Stay in the loop

Be the first to know when we release a new article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.
start a project
start a project
start a project
start a project
arrow whitearrow white