
SMART goals nədir? Nə üçün SMART goals? Gündəlik Həyatda SMART goals-un tətbiqi. İş həyatında SMART goals-un tətbiqi
SMART goals nədir?
SMART goals məqsədlərin effektiv şəkildə həyata keçməsi üçün istifadə olunan bir metoddur. SMART abreviaturası 5 əsas elementi özündə əks etdirir:
S - Spesifik (Specific)
Məqsədləri müəyyən edərkən ilk addım onların konkret olmasını təmin etməkdir. Burada diqqət etməli olduğumuz məqam nə? niyə? kim? harada? hansı? kimi suallara cavab tapmaqdır. Məsələn: “İnstagram”-da daha çox izləyiciyə sahib olmaq istəyirəm” deyil, “Növbəti ay ərzində izləyici sayını 30% artırmaq istəyirəm” daha dəqiq və düzgün hədəfdir.
M - Ölçüləbilən (Measureable)
Məqsədlər ölçüləbilən olmalıdır ki, onların yerinə yetirildiyinə dair konkret sübutlar olsun.
Məsələn: “Növbəti 3 ay ərzində saytda aylıq ziyarətçi sayını 10,000-dən 15,000-ə qaldırmaq üçün 20 yeni açar söz üzrə məqalələr dərc etməliyik.”
A - Əlçatan (Achievable)
Məqsədlər əlçatan olmalıdır; onlar sizi bir qədər çətinliyə salmalı, amma eyni zamanda yerinə yetirilə bilməsi mümkün olmalıdır. Məsələn, yeni yaradılmış səhifə üçün 1 ayda 1 milyon izləyici toplamaq çətin olsa da, 3 ayda 5,000 izləyici toplamaq daha realdır.
R - Uyğun (Relevant)
SMART goals-un dördüncü meyarı qarşıya qoyulmuş hədəfin müvafiq olmasıdır. Uyğun hədəf bu kimi suallara cavab verməyi bacarmalıdır: “Əlimizdə olan resurslarla hədəflərimiz üst-üstə düşürmü?” “Bu məqsəd bizim strateji hədəflərimizə uyğundurmu?”
T - Zamanlı (Time-bound)
Son olaraq, məqsədlər zamanla məhdudlaşdırılmalıdır, yəni başlama və bitmə tarixi olmalıdır. Vaxt məhdudiyyəti olduğu təqdirdə işlərinizi gecikdirmədən və vaxtında təhvil verməyə müvəffəq olacaqsınız.

Nə üçün SMART goals?
1.İcra prossesini asanlaşdırır - SMART goals çox spesifik olduğu üçün fəaliyyət planı üçün yaxşı bir əsas yaradır. Layihədə iştirak edən hər kəs nəyi, nə vaxt həyata keçirməli olduqlarını dəqiq bilir;
2.Prioritetlər daha aydın olur - SMART goals ilə nəyin vacib olduğunu müəyyənləşdirmək, həmçinin, qərar vermək daha asandır;
3.Uğur sizə daha yaxın olur - Spesifik, ölçüləbilən, əlçatan, real və vaxt çərçivəsi olan məqsədlərin icrası, plansız şəkildə qurulmuş məqsədlərə nisbətdə daha dəqiq olur və nəticə daha tez şəkildə alınır.

Tətbiq sahələri
Smart goals yalnız müəyyən sahələrə aid deyil, həm gündəlik həyatımızda, həm də iş mühitində tətbiq oluna bilər. Bu metod daha sistemli və effektiv çalışmağa kömək edir.
Gündəlik Həyatda SMART goals-un tətbiqi
- Şəxsi inkişaf – Yeni bacarıqlar öyrənmək, kitab oxumaq və ya xarici dil biliklərini təkmilləşdirmək üçün konkret hədəflər təyin etmək;
- Vaxtın idarə edilməsi– Günlük və ya həftəlik planlar quraraq daha nizamlı olmaq;
- Maliyyə planlanması– Xərcləri nəzarətdə saxlamaq üçün.

İş həyatında SMART goals-un tətbiqi
- Layihə idarəedilməsi – Verilən tapşırıqları daha məqsədyönlü şəkildə yerinə yetirmək və komandanın məhsuldarlığını yaxşılaşdırmaq;
- Karyera inkişafı – Müəyyən müddət ərzində yeni vəzifəyə yüksəlmək və ya bacarıqları daha da inkişaf etdirmək;
- Marketinq və satış – Kampaniyaların uğurunu dəyərləndirmək, müştəri bazasını genişləndirmək və gəlirliliyi yüksəltmək;
- Komanda idarəetməsi – İşçilərin motivasiyasını gücləndirmək, əməkdaşlıq mühitini daha effektiv etmək və sistemli iş prosesi qurmaq üçün.
SMART goals spesifik, ölçüləbilən, əlçatan, real və vaxt çərçivəsi ilə məhdudlaşdırılmış olmalıdır. Bu yanaşma məqsədlərə daha sistemli və effektiv şəkildə çatmağa, motivasiyanı qorumağa və nəticələri daha dəqiq qiymətləndirməyə kömək edir.
Contributors
Subscribe to our newsletter
Sharing means caring
Rate the article
Keep on reading
Stay in the loop
Be the first to know when we release a new article