arrow whitearrow white

Rəqəmsal marketinq nədir və niyə önəmlidir?

arrow down
Rəqəmsal marketinq nədir və niyə önəmlidir?

Biznesin rəqəmsala keçid etdiyi, rəqəmsal fəaliyyətlərin yüksək önəm daşıdığı dövrdə, rəqəmsal marketinqi göz ardı etmək qeyri-mümkündür.

Rəqəmsal marketinq haqqında nə bilirsiniz?

Qısaca, ənənəvi marketinqin rəqəmsal dünyadakı qoludur. Rəqəmsal dünyada öz yerini almış hər bir kəs rəqəmsal marketinqin hədəfində ola bilər. Azərbaycanda hər 100 nəfərdən 85-i internet istifadəçisidir və bu göstərici yuxarı doğru artım göstərir.

Bu isə o deməkdir ki, siz rəqəmsal marketinqdən istifadə edərək 8.5 milyon insana öz xidmətləriniz haqqında məlumat verə bilərsiniz.

İstər məhlənizdəki “PlayStation” club, istər neçə ildir diş həkimi işləyən Nadir “doktur”, istərsə də hər gün işdə olarkən yemək sifariş verdiyiniz o restoranın ən azından bir “Instagram” hesabı var.

Onlar özləri belə fərqində olmasalar da, rəqəmsal marketinqdən istifadə edirlər.

İnternet vasitəsilə aparılan bütün marketinq fəaliyyətləri rəqəmsal marketinq hesab olunur. Düşünə bilərsiniz ki, əgər reklama pul xərcləmirlərsə, bu necə marketinq ola bilər?

Cavab isə sadədir: Marketinq dedikdə sadəcə reklamlar nəzərdə tutulmur, əksinə bir çox ekspert marketinqi müştərilərə məlumat vermək üçün bir vasitə olaraq təqdim edir.

Bu baxımdan, dönərxanalarda dönər aparatının və ətin şüşəyə yaxın yerləşdirilməsi və kənardan görülməsi, marketinq uğruna atılmış bir addımdır.

Elə buna görə də, “Instagram” səhifəsinin olması və orada postların paylaşılması rəqəmsal marketinq fəaliyyətidir.

Niyə rəqəmsal marketinq istifadə etməliyik?

Bizneslərin ənənəvi marketinqdən rəqəmsal marketinqə keçid etməsi artıq bir faktdır. İnsanların 50%-i bir məhsulu almadan öncə internetdə araşdırdığını deyir.

Daha ucuzdur!

Hazırda ən geniş auditoriyaya çata biləcəyiniz vasitə metroda reklam verməkdir. Onun xərci isə, 10 saniyəlik reklam üçün 4,000 AZN-dən başlayır. Bununla isə siz sadəcə 21,000 nəfərə çıxış edə bilərsiniz. Eyni büdcə ilə “Instagramda” reklam verməyi qərara alsanız, bu göstərici yarım milyona qədər qalxa bilər. Bu, o deməkdir ki, siz eyni büdcə ilə 20 dəfədən daha çox insana reklamınızı göstərə bilərsiniz.

Daha effektivdir!

Rəqəmsal marketinq vasitəsilə satın alma ehtimalı daha da artır. Çünki siz müştəri ilə uzun müddətli kontaktda olursunuz, həm də onların problemlərini daha tez həll edə bilirsiniz.

Eyni zamanda, araşdırmalar göstərir ki, internet vasitəsilə əlaqə qurub problemlərini həll edə bilən müştərilər brendə daha yaxından bağlanırlar və daha adi müştərilərə nisbətdə 83% daha çox pul xərcləyirlər.

Daha rahatdır!

Ənənəvi marketinqdən istifadə etmək istəsəniz, nə etməlisiniz?

  1. Araşdırma aparıb ən düzgün kommunikasiya kanallarını tapmaq
  2. Qəzetlərlə, telekanallarla, metro ilə əlaqəyə keçmək
  3. Onların şərtlərini dinləmək, öz şərtlərinizi göstərmək
  4. Bəzi hallarda onların istəklərinə uyğun əziyyətlə hazırladığınız materialları dəyişmək
  5. Və sonda hamının yemək yeyərkən arxada səs olsun deyə açdığı bir vaxtda reklamınızın səslənməsi

Bəs, rəqəmsal marketinqdən istifadə etmək istəsiniz, nə etməlisiniz?

  1. Paylaşacağınız postu və kontenti hazırlamaq
  2. “Instagram” səhifənizdə paylaşmaq
  3. Ehtiyac duyduğunuz zaman reklam vermək

Əgər rəqəmsal marketinq hələ də çətin gəlirsə, siz sektorda öz sözünü demiş, peşəkar bir komandayla əlaqə quraraq, bütün bu işləri onlara da həvalə edə bilərsiniz.

Rəqəmsal marketinqin üstünlüklərindən bu qədər, indi isə keçək rəqəmsal marketinq konseptlərinə.

Rəqəmsal marketinq konseptləri

İllərdir inkişaf etməsi səbəbindən, rəqəmsal marketinq də genişlənib və böyüyüb.

Elə bu səbəbə görə də, rəqəmsal marketinqin nə olduğunu bilmək üçün onun tərkibindəki konseptlərdən xəbərdar olmaq lazımdır. Bəs nədir bu konseptlər?

  • Pullu axtarış (PPC)
  • SEO (search engine optimization - axtarış sistemi optimallaşdırması)
  • SMM (sosial media marketinq - sosial media marketinqi)
  • Kontent marketinq
  • Mobil marketinq
  • “Email” marketinq

Pullu axtarış (PPC)

an image that shows the pay-per-click section of google search results

Pullu axtarış dedikdə biraz qəribə səslənə bilər. İngiliscəsi pay-per-click, yəni klik başına ödəniş olan bu marketinq konsepti hazırda ən geniş istifadə olunanlardan biridir.

Google axtarışlarında səhifədə ilk yerdə reklamlar, daha sonra isə orqanik nəticələr gəlir.

PPC isə bu reklamlar yerlərindən birinə sahib olmaq deməkdir. Bunun sayəsində insanlar axtarış etdikdə ilk sizin məhsullarınızı görəcəklər.

Hətta, siz düzgün strategiya ilə, rəqibinizi axtarışa verən bir insanın belə ilk sizin təkliflərinizlə tanış olmasına şərait yarada bilərsiniz.

SEO

an image that shows organic results of a google search page

Siz Google və digər axtarış sistemləri vasitəsilə axtarış etdiyiniz zaman qarşınıza nəticələr çıxır.

Google bu nəticələri sizə göstərmək üçün internetdəki bütün veb səhifələri yadda saxlayır və sizin axtarışınıza ən uyğun nəticəni sizə göstərir.

Bunu etmək üçün isə, saytları sıralamaq lazımdır. Google bu sıralamanı etmək üçün bir sıra alqoritmlərdən və qaydalardan istifadə edir.

Əlbəttə, bunların hamısını müəyyən etmək və ya bir-bir izah etmək qeyri-mümkündür. Amma onu deyə bilərəm ki, əgər siz Google kriteriyalarına uyğun gəlsəniz, axtarışlarda səhifəniz ilk sıralarda görünəcək.

İnsanların 91%-nin Google-da 2-ci səhifəyə belə keçmədiyi, 70%-nin isə ilk 3-dəki nəticələrdən sonrakılara baxmadığı bir vaxtda, düzgün SEO həyati önəm daşıyır.

SMM

Amerikada aparılan bir araşdırmaya əsasən, bizneslərin 74%-nin sosial mediadan aktiv istifadə edir.

İnsanlar isə, ortalama olaraq günlərinin 95 dəqiqəsini sosial mediada keçirirlər.

Bu nöqtədə, düzgün sosial media strategiyasını qurmaq və sosial medianı effektiv istifadə etmək gəlirləri artırmaqda əsas şərtdir.

SMM sosial media vasitəsilə məlumatları izləyicilərə çatdırmaq, onlarla ünsiyyətə keçmək və onların suallarını cavablandırmaq deməkdir.

Təbii ki, SMM sadəcə bundan ibarət deyil, SMM vasitəsilə edə biləcəkləriniz bir xeyli çoxdur.

Ancaq, ilkin mərhələdə SMM-in bizneslərə verdiyi ən böyük fayda bundan ibarətdir.

Kontent marketinq

an image of a typewriter, describes content marketing

İnsanlar bəzən sadəcə bir məhsulu almaq, bəzən isə o məhsul haqqında öyrənmək, hər şeyini bilmək istəyirlər.

Bu səbəbdən, onlara məhsulunuzu satmaq yerinə, onları məlumatlandırmaq, məhsulun faydaları, xüsusiyyətləri və ən önəmlisi digər məhsullardan fərqləri haqqında məlumat vermək bir üstünlükdür.

Əgər bir müştəri satın almaq yox, məlumat almaq üçün sizə gəlirsə, bu sizin üçün bir şansdır. Çünki məmnun ayrılarlarsa, satın almaq istədikləri zaman ilk sizə üz tutacaqlar.

Kontent marketinq də elə budur. Müştərilərə nəsə satmaqdan əlavə, onları məlumatlandırmaq, diqqət yetirməli olduqları məqamları göstərmək və daha məlumatlı bir alıcıya çevirmək.

Mobil marketinq

Əminəm ki, bu hər birimizin yaxından tanış olduğu bir marketinq növüdür. Böyük ehtimal ki, siz SMS vasitəsilə hər hansı bir reklam almısınız.

Mobil marketinq, əsasında SMS reklamlardan və telefonunuza gələn bildirişlərdən ibarətdir.

İnsanların 97%-nin telefonlarına gələn SMS-ləri ilk 15 dəqiqədə oxuduğunu nəzərə aldıqda, mobil marketinqin niyə ilk istifadəyə verilən və ən məşhur rəqəmsal marketinq növlərindən olduğu bəlli olur.

SMS marketinqin ən böyük limitləyici faktoru isə istədiyiniz uzunluqda mesaj göndərə bilməməyinizdir. Deyəcək nə qədər sözünüz olsa da, 160 xarakterdən daha çoxunu göndərə bilməzsiniz.

Email marketinq

Ölkəmizdə geniş istifadə olunmasa da, “Email” (xeyr, imeyl sözünü istifadə etməyəcəm) marketinq ən mühüm marketinq kanallarından biridir.

Elə bu səbəbdəndir ki, dünyada da ən önəmli marketinq növlərindən biridir.

“Email” marketinq dedikdə sadəcə məhsullar haqqında məlumat verən “email”lər deyil, istifadəçilərlə edilən bütün “email” alış-verişləri nəzərdə tutulur.

Yəni, “xoş gəlmisiniz” mesajı, xüsusiləşdirilmiş təbriklər (bayram, ad günü, abunə olma ildönümü), mütəmadi məlumat postları, abunəliyin dayandırılmasına görə göndərilən “email”lər və satış yönümlü olanlar hamısı “email” marketinqin bir hissəsidir.

Rəqəmsal alətlər

Hər bir marketinq konseptini effektiv tətbiq etmək üçün müəyyən vasitələr var.

Bu vasitələr öz funksionallıqlarına, qiymətinə və əhatəsinə görə fərqlilik göstərirlər.

Hər bir marketinq növünə uyğun istifadə edə biləcəyiniz rəqəmsal marketinq alətləri və onların qısa izahları isə belədir:

Pullu axtarış (PPC): Google Ads Manager, bu vasitə ilə siz insanların axtarış etdiyi açar sözlərə uyğun reklamlar yerləşdirə bilərsiniz.

SEO: Semrush, bu alət sizə SEO üçün önəmli olan göstəriciləri təqdim edəcək və onun inkişaf etdirilməsi üçün məsləhətlər verəcək.

SMM: Ads Manager, burada siz Meta platforması üçün (Instagram, Facebook) reklamlar verə bilərsiniz.

Müxtəlif sosial şəbəkələrdəki paylaşımları idarə etmək üçün isə, sosial media üçün vaxt tənzimləyici (social media scheduling) vasitələrindən istifadə edə bilərsiniz.

Planly, “TikTok”, “Instagram”, “Facebook”, “Twitter”, “Pinterest” və “LinkedIn”də postların paylaşılma vaxtlarını tənzimləməyə, həmçinin də story və rəylər əlavə etməyə imkan verir.

Kontent marketinq: “WordPress” öz bloqunuzu yaratmaq və paylaşmaq üçün ideal məkandır. İnternetdəki bütün saytların 43%-i “WordPress” əsaslıdır, yəni alətə tam güvənə bilərsiniz.

Əgər istəsəniz, platformun təklif etdiyi müxtəlif xidmətlər sayəsində e-kommersiya saytı qura, öz xidmətlərinizi göstərdiyiniz bir portfolio saytı yarada, yaxud da elə bloq olaraq da davam edə bilrəsiniz.

Mobil marketinq: “Twilio sayəsində siz avtomatlaşdırılmış SMS mesajlar deyil, eyni zamanda “WhatsApp”, “Telegram” kimi proqramlardan da mesajlar göndərə bilərsiniz.

“Email” marketinq: Ən məşhur alətlərdən olan “MailChimp” öz geniş xüsusiyyətləri ilə bütün “email” marketinq ehtiyaclarınızı qarşılayacaq.

Rəqəmsal marketinq biznesinizə necə kömək edə bilər?

Gördüyünüz kimi, rəqəmsal marketinq effektiv və etibarlı vasitədir. Ancaq sizə bir xeyri yoxdursa, ondan istifadə etmək mənasızdır.

Bəs rəqəmsal marketinq sizin biznesinizə necə kömək edə bilər?

İlk olaraq onu deyim ki, ənənəvi marketinqin əksinə, bütün rəqəmsal marketinq fəaliyyətləri ölçülə biləndir. Yəni siz “Instagram” reklamı ilə PPC reklamının xərclərini və onların faydasını açıq şəkildə görə biləcəksiniz.

Əlavə olaraq, rəqəmsal marketinq daha səmimidir. Rəqəmsal marketinq sayəsində siz müştərilərinizlə daha səmimi bir şərait yaradacaq və satışlarınızı daha asan həyata keçirəcəksiniz.

Eyni zamanda, rəqəmsal marketinq daha etibarlıdır. Ənənəvi marketinqin əksinə, siz insanlardan o qədər asılı olmadığını üçün, rəqəmsal marketinqdə problemlər çıxma ehtimalı daha azdır.

Həm də, rəqəmsal marketinq idarə ediləndir. Yəni, siz rəqəmsal marketinq strategiyanızı öz istəyinizə uyğun qura bilərsiniz. Əlavə olaraq da, istədiyiniz zaman, rahatlıqla reklam xərclərini azaldıb, artıra bilərsiniz.

Rəqəmsal marketinq daha çevikdir. Biznes mühitində, gündəmdə baş verən dəyişikliklərə tez və özünüzə məxsus bir şəkildə cavab verib brendinqinizi inkişaf etdirə bilərsiniz. Bu, müştəri narazılıqlarına və təriflərinə də adekvat cavab verməyinizə imkan verir.

Son olaraq isə, rəqəmsal marketinq daha effektivdir. Siz daha az xərc və əziyyət çəkərək, daha çox nəticə əldə edə bilərsiniz. Rəqəmsal marketinq başlıca üstünlüyü isə, elə budur.

Öz rəqəmsal marketinqinizi qurun!

Rəqəmsal marketinqin üstünlüklərini və istifadə qaydasını, artıq bilirsiniz.

Geriyə isə sadəcə işə başlamaq və öz rəqəmsal marketinq strategiyanızı qurmaq qalır.

Növbəti bloqlarda rəqəmsal marketinqin qurulması və inkişaf etdirilməsi haqqında daha da ətraflı məlumat verəcəyik.

Bütün bunlarla birlikdə, rəqəmsal marketinqinizdə səhvlərə yol verməmək istəyirsinizsə, o zaman ən yaxşısı işinizi peşəkarlara həvalə etməkdir.

Trenders komandası artıq illərdir ki, müştərilərinin rəqəmsal marketinq fəaliyyətlərini düzgün qurmağa və gəlirlərini artırmağa kömək edir.

Biznesinizin xüsusi ehtiyaclarını başa düşən, kreativ və faydalı işlərlə müştərilərin diqqətini çəkən peşəkarlar komandası ilə əməkdaşlıq etmək istəyirsinizsə, elə indi Trendersə müraciət edin!

Oxuduğunuz üçün təşəkkür edirik. Suallarını və fikirlərinizi bizə yönləndirin, onlar bizim üçün çox önəmlidir.

Marketinq

Contributors

Emin Alizada
Emin Alizada
Content Writer

Subscribe to our newsletter

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Sharing means caring

Rate the article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Stay in the loop

Be the first to know when we release a new article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.
start a project
start a project
start a project
start a project
arrow whitearrow white