arrow whitearrow white

Logo dəyişdi, bəs marka da dəyişdi?

arrow down
Logo dəyişdi, bəs marka da dəyişdi?

Sosial mediada, bir reklamda və ya məhsul qablaşdırmasındatanış bir loqonun fərqli halını görürük. İlk baxışda təəccüblənirik: “Niyə dəyişiblər? Köhnəsi daha yaxın gəlirdi.” Amma bu dəyişikliklər təkcə görünüşlə bağlı deyil– markanın iç dünyasındakı dönüşlə bağlıdır.

Logo dəyişdi, bəs marka da dəyişdi?

Bəzən sadəcə logo dəyişir, bəzən isə markanın ruhu...

Sosial mediada, bir reklamda və ya məhsul qablaşdırmasında tanış bir loqonun fərqli halını görürük. İlk baxışda təəccüblənirik: “Niyə dəyişiblər? Köhnəsi daha yaxın gəlirdi.” Amma bu dəyişikliklər təkcə görünüşlə bağlı deyil– markanın iç dünyasındakı dönüşlə bağlıdır.

Bu yazıda tanınmış markaların loqo dəyişikliklərinə baxaraq göstərmək istəyirik ki, logo sadəcə bir işarə deyil – markanın duyğusunu,yönümünü və yeniliyini daşıyan göstəricidir.

Pepsi – dalğadan dairəyə

Pepsi son 100 ildə 10-dan çox loqo dəyişib. Amma 2008-ci ildə baş verən dəyişiklik daha önəmli idi:

Mavi ton daha yumşaldı;

Ağ “dalğa” daha axıcı hala gəldi.

Pepsi bu dəyişikliklə özünü gənc, dinamik və yeni kimi göstərmək istəyirdi. Coca-Cola-nın klassik ruhundan fərqli olaraq, Pepsiyeniliyin səsi olmağa çalışırdı. Bu səbəbdən də loqodakı sadəlik, çeviklik və rəqəmsal uyum ön plana çıxdı.

📌 Nəticə: Dairə formasısadəcə bir quruluş deyil – markanın enerjisinin ifadəsidir.


Burberry – simvoldan yazıya, sonra yenidən özünə

2018-ci ildə Burberry özünün tanınan atlı simvolunu silib, sadə sans-serif yazı ilə əvəzlədi. Moda dünyasında səs-soraq doğuran bu addım iki cür qarşılandı:

Bəziləri bu yeniliyi bəyəndi.

Bəziləri isə markanın öz köklərindən uzaqlaşdığını düşündü.

2023-cü ildə Burberry bu qərardan dönərək klasik simvolunu geri qaytardı. Bu təkcə loqo dəyişimi deyildi – bütün vizual yanaşma, üslub vəduyğu dəyişdi.

📌 Nəticə: Bəzən marka yenilik axtarır, amma öz ruhuna sadiq qalmaq daha güclü iz buraxa bilir.


Kia – texnologiyaya doğru təkbaşına addım

2021-ci ildə Kia yeni loqosunu təqdim etdi. Bir çox insanilk baxışda “KN” oxudu və  nə olduğunu anlamadı. Amma məqsəd də bu idi:

Qeyri-adi görünmək;

Texnoloji və modern duyğu yaratmaq;

Kia bu loqo ilə “gələcəyi düşünürük” mesajını verdi və artıq məhsullarını da bu yönümdə formalaşdırmağa başladı.

📌 Nəticə: Dəyişən yalnızişarə deyildi – bütün baxış bucağı dəyişdi.

Renault – keçmişə dayanıb gələcəyə baxmaq

2021-ci ildə Renault loqosunu sadələşdirdi və daha künclü, cəlbedicibir forma gətirdi. Bu forma 1970-ci illərə gedib çıxsa da, indi daha təmiz, rəqəmsal görünür.

Renault bu addımı ilə “biz öz kökümüzə dayanırıq, amma gələcəyin tələblərinə uyğunlaşırıq” mesajını verdi.

📌 Nəticə: Yaxşı rebrendinq keçmişi silmir – onu daha aydınlaşdırır.


Logo – duyğuların işarəsidir

Bu nümunələr göstərir ki, loqo dəyişimi sadəcə göz üçün deyil – ürəyə də təsir edir. İstər kiçik bir simvol, istər yazı tərzi, istər rəng– hamısı markanın necə hiss etdiyini, özünü necə göstərmək istədiyini anlatmaq üçündür.

·      Bəzən bir logo bir çağırışdır.

·      Bəzən isə markanın içindən gələn bir səsdir.

No items found.

Contributors

Gülər Məmmədova
Gülər Məmmədova
Graphic Designer

Subscribe to our newsletter

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Sharing means caring

Rate the article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Stay in the loop

Be the first to know when we release a new article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.
start a project
start a project
start a project
start a project
arrow whitearrow white