
Dizaynerlər AI-dan Necə Faydalanmalıdır?,Niyə AI Dizaynerlər Üçün Vacibdir?,Düzgün Detallı Vizual Üçün Prompt Necə Yaradılır?,Gələcək: Dizayner və AI Əməkdaşlığı
Dizaynerlər AI-dan Necə Faydalanmalıdır?
AI dizaynerin əvəzləyicisi deyil, onun “super güclü köməkçisi”dir.Bu alətlərə hakim olan dizaynerlər yalnız vaxtlarını daha effektiv istifadəetmir, həm də bazarda daha rəqabətədavamlı olurlar.
.webp)
Niyə AI Dizaynerlər Üçün Vacibdir?
Dizayn dünyasında vaxt ən böyük sərvət olaraq qalır. Müştərilərsürətli nəticələr gözləyir, bazar daha çevik həllər tələb edir, dizaynerlər isəhəm keyfiyyət, həm də yaradıcılıq üzərində işləməyə çalışırlar. Burada süniintellekt (AI) dizaynerlərin ən güclü tərəfdaşına çevrilir.
AI, artıq yalnız təcrübə aləti deyil, iş proseslərini sürətləndirən,məhsuldarlığı artıran və yaradıcı imkanları genişləndirən bir texnologiyadır.Dizaynerlər AI vasitəsilə:
Sürət – əvvəlcə uzun saatlar tələb edən manipulyasiya və düzəlişlərartıq bir neçə dəqiqə ərzində həyata keçirilir, beləliklə dizaynerlər artıqvaxtlarını daha effektiv istifadə edirlər.
Keyfiyyət – fotorealist detallar, mürəkkəb teksturalar vəişıqlandırmalarla dizaynlarını peşəkar səviyyəyə çatdırır.
Məhsuldarlıq – bir neçə variant üzərində işləyib müştəriyəçoxlu seçimlər təqdim edə bilirlər.

ChatGPT-5
ChatGPT-5 dizaynerlərə kreativ ideyalar verməklə yanaşıvizualların ve promtların yaradılmasinda en yaxin dostdur.ChatGPT-5 artıq məhsulvizuallarını deformasiyasız və realistik şəkildə yaradır. Yeni xüsusiyyətləriilə, AI istifadəçinin verdiyi detallara əsaslanaraq, məhsulun detallarınıqoruyaraq yüksək keyfiyyətli şəkillər təqdim edir. Bu, məhsul dizaynları,reklam postları və sosial media vizualları yaratmaqda çox faydalıdır. Detallarıdəyişdirmədən, yalnız təsvir verərək istədiyiniz vizualı sürətlə əldə edə bilərsiniz.Bu alət dizaynerlər və marketinq mütəxəssisləri üçün əvəzsizdir.
MidJourney
MidJourney qrafik dizayn və illüstrasiya sahəsində ən genişistifadə olunan generativ vizual alətlərdən biridir. O, xüsusilə moodboardyaratmaq, stilistik araşdırmalar aparmaq və sürətli eksperimentlər üçün idealvasitədir. Dizaynerlər bir neçə dəqiqəyə onlarla variant əldə edə bilir, yalnızişıq, obyektiv və ya stil kimi bir parametri dəyişməklə fərqli nəticələr görürlər.MidJourney həm də fon teksturaları və konseptual illüstrasiyalar üçün əlverişlidir.
Ideogram
Ideogram dizaynerlər üçün mükəmməl bir AI alətidir,xüsusilə şəkilləri redaktə etmək və vizuallar yaratmaq üçün. Bu alət, canvas üzərindəşəkillərin rəngini dəyişdirmək, elementlər əlavə etmək və detallar üzərində düzəlişləretməyə imkan verir. Ayrıca, Extenst funksiyası ilə hazır PNG məhsul şəkilləriniyükləyərək işıqlandırma, kölgə və arxa fon əlavə edə bilərsiniz. Dizaynerləryalnız mətn əlavə etmək və manipulyasiya ilə vaxt sərf etmədən peşəkarvizuallar hazırlaya bilərlər. Bu xüsusiyyətlər, dizaynerlərin işini sürətləndirirvə effektivliyini artırır.
Nano Banana (Gemini / Nano Banano)
Nano Banana Google-unGemini ekosistemində təqdim etdiyi smart image-editor alətidir. O, inpainting,obyektlərin fonla uyğun saxlanılması, çoxşəkilli qarışıqlar və subyektin eyniqalması funksiyalarını dəstəkləyir. Bu, xüsusilə e-commerce sahəsində məhsuluneyni vizual kimliyini müxtəlif fonda saxlamaq üçün əvəzolunmazdır. DizaynerlərNano Banana vasitəsilə məhsul fotolarını retuş edə, arxa planı dəyişə, yeniobyektlər əlavə edə və realistik kölgə və işıqlandırma ilə harmoniyalı nəticə əldəedə bilirlər. Ən vacib yenilik isə onun artıq birbaşa Photoshop-da istifadəyəverilməsidir. Adobe, Nano Banana-nı Photoshop-un “Generative Fill” sisteminəinteqrasiya edir və bu da dizaynerlərə əlavə proqram açmadan eyni faylda süniintellektlə redaktə aparmaq imkanı yaradır. Bununla yanaşı, Astria adlı xüsusiplagin də mövcuddur. Bu plagin vasitəsilə Nano Banana və Flux Kontextfunksiyaları Photoshop-da panel kimi açılır. İstifadəçi klassik alətlərlə(laso, brush və s.) sahəni seçir, prompt yazır və nəticəni yeni layer üzərindəalır. Bu yanaşma işıq və material uyğunluğunu qoruyur, həmçinin sürətliworkflow təmin edir. Plagin təxminən 9 dollara başa gəlir və hər generasiyaorta hesabla 4 sentə düşür. Bu səbəbdən Nano Banana yalnız eksperimental alətdeyil, real istehsalat prosesinə daxil olan effektiv redaktor funksiyasınaçevrilib.
Veo 3 — video və audio sinxronizasiyası
Veo 3 qısa videoların generasiyası üçün nəzərdə tutulub vəxüsusilə sosial media formatlarında effektivdir. Onun əsas üstünlüyü səs vəgörüntünün sinxron aparılmasıdır. Bu isə reklam və promoya yönəlik videolarınhazırlanmasında vaxt qazandırır. Veo 3 müxtəlif format və nisbətləri dəstəkləyir,həmçinin voiceover skriptlərin prompt vasitəsilə daxil edilməsinə imkan verir.
Kling — multimodal generasiya (şəkil, video, 3D)
Kling AI daha geniş imkanlara sahibdir, çünki həm şəkil, həmvideo, həm də 3D modellərin generasiyasını təmin edir. Bu, xüsusiləkonsept-art, 3D vizuallaşdırma və qısa animasiyalar üçün faydalıdır. DizaynerlərKling vasitəsilə prototiplər yaradır və sonradan onları Blender və ya 3ds Maxkimi proqramlarda inkişaf etdirə bilirlər.
Magnific AI — apskeyl və detallaşdırma
Magnific AI, yalnız şəkillərin keyfiyyetlerinin böyüdülməsiilə kifayətlənməyib, həm də şəkillərin detalları və teksturalarını yenidənqurmaq üçün istifadə edilən bir alətdir. Bu xüsusiyyət, xüsusilə çap və böyükformatlı reklam materialları üçün çox vacibdir. AI şəkli daha aydın vərealistik edir, amma bu, dizaynerin kompozisiya üzərindəki məsuliyyətini əvəzetmir. Əgər AI ilə yaradılan insan şəkillərində deformasiyalar varsa, məsələn,gözlər, əllər və ya burun düzgün formada alınmayıbsa, Magnific AI bu səhvləridüzəldərək şəkli maksimum dərəcədə realistik hala gətirir. Bu, dizaynerlərədaha təmiz və estetik görünüşlü şəkillər əldə etməkdə kömək edir və vizualkeyfiyyəti artırır.

Flux Playground — eksperimental redaktə və transformasiya
Flux Playground daha çox eksperimental yanaşmalar üçün nəzərdətutulmuş bir alətdir. Burada image-to-image, teleportasiya və multi-referenceredaktələr mümkündür. Bu, eyni obyekti müxtəlif səhnələrdə yerləşdirmək və yavizual stili dəyişmək üçün effektivdir. Həmçinin, Flux Playground ilə gününvaxtını dəyişmək, işıqlandırma və atmosferi fərqli saatlara uyğun olaraq redaktəetmək mümkündür. Bu xüsusiyyətlər dizaynerlərə və yaradıcı mütəxəssislərə dahadinamik və fərdiləşdirilmiş vizuallar yaratmağa imkan tanıyır, onları istədikləriməkan və zaman dilimində təqdim etməyə kömək edir.
Higgsfield — cinematic video və VFX fokuslu alət
Higgsfield AI platforması, istifadəçilərə yüksək keyfiyyətlişəkil və video yaradılması üçün qabaqcıl alətlər təqdim edir. Şəkilgeneratorları arasında Higgsfield Soul AI, istifadəçilərə 50-dən çox xüsusipreset ilə realistik şəkillər yaratmağa imkan verir. Seedream 4.0 şəkil redaktəimkanları təqdim edərək daha detallı şəkillər əldə etməyə imkan tanıyır, TopazAI isə şəkillərin keyfiyyətini artıraraq daha aydın görünüşlər təqdim edir. NanoBanana isə ağıllı şəkil redaktəsi üçün nəzərdə tutulub, bu alət məhsulfotolarını retuşlamağa və yeni obyektlər əlavə etməyə imkan verir. Videogeneratorları arasında Veo 3, səs və görüntü sinxronizasiyasını təmin edərəksürətli və effektiv video istehsalına kömək edir, Kling 2.1 Master isə şəkil,video və 3D modellərin generasiyasını təmin edir. Seedance Pro videolarda çoxşəkilliredaktə imkanları təqdim edir, Hailuo 02 isə sürətli və dinamik videolarınyaradılması üçün idealdır. Bu alətlər, dizaynerlərə və yaradıcı mütəxəssislərəişlərini sürətləndirmək, keyfiyyətini artırmaq və yaradıcı potensialını genişləndirməküçün mükəmməl imkanlar təqdim edir.

Düzgün Detallı Vizual Üçün Prompt Necə Yaradılır?
1. Moodboard Yığmaq:
İlk növbədə, yaratmaq istədiyiniz vizualların ümumi görünüşünü təyin edin. Moodboardyaratmaq, istədiyiniz stil, ton, texturalar,işıqlandırma və digər vizualelementləri müəyyən etmək üçün əla üsuldur. Moodboardınızı AI-yə təqdim edərək,modelin sizin tələblərinizə uyğun cavablar verməsini təmin edirsiniz.
2. Master Prompt Yazmaq:
Master prompt, vizual tələblərinizə tam uyğun, detallı bir təlimatdır. Bu,brendinizin tərzini qorumaq üçün vacibdir. Master prompt-da brendinizin ümumi tərzini(məsələn, minimalist, lüks, modern), işıqlandırma növünü, kameranın açısını, məkanınxüsusiyyətlərini və digər detalları daxil edirsiniz.
Misal Master Prompt:
[Product: Leather handbag] Floating centered against purewhite background (hex #FFFFFF), soft drop shadow, 45-degree angle view, studiolighting setup || Details: Clear stitching visibility, hardware details infocus, leather texture prominent || Technical: 2000x2000px, 300 DPI, sharpproduct edges, commercial photography style || Consistency: Maintain exactposition, lighting, and shadow angle across multiple products || Additional:Include clipping path
Bu prompt brendinizin vizual kimliyini qorumağa kömək edəcək,həm də AI-nin uyğun vizuallar yaratmasına imkan yaradacaq.
3.Master Prompt İlə Eyni Stilistikada Vizualar Yaratmaq:
Master prompt-da istifadə etdiyiniz stilistikaya uyğun digər vizuallar yaratmaqüçün həmin stilə və detala sahib yeni prompt-lar yazmaq lazımdır. Bu zaman hərbir prompt-u master prompt ilə uyğunlaşdırmaq üçün detalların ardıcıl şəkildəverilməsinə diqqət edin.
Məsələn, birinci vizualda işıqlandırma tərzini və rəngpalitrasını təyin etdinizsə, ikinci vizual üçün də həmin xüsusiyyətlərisaxlayaraq fərqli obyektlər və komponentlər istifadə edə bilərsiniz.

JSON Prompt Nədir və Nə Üçün Vacibdir?
JSON Prompt daha strukturlaşdırılmış məlumatların təqdimedilməsi üçün istifadə olunan bir formatdır. JSON (JavaScript Object Notation)məlumatların mübadiləsi üçün geniş istifadə olunur və AI alətlərinə daha təhliledilmiş və dəqiq məlumat təqdim etməyə kömək edir. JSON prompt-u istifadə etmək,təlimatların daha aydın şəkildə AI-ə verilməsinə imkan yaradır.
Misal JSON Prompt:
{
"style": "minimalist",
"color_scheme": ["orange","blue"],
"lighting": "sunset",
"elements": {
"logo": "3D",
"background":"natural"
},
"camera": {
"angle":"zoom-in",
"focus": "sharp"
}
}
Bu JSON formatı AI-yə detallarınızı daha strukturlu təqdimedərək istədiyiniz nəticəyə daha yaxın olmanıza kömək edir.
Gələcək: Dizayner və AI Əməkdaşlığı
Gələcəkdə dizaynerlər və AI birgə işləyərək daha da güclü vəeffektiv nəticələr əldə edəcəklər. AI alətlərinə hakim olan dizaynerlər sürətlivə yüksək keyfiyyətli nəticələr təqdim edə bilər, çünki AI onların işiniasanlaşdırır və məhsuldarlığı artırır. Lakin bu əməkdaşlıqda insan kreativliyivə AI sürətinin güclü tandemi vacibdir. AI yaradıcılığa təsir etməsə də,dizaynerlərin ideyalarını daha sürətli və effektiv həyata keçirmələrini təminedir. Beləliklə, insanın yaradıcı gücü və AI-nin sürəti bir araya gəldikdə,dizayn sahəsində yeni bir inqilab başlaya bilər.
Contributors
Subscribe to our newsletter
Sharing means caring
Rate the article
Keep on reading
Stay in the loop
Be the first to know when we release a new article