
Brandbook nədir. Brandbook-un əsas elementləri. Brendbook Niyə Vacibdir.
Brandbook nədir?
Brandbook — bir brendin kimliyini müəyyən edən qaydalar toplusudur. Bu sənədlərdə şirkətin vizual kimliyindən və loqo dizaynından tutmuş, missiyasına, əsas dəyərlərinə və korporativ ünsiyyət və ya reklam materiallarında istifadə olunmalı olan üslub və tonadək hər şey haqqında məlumat verilir. Brandbook-un əsas məqsədi brendin kimliyini, missiyasını, vizual üslubunu və əsas dəyərlərini nümayiş etdirmək və izah etməkdir. Bu sənəd müştərilərə və əməkdaşlara brendin auditoriyaya necə görünmək istədiyini aydın şəkildə başa düşməyə kömək edir. İlk versiyanı yaratdıqdan sonra, brendin inkişafına uyğun olaraq onu hər 5–7 ildən bir yenidən qiymətləndirmək mümkündür. Brandbook komandanız üçün bələdçi, tərəfdaşlar və dizaynerlər üçün isə istinad mənbəyi rolunu oynayır.

Brandbook-un əsas elementləri
1.Brand overview
Brandbook-a başlanğıc olaraq brendin əsaslarını əks etdirən bir bölmə daxil edilməlidir. Bu hissədə missiyanız, vizyonunuz və dəyərləriniz yer almalıdır. Siz nə üçün fəaliyyət göstərirsiniz? Cəmiyyətə necə təsir göstərmək istəyirsiniz? Hansı prinsiplər sizə yol göstərir? Bu hissə brendinizin emosional və strateji əsasını təşkil edir. Doğru yazılmış bir brend hekayəsi insanlarla bağ qurmağa və markanızı bir məhsuldan daha artıq – bir dəyərlə bağlı hərəkata çevirməyə kömək edir.
2.Loqonun istifadəsi
Loqo brendinizin “üzüdür” və bu üzü necə təqdim etdiyiniz brendin tanınmasında böyük rol oynayır. Brend kitabçasında loqonun fərqli versiyaları (rəngli, ağ-qara, minimalist), boşluq qaydaları (clear space) və minimal ölçüləri göstərilməlidir.Bundan əlavə, səhv istifadələrin nümunələri verilməlidir – məsələn, loqonun dartılması, rənglərinin dəyişdirilməsi və ya fon üzərində düzgün görünməməsi kimi hallar.
3.Rəng palitrası
Rənglər duyğular yaradır və brendin atmosferini müəyyənləşdirir. Rəng palitrası bölməsində əsas rənglər və yardımçı rənglər dəqiq şəkildə təqdim edilməlidir. Hər rəng üçün HEX, RGB, CMYK və ya Pantone kodları göstərilməlidir ki, dizaynerlər və çapçılar rəngləri dəqiq tətbiq edə bilsinlər. Həmçinin, bu rənglərin hansı fonda istifadə oluna biləcəyi və hansı kombinasiyaların uyğunsuz olduğu barədə tövsiyələr vermək vacibdir.

4.Typograpghy
Şriftlər də brendin xarakterini göstərən vizual elementlərdən biridir. Bu bölmədə əsas və əlavə şriftlər təyin olunmalı, onların harada istifadə olunacağı (başlıqlar, mətndə, çağırış cümlələrində və s.) aydın şəkildə göstərilməlidir.
Yazı ölçüləri, sətirlərarası məsafə və hizalanma qaydaları da daxil edilməlidir. Sabit və düzgün tipoqrafiya brendin tanınmasına kömək edir və vizual baxımdan peşəkar görünür.

5.Promo Məhsullar
Promo məhsullar brendin tanınmasını artırmaq və müştərilərlə, tərəfdaşlarla əlaqəni gücləndirmək üçün istifadə olunan məhsullardır. Bu məhsullar həm daxili istifadə (komanda üçün), həm də xarici auditoriya (müştərilər, tədbir iştirakçıları və s.) üçün nəzərdə tutula bilər.
Ən çox istifadə olunan promo məhsul növləri:
- Qələmlər və dəftərlər
- T-shirt, papaq və digər geyimlər
- Termos, fincan və su qabları
- Çantalar
- USB yaddaş və texnoloji aksessuarlar
- Nişanlar, stikerlər, broşürlər və digər çap məhsulları
.webp)
Brendbook Niyə Vacibdir?
İstər yeni qurulmuş bir startup, istərsə də illərdir fəaliyyət göstərən bir şirkət olun — brendinizi düzgün və ardıcıl şəkildə təqdim etmək uğur üçün vacibdir.
1.Brendin ardıcıl tanıdılmasını təmin edir
Brendbook sizə “Hansı loqonu harada və necə istifadə etməliyik?”, “Rəng palitramız nədir?”, “Hansı şriftlərdən istifadə edilməlidir?” kimi sualların cavablarını verir. Nəticədə, istər sosial media postları, istər vebsayt, istərsə də çap materialları olsun — brendiniz hər yerdə eyni üslubda və peşəkar görünür.
2. Peşəkar təəssürat yaradır
Təsəvvür edin, bir şirkətin loqosu bir yerdə mavi, başqa yerdə yaşıl; bir yerdə modern, bir yerdə klassik üslubda görünür. Bu, istifadəçilərdə qarışıqlıq və güvənsizlik yarada bilər. Brendbook isə vizual birgəlik yaratmaqla brendə olan inamı artırır.
3. Komanda üçün aydın yol xəritəsidir
Yeni dizayner işə başlayıb? Marketinq komandası reklam kampaniyası hazırlayır? Brendbook onlara nəyi necə etməli olduqlarını açıq şəkildə göstərir. Bu həm vaxta qənaət edir, həm də səhvlərin qarşısını alır.
4. Resurs və zaman itkisinin qarşısını alır
Brendbook olmadıqda dizayn və məzmun yaradılması prosesləri hər dəfə sıfırdan başlamalı olur. Halbuki əvvəlcədən hazırlanmış qaydalar komandanın işini sürətləndirir və daha səmərəli nəticələr əldə olunmasına imkan yaradır.
5. Brend dəyərlərini qoruyur
Brendbook sadəcə dizayn qaydalarından ibarət deyil. Burada şirkətin missiyası, vizyonu və əsas dəyərləri də yer alır. Bu, brendin daxili və xarici auditoriyaya nəyi təmsil etdiyini açıq şəkildə göstərir və bu dəyərlərin itirilmədən gələcək nəsillərə ötürülməsinə imkan verir.
Contributors
Subscribe to our newsletter
Sharing means caring
Rate the article
Keep on reading
Stay in the loop
Be the first to know when we release a new article