arrow whitearrow white

Anti-reklam daha güclüdür? Reverse marketing nədir?

arrow down
Anti-reklam daha güclüdür? Reverse marketing nədir?

Anti-reklam daha güclüdür? Reverse marketing nədir? Praktiki olaraq necə işləyir? 2025 Əks Marketinq trendi. Influencerlər bizi aldadır? Anti-reklam həqiqətən daha güclüdür ?

Anti-reklam daha güclüdür? Reverse marketing nədir?

Gündəlik həyatımız reklam bombardımanı ilə doludur. Bəzən elə reklamlar görürük ki, “Pulsuz olsa da, almaram” – deyirik. Məhz bu reaksiyadan doğan yeni bir yanaşma var – əks marketinq (reverse marketing). Adından da göründüyü kimi, burada ənənəvi “al” mesajı tərsinə çevrillir və paradoksal üsulla insanlarda maraq oyadır.

Əks marketinq konsepsiyası ilk baxışda anlaşılmaz görünə bilər. Lakin əsas məqsəd odur ki, marka normativdən kənarlaşsın, alıcının marağını oyatsın və nəticədə satışları indiyə qədər bildiyimiz “ovlama” tərzindən fərqli yolla artsın. Bəzən bu üsul sadəcə istehlakçıları şüurlu alışa ruhlandırmaq, ətraf mühiti qorumaq kimi mesajlar verir. Nəticədə insanlar ya brendə daha çox etibar edir ya da paradoks sayəsində məhsula maraq göstərir.

 

Praktiki olaraq necə işləyir?

Məşhur ekologiya yönümlü geyim brendi Patagonia 2011-ci ilin Qara Cümə günü diqqət çəkən bir kampaniya hazırladı: “Bu jaketi alma.” Cəmiyyətə təbiəti düşünməyə çağıran mesajda brend alıcıları impulsiv alışdan çəkindirirdi. Nəticə paradoksal oldu: kampaniya qalmaqal yaratdı və jaketlərin satışında 30% artım qeydə alındı.


Kosmetika şirkəti Dove 2004-cü ildə “Həqiqi Gözəllik” adlı kampaniyası ilə standart gözəllik ideallarını sarsıtdı və “Siz onsuz da mükəmməlsiniz” mesajını verdi. Plakatlarda modellər əvəzinə hər yaşdan, hər ölçüdən real insanlar göstərildi. Digər brendlərin “qüsurlarını yox et” tərzində reklamları arasında bu fərqli yanaşma dərhal diqqət çəkdi. Bu kampanya satışları da ildırım sürətiylə artırdı.

2025 Əks Marketinq trendi. Influencerlər bizi aldadır?


Sosial mediada məhsul təqdim etməklə məşhurlaşan influencerlər artıq hər addımımızı izləyir. Onlar hər zaman bizə nə almalı olduğumuzu deyirdi, indi isə de-influencing (əks təsir) adı ilə yeni bir fenomendə görünürlər. Bu dəfə deyirlər ki, “bu məhsulu alma, sənə lazım deyil!”. Bəziləri TikTok və YouTube-da #DetoxYourFeed, #AntiHaul kimi videolarla bahalı kosmetika və trend əşyaların alınmamasını xatırladır, alternativ məhsulları tövsiyə edir. Bu yeni tendensiya göstərir ki, müasir bazarda sırf məhsulu satmaq yox, dürüstlük və şəffaflıq da bir fəndə çevrilə bilər.

Anti-reklam həqiqətən daha güclüdür ?

Bəli, bəzən əks marketinq klassik reklamlardan daha güclü təsir göstərir. Çünki bu yanaşma insan beyninin gözləmədiyi davranış mexanizmini işə salır: “məhsulu alma” deyildikdə, maraq daha da artır. Biz qadağan olunan, yaxud ehtiyac olmadığı iddia edilən şeyə qarşı daha çox maraq göstəririk. Elə buna görə də reverse marketing düzgün tətbiq olunanda həm diqqət çəkir, həm yadda qalır, həm də daha səmimi görünür.

Lakin burada çox vacib bir nüans var: səmimiyyət testi. İnsanlar artıq manipulyasiyanı çox tez hiss edir. Brendin məqsədi sadəcə satışdırsa və mesajın arxasında real bir dəyər yoxdursa, kampaniya əks təsir yarada bilər. Uğurlu əks marketinq üçün marka öz imicinə, dəyərlərinə və auditoriyasının psixologiyasına uyğun hərəkət etməlidir.

Bu gün reklam dünyasında insanları sadəcə inandırmaq deyil, fikirləşdirmək, şüurlu seçimə yönləndirmək, düzgün qərar verməyə kömək etmək daha təsirli kommunikasiya hesab olunur. Gələcəyin marketinqi də məhz budur: manipulyasiyasız, səmimi, şəffaf və fərqli. Növbəti dəfə reklam görəndə bir az dayanıb düşünün: bu mesaj məni aldatmağa çalışır yoxsa məni düşünməyə çağırır? Hər iki halda marketoloqlar seçimləri yönləndirməyə çalışır.

 

No items found.

Contributors

Fəridə Kərimova
Fəridə Kərimova
Content Creator

Subscribe to our newsletter

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Sharing means caring

Rate the article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Stay in the loop

Be the first to know when we release a new article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.
start a project
start a project
start a project
start a project
arrow whitearrow white