arrow whitearrow white

AI Influencer Nədir? Necə İşləyir?

arrow down
AI Influencer Nədir? Necə İşləyir?

AI Influencer Nədir? 

AI influencer — kompüter qrafikası, 3D modellər və süni intellekt alqoritmləri vasitəsilə hazırlanmış, sosial mediada öz brend imicini quran və izləyicilərlə əlaqə saxlayan rəqəmsal personajdır. Onlar real insanlar kimi görünə, danışa və izləyicilərə məhsul və ya xidmətləri tanıda bilirlər. Marketinq dünyasında artıq yalnız real insanlar yox, süni intellektlə yaradılan virtual personajlar da ön plana çıxır.

Gunai Aivazlı kimdir?

Azərbaycanın ilk AI influenceri — Gunai Aivazlı artıq rəqəmsal dünyada öz sözünü deməyə başlayır. O, süni intellektlə yaradılmış virtual personajdır və real insanlar kimi sosial şəbəkələrdə aktivdir: gündəlik postlar paylaşır, izləyicilərinə real time story-lər göstərir, hətta müxtəlif brendlərlə əməkdaşlıqlar edir.

Gunai yalnız sosial mediada deyil, həm də böyük tədbirlərdə görünür — məsələn, Formula 1 kimi beynəlxalq səviyyəli tədbirdən aktiv paylaşımlar edir. Onun fəaliyyəti Azərbaycan mediasının da diqqətini çəkib və artıq AzTV kanalında haqqında xüsusi reportaj yayımlanıb.

Gunai Aivazlı sadəcə vizual bir obraz deyil. O, brendlər üçün innovativ marketinq aləti, izləyicilər üçün isə yeni nəsil rəqəmsal ulduzdur. Azərbaycanda yaradılmış bu unikal AI influencer, ölkəmizin texnologiya və marketinq sahəsində qabaqcıl yanaşmasını nümayiş etdirir.

Necə işləyir?

AI influencerlərin fəaliyyət mexanizmi üç əsas mərhələyə bölünür:

Dizayn və model yaradılması:

3D dizayn proqramları və ya generativ AI vasitəsilə personajın xarici görünüşü formalaşdırılır.

Brendin tələblərinə uyğun üslub, xarakter və hekayə yaradılır.

Kontent istehsalı:

Vizual materiallar (foto, video) AI alətləri ilə hazırlanır.

Səs sintezi texnologiyaları sayəsində AI influencer danışa və emosiyalarını ifadə edə bilir.

Sosial media formatlarına uyğun qısa video, reels, story və postlar yaradılır.

İzləyicilərlə qarşılıqlı əlaqə:

Süni intellekt algoritmləri şərhlərə cavab verməyi, mesajlara reaksiya göstərməyi təmin edir.

Inteqrasiya olunan chatbot funksiyaları izləyicilərlə interaktiv dialoq qurmağa imkan yaradır.

Brendlər üçün üstünlükləri nədir?

AI influencerlər brendlərə unikal imkanlar təqdim edir:

  • Tam nəzarət – brend mesajlarını istənilən formada çatdırmaq mümkündür.

  • Məhdudiyyətsiz yaradıcılıq – qeyri-adi vizual və hekayələr qurmaq olur.

  • Daha aşağı xərclər və yüksək çeviklik – uzunmüddətli müqavilələrə ehtiyac yoxdur.

  • İnnovativ imic – AI influencerlərlə işləyən şirkətlər bazarda texnoloji lider kimi görünür.

Marketinqdə yeni yanaşmalar axtaran brendlər üçün bu rəqəmsal personajlar auditoriyaya fərqli və innovativ təcrübə təqdim etməyin ən sürətli yoludur. Əgər bu xidmətdən yararlanmaq istəyirsinizsə Trenders Agency və ya Aİ Lab ilə əlaqə saxlaya bilərsiniz.

AI
Marketinq

Contributors

Nərmin Hüseynova
Nərmin Hüseynova
WebSite Product Owner

Subscribe to our newsletter

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Sharing means caring

Rate the article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Stay in the loop

Be the first to know when we release a new article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.
start a project
start a project
start a project
start a project
arrow whitearrow white