
Tiktok-da necə reklam vermək olar? TikTok ads manager-in üstünlükləri.
TikTok-da necə reklam vermək olar?
TikTok son illərin ən sürətli böyüməyə malik olan sosial media platformalarından biridir. 2016-cı ildə Çinin ByteDance şirkəti tərəfindən yaradılan bu platforma, xüsusilə gənclər arasında populyarlıq qazanıb. Əsas hədəf kütləsi Z nəsli olmasına baxmayaraq, həmçinin gənc millennianlar tərəfindən də sevərək istifadə olunur. Dünya üzrə statistikalara nəzər yetirdikdə hazırda göstəricilər qlobal istifadəçi sayı olaraq təxmini 1.9 billion, aylıq aktiv istifadəçi sayı olaraq isə təxmini rəqəm 1.6 billiondur. Azərbaycan ərazisi üzrə isə ən son qeyd alınan nəticəyə əsasən 2024-cü ildə 6.1 milyon aktiv istifadəçi qeyd alınmışdır ki, bu da yetkin əhalinin təxminən 80.3 % -i təşkil edir.

Bizneslər üçün bu nəhəng istifadəçi bazası böyük bir imkan yaradır. Lakin düzgün alətlər olmadan doğru auditoriyaya effektiv şəkildə çatmaq çətin ola bilər. Bunu həll etmək üçün TikTok, markaların uğurla reklam verməsi üçün strukturlaşdırılmış və məlumat əsaslı bir həll təqdim edən TikTok Ads Manager platformasını 2020-ci ilin iyun ayında TikTok for Business çərçivəsində istifadəyə verdi.
TikTok ads manager-in üstünlükləri
TikTok Ads Manager-in təqdimatı strateji bir addım idi və markalara TikTok-un yüksək aktiv auditoriyasına çıxış imkanı yaratmaqla yanaşı, reklam optimizasiyası üçün inkişaf etmiş alətlər təqdim etdi. Bu yeniliklər TikTok hesabı olan bizneslər üçün auditoriyanı genişləndirmək üçün fürsət yaradırdı. Gəlin, bu imkanları daha dəqiq şəkildə analiz edək:
1) Monetizasiya və Biznesin İnkişafı
TikTok böyüdükcə, davamlı gəlir modeli yaratmağa ehtiyac duyurdu. İstifadəçilərin özləri tərəfindən idarə oluna bilən reklam platformasının istifadəyə verilməsi, istənilən ölçüdə olan markalara effektiv reklam kampaniyaları yaratmaq və satışları artırmaq imkanı verdi.
2) Yüksək İstifadəçi Aktivliyi
TikTok-un unikal alqoritmi istifadəçiləri saatlarla platformada saxlayır və onların məzmunla yüksək səviyyədə qarşılıqlı əlaqədə olmasını təmin edir. TikTok Ads Manager bu aktivliyi maksimum dərəcədə dəyərləndirərək, brendlərə reklamlarını doğru auditoriyaya effektiv şəkildə çatdırmaq, məzmunun viral olmasını sürətləndirmək və istifadəçiləri real hərəkətə keçirməyə təşviq etmək imkanı yaradır.
3) Nəticələrin analizi
Bizneslər təkcə influencer marketinqlə kifayətlənmirdi – onlar dəqiq hədəfləmə və kampaniya optimizasiyası üçün güclü alətlərə ehtiyac duyurdular. TikTok Ads Manager brendlərə istifadəçi davranışına əsaslanan hədəfləmə, ətraflı performans göstəriciləri və avtomatik optimizasiya alətləri təqdim edərək reklamların maksimum effektivliyini təmin edir.

4) Digər Reklam Platformaları ilə Rəqabət
Facebook Ads və Google Ads kimi nəhəng platformalarla rəqabət aparmaq üçün TikTok güclü, məlumat əsaslı bir reklam sisteminə ehtiyac duyurdu. Ads Manager brendlərə reklam kampaniyalarını asanlıqla başlatmaq və idarə etmək imkanı yaradır, bu da TikTok-u rəqəmsal reklam bazarında güclü bir rəqibə çevirir.
Bəs TikTok-da necə reklam vermək olar?
1.TikTok ads manager üzərindən account açmaq
TikTok ads manager üzərindən reklam vermək üçün atmalı olacağınız ilk addım ads manager-də hesab yaratmağınızdır.
2.Biznes Profilinin Tənzimlənməsi
Biznes profiliniz TikTok marketinqində uğur qazanmaq üçün əsas amillərdən biridir. Profilinizə şirkət adınızı və fəaliyyət sahənizi daxil edin. Bu, TikTok-un sizə uyğun reklamlar göstərməsinə və hədəf auditoriyanızla daha yaxşı əlaqə qurmağınıza kömək edəcək.
3.Kampaniya hədəfinin seçilməsi
TikTok Ads Manager marketinq üçün müxtəlif kampaniya hədəfləri təklif edir. Effektiv reklam kampaniyası yaratmaq üçün bu məqsədləri anlamaq vacibdir. Kampaniyalar Awareness,Consideration və Conversion kateqoriyalarına bölünür.

4.Reklam kreativinin seçilməsi
TikTok reklam kampaniyaları üçün müxtəlif kreativ formatlar təklif edir. Bu reklam tipləri:
- In-Feed Ads, Video Ads və Spark Ads – Video reklamlar adi TikTok paylaşımlarına bənzəyir və birbaşa məzmununuza yönləndirir. Spark Ads isə orqanik məzmununuzu gücləndirərək standart reklamlardan 142% daha çox interaktivlik əldə etmək olar.
- Shopping Ads – Onlayn mağazalar üçün Video Shopping Ads, Catalog Listing Ads və Live Shopping Ads kimi ticarət yönümlü reklamlar mövcuddur.
- Branded Ads – Daha çox fərdiləşdirmə istəyən brendlər üçün TopView Ads, Branded Hashtag Challenges və Branded Effects formatları təqdim edilir.
Azərbaycanda TikTok Ads Manager hesabı açmaq mümkün olmadığından, yerli bizneslər ya TikTok ilə partnyorluq edən agentliklərlə əməkdaşlıq etməli, ya da başqa ölkənin telefon nömrəsi və region seçimi ilə hesab yaratmalıdırlar.
Contributors
Subscribe to our newsletter
Sharing means caring
Rate the article
Keep on reading
Stay in the loop
Be the first to know when we release a new article