arrow whitearrow white

SEO nədir və necə edilməlidir?

arrow down
SEO nədir və necə edilməlidir?

SEO nədir?

Günümüzdə axtarış edərkən Google-da saytların düzülmə ardıcıllığını müşahidə edir, çox vaxt ən üst sıralarda yerləşən linklərə keçid edirik. 

Bəs saytların bu düzülmə ardıcıllığı nəyə əsasən olur?  Niyə saytınız ilk sıralarda görünmür?

Trenders marketinq agentliyi bu yerdə də köməyinizə çatır. Bu bloqumuzda sizə SEO-nun nə olduğunu, hansı strategiyaların olduğunu və hansı kanallar vasitəsilə paylaşıldığını bölüşəcəyik. Əlbəttə ki, çox uzun və geniş bir mövzu olsa da, biz çalışdığımız qədər sadə şəkildə sizə izah edəcəyik.

SEO sözünün mənası və açılışı

İngilis dilində olan açılışı ilə Search Engine Optimization bu gün kifayət qədər insan tərəfindən istifadə olunur. Öz dilimizdə tərcümə etdikdə isə Axtarış Motoru Optimizasiyası adlanan bu söz ölkəmizdə yeni-yeni məşhurlaşmağa başlayır. 

Amerika və Avropa ölkələrində reklam strategiyalarının bir çoxu artıq sosial şəbəkələrdən deyil, veb səhifələr üzərindən aparılır ki, qlobal bazarda bir çox brend bu xidmətdən istifadə edir. Amazon, Trendyol kimi məşhur elektron ticarət modelindən istifadə edən saytlar üçün də istifadə olunan strategiyanın yerli bazarda yeni-yeni tələbat görməyinin səbəbi isə bir çox brendin yeni veb səhifə açması və burdakı auditoriya ilə yeni tanış olmasıdır. 

Kontakt Home, Baku Electronics, İrshad kimi bir-biri ilə rəqabətdə olan markalar ölkəmizdə SEO ilə məşğul olan başlıca şirkətlərdir. Sözsüz ki, bu da öz növbəsində onlara gəlir və böyük auditoriya qazandırır. Trenders şirkəti olaraq müştərilərimizə bu sahədə köməklik göstərərək onların da bu sahədə yeniliklərə imza atmasına və öz bazarında birinci olmağına dəstək göstəririk.

SEO, SEO xidməti, SEO marketinq, marketinq, reklam

Bəs SEO-nu Google ads xidmətindən fərqləndirən nədir? 

Veb səhifələr üçün kifayət qədər izləyici toplamağa şərait yaradan ikinci bir platforma isə Google ads-dir. Qısa müddət ərzində izləyici toplamağınıza və saytınızı artırmağa kömək etməsinə baxmayaraq Google ads sizdən bunun üçün bazara uyğun bir büdcə tələb edir.

SEO-nun Google ads-dən fərqli olmasının səbəbi onun tam şəkildə “pulsuz” və təbii şəkildə sayta trafik gətirməsidir. Pulsuz sözünü dırnaqda göstərməyimizin səbəbi SEO üçün istifadə olunacaq bəzi sayt proqramlarına və alətlərə pul xərcləməyin lazım olmasıdır. Qısamüddətli olan bu xərclərin sizə uzunmüddətli gəlir və izləyici qazandırması Google ads ilə müqayisədə biznes üçün daha uğurlu olur.

SEO-dan tez bir şəkildə nəticə almaq mümkündürmü?

SEO xidmətindən istifadə etdiyiniz zaman hər ay üzrə nəticənizin artdığını və müəyyən sözlərdə birinci yerdə göründüyünüzü müşahidə edəcəksiniz, lakin SEO xidmətindən tam şəkildə nəticə alma vaxtınız minimum 6 aydır. 

Unutmayın ki, bu aylar ərzində biznesiniz durğunluq yaşamayacaq, əksinə daha da yüksələcəkdir. Qeyd edilən 6 ay ərzində isə siz SEO üçün olan inkişaf dövrünü tamamlayacaq və rəqiblərinizdən daha üstün nəticələr əldə edəcəksiniz.

İlkin mərhələdə sizin biznesinizin özəl bir veb səhifəsi yoxdursa, sizin üçün istədiyiniz dizaynda və problemsiz şəkildə olan müasir bir veb səhifəsi hazırlayırıq.

SEO, marketinq agentliyi, reklam agentliyi, relam

SEO necə edilir, necə başlamaq lazımdır?

İlkin növbədə qeyd etmək lazımdır ki, SEO üç əsas mərhələnin tənzimlənməsi nəticəsində istifadə edilir.

 Bunlar aşağıdakı ardıcıllıqla yerinı yetirilir:

  1. Texniki SEO
  2. On-page SEO
  3. Off-page SEO

Texniki SEO

Texniki SEO hissəsində biz biznes üçün istifadə olunan veb səhifənin boşluqlarını müəyyənlişdirir, URL, Landing Page və s. hissədə olan problemləri aradan qaldırırıq. Bu hissədə istifadə etdiyimiz alətlər vasitəsilə ən qısa zamanda bu dəyişiklikləri yerinə yetiririk. Əlbəttə ki, bu hissədə biz saytın qurucusu olan komanda ilə qarşılıqlı əlaqədə olur və birlikdə çalışırıq. Əgər, müştərinin saytı bizim tərəfimizdən qurulubsa, əlbəttə ki, bu hissədə heç bir problemlə üzləşmirik. Bunun əsas səbəbi veb səhifəsini qurarkən iki komandanın birlikdə işləməsidir.

On-page SEO

On-page SEO hissəsində saytınıza uyğun açar sözləri seçərək bloq yazıları yazır və səhifələrinizə lazım olan başlıqları, meta təsviri, H1 və ya H2-ləri yerləşdiririk. Bu isə öz növbəsində bizə imkan yaradır ki, insanlar axtarış motorlarına təklif etdiyimiz açar sözləri qeyd etdikdə saytınız ilk sıralarda onların qarşısına çıxır. Buna görə də açar sözlərin araşdırılması və dəqiq analizi bu hissədə kifayət qədər önəmlidir. Peşəkar komandamız təcrübəyə əsaslanaraq əldə olunan datalardan istifadə edərək saytınızın bu prosesi kifayət qədər sürətli və keyfiyyətli şəkildə həyata keçirir.

Off-page SEO

Bu hissədə sizdən aldığınız domeni və adı gücləndirmək tələb olunur. Daha ətraflı izahı isə digər veb səhifələrin sizi xarici link kimi qeyd etməsi və ya sizin haqqınızda məqalə yazması Google-da reputasiyanızın artmağına səbəb olur. Bu da SEO-da saytən kifayət qədər yaxşı nəticə almağına təsidr göstərir. Bəzi tanınmış veb səhifələr müəyyən bir məbləğ qarşısında sizin haqınızda məqalə yazır. Digər bir yol isə bu linkləri satın almaqdır ki, günümüzdə yerli və xarici saytlar daxil olmaqla bir çox şirkət bundan istifadə edir. Həm vaxt qazandırması, həm də sürətli nəticə əldə etməyin əsas yolu olduğu üçün bir çox şirkətlər bu yolu seçirlər.

Marketinq agentliyi, SEO, reklam agentliyi, reklam

SEO prosesi üçün hansı alətlərdən istifadə edə bilərik?

SEO-nun ilkin mərhələsində texniki cəhətləri müəyyənləşdirməyiniz üçün Google-un özündə olan Page Speed Test, Mobile Friendly Test kimi veb səhifələrdən istifadə edə bilərsiniz. Bundan əlavə olaraq Monkey SEO, Sitechecker, Lighthouse kimi proqramlarla saytın texniki problemlərini analiz edə bilərsiniz.

İkinci mərhələdə saytınıza uyğun açar sözləri seçmək və On-Page SEO prosesini başlamaqdır. Bunun üçün tələb olunan proqramlara Ahrefs, SemRush, MOZ, Keywords Everywhere kimi proqramları misal gətirmək olar.

Off-Page SEO hissəsində istifadə edəcəyiniz saytlar isə büdcənizdən asılıdır. Daxili bazarda olan tanınmış markalardan link əldə edərək də bu prosesi həyata keçirə bilərsiniz və ya xarici veb səhifələrə də bununla bağlı müraciət edə bilərsiniz.

SEO prosesində Trendersin fərqi nədir?

Bizim bu işdə əsas fərqimiz müştərimizə məxsus olan məhsulu və auditoriyanı təcrübələrə əsasən analiz etməkdir. Müştəri bazamızın kifayət qədər yüksək olması bizə daxili bazarda olan rəqibləri və fərqli sahələrə uyğun açar sözləri asanlıqla tapma şansı verir. Beləliklə, siz də vaxtınıza qənaət etmiş olur və məhsulun inkişafına rahatlıqla vaxt ayıra bilirsiniz. Aylar ərzində olan prosesə sadəcə nəzarət edir və təklifləri verirsiniz. Digər işləri rahatlıqla bizə həvalə etdiyiniz üçün saytınız arxa sıralardan ön sıralara kifayət qədər sürətli bir keçid edir. 

Qeyd etmək lazımdır ki, müşahidə qabiliyyəti SEO prosesinin başlıca strategiyasıdır. Rəqiblərinizin bu prosesdə hansıə sırada olduğunu və aylıq necə bir nəticə aldığı barədə analizi də Trenders komandası qısa zaman ərzində sizə təqdim edir.

SEO və Google Ads ximətlərimizdən yararlanmaq üçün bizimlə əlaqə yaratmağınız kifayətdir. Peşəkar komandamız biznesinizi analiz edərək sizə uyğun strategiyadan istifadə edəcək. 

Rəqiblərinizdən daima öndə olmaq üçün Trendersi seçin!

Digər bloqlarımızı oxumaq üçün link vasitəsilə keçid edə bilərsiniz

Oxuduğunuz üçün təşəkkürlər!

Marketinq

Contributors

Nijat Aliyev
Nijat Aliyev
Digital Marketer at Trenders Team

Subscribe to our newsletter

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Sharing means caring

Rate the article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Stay in the loop

Be the first to know when we release a new article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.
start a project
start a project
start a project
start a project
arrow whitearrow white