arrow whitearrow white

Satışları Öldürən Mətn Xətaları

arrow down
Satışları Öldürən Mətn Xətaları

Satışları Öldürən Mətn Xətaları. Səhv 1: Hədəf auditoriyanı nəzərə almamaq. Səhv 2: Zəif başlıq və maraqsız giriş. Səhv 3: Unikal Satış Təklifinin (UST) olmaması. Səhv 4: Emosiya və obrazların olmaması. Səhv 5: Mürəkkəb, terminoloji və ya rəsmi üslub.

Satışları Öldürən Mətn Xətaları

Reklam mətnində istifadə etdyiniz hər söz kütlənin güvəni və onun alış qərarına təsir edir. Kiçik səhvlər belə satışları, etibarı azalda və oxucuların marağını aşağı sala bilər. Bu məqalədə kopiraytinq sahəsində tez-tez rast gəlinən səhvləri və bu problemlərin həll yollarını araşdıracağıq. Mütəxəssislərin fikirlərinə əsaslanaraq, mətnlərdə buraxılmaması vacib olan detallar haqqında danışacağıq.

Səhv 1: Hədəf auditoriyanı nəzərə almamaq

Mətn konkret müştəri üçün deyil, ümumi və istiqamətsiz yazılıb. Bəzən kopirayterlər məhsulu öz baxış bucaqlarından təsvir edirlər, lakin oxucular üçün vacib olan onların problemlərinin necə həll olunacağıdır. Əgər mətn oxucuya birbaşa xitab etmir və onun ehtiyaclarını qarşılamaq üçün yazılmayıbsa, maraq yaratmayacaq və nəticədə insan onu oxumağa davam etməyəcək.

Həll yolu

  • Hədəf auditoriyanı araşdırın: müştəriləriniz kimlərdir, onların istəkləri və qorxuları nələrdir?
  • Mətni oxucunun problemlərini həll etməyə yönəldin.
  • Konkret faydaları qeyd edin, sadə və anlaşılan üslubda yazın.
  • Şirkət haqqında təriflər vermək əvəzinə, müştəriyə hansı dəyəri təqdim etdiyinizi göstərin.

Səhv 2: Zəif başlıq və maraqsız giriş

Başlıq və məqalənin ilk cümlələri oxucunu cəlb etmir. Əgər başlıq ümumi, maraqsız və ya anlaşılmayandırsa, oxucu məqaləni açmadan keçib gedəcək. İnsanların diqqətini cəlb etmək üçün cəmi 0,5–2 saniyəniz var. Əgər giriş maraqsızdırsa, oxucu mətni sona qədər oxumayacaq.

Həll yolu

  • Başlıqda əsas faydanı və ya maraqlı bir məqamı vurğulayın.
  • Giriş hissəsində dərhal əsas mövzuya keçin, uzun və darıxdırıcı girişlərdən çəkinin.
  • Mətni oxucunun diqqətini cəlb edəcək şəkildə yazın.

Səhv 3: Unikal Satış Təklifinin (UST) olmaması

Mətn məhsulun unikal üstünlüklərini açıq şəkildə ifadə etmir. Əgər oxucu məhsulunuzun başqalarından nə ilə fərqləndiyini anlamırsa, onu almaq üçün heç bir səbəbi olmayacaq. 

Həll yolu

  • Məhsulunuzun unikal xüsusiyyətlərini vurğulayın.
  • Rəqiblərinizdən nə ilə fərqləndiyinizi real faktlarla izah edin.
  • Müştərinin məhsuldan əldə edəcəyi konkret faydaları göstərin.

Səhv 4: Emosiya və obrazların olmaması

Quru xüsusiyyətlərin sadalanması insanları alış etməyə təşviq etmir. Satışın uğurlu olması üçün mətndə duyğular və təsvirlər yer almalıdır.

Həll yolu

  • Ssenarilər yaradın və oxucuya məhsulu hiss etdirməyə çalışın.
  • Duyğulara təsir edən sözlərdən istifadə edin.
  • Müştərinin həyatının necə dəyişəcəyini göstərən ifadələrdən yararlanın.

Səhv 5: Mürəkkəb, terminoloji və ya rəsmi üslub

Çox mürəkkəb və ya rəsmi ifadələrlə yazılmış mətn oxucuya ağır və anlaşılmaz görünə bilər.

Həll yolu

  • Mümkün qədər sadə və anlaşılan dildə yazın.
  • Mürəkkəb terminlərdən çəkinin və ehtiyac olduqda onları izah edin.
  • Söhbət edirmiş kimi yazın, rəsmi üslubdan uzaq durun.


Yaxşı kopiraytinq satışlaarı artırır, etibar yaradır və auditoriyanı cəlb edir. Mətninizin effektiv olması üçün onu hədəf kütlənizə uyğunlaşdırın, emosiyalar yaradın, sadə və konkret olun. Oxucudan hansı hərəkəti gözlədiyinizi açıq şəkildə bildirin. Unutmayın, düzgün yazılmış mətn biznesinizin uğurunu müəyyən edə bilər.

copywriting
Content
Marketinq

Contributors

Aygul Alasgarova
Aygul Alasgarova
Content Creator

Subscribe to our newsletter

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Sharing means caring

Rate the article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Stay in the loop

Be the first to know when we release a new article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.
start a project
start a project
start a project
start a project
arrow whitearrow white