arrow whitearrow white

Google və Meta Ads-də Yaxşı Nəticə Almağın 7 sirri: CPC, Conversation Rate

arrow down
Google və Meta Ads-də Yaxşı Nəticə Almağın 7 sirri: CPC, Conversation Rate

Google Ads CPC necə ucuzlaşır, Facebook Ads dönüşüm artırmaq, 2025 reklam trendləri, Meta Ads retargeting, smart bidding strategiyası, digital marketing tövsiyələri, rəqəmsal reklam nümunələri

Google və Meta Ads-də Yaxşı Nəticə Almağın 7 sirri: CPC, Conversation Rate

Rəqəmsal reklam kampaniyası qurarkən iki vacib göstərici var: CPC (Cost Per Click) və conversion rate (dönüşüm faizi). CPC reklam klikinin qiymətidir, dönüşüm isə bu kliklərdən gələn satış və ya hər hansı istədiyin nəticədir. Problemin kökü ondadır ki, əksər reklamçılar kampaniyalarını planlamadan, optimizasiya etmədən və strategiya tətbiq etmədən işə salır. Nəticədə isə büdcə sürətlə tükənir, nəticə isə zəif olur.

Amma yaxşı xəbər budur ki, düzgün yanaşma və texnika ilə həm CPC-ni 20-40% aşağı salmaq, həm də satış və ya form doldurma dönüşünü 2-3 dəfə artırmaq mümkündür. İndi bu işin 7 əsas sirrini ətraflı izah edəcəyik.

1. Açar Söz və Auditoriya Segmentasiyası

Google və Meta Ads-də uğurlu reklamın 70%-i hədəf auditoriyanın düzgün seçilməsindən keçir. Məhsulu və ya xidməti kim alacaq? Onlar hansı yaşda, hansı maraqlara sahibdir, harada yaşayır və hansı cihazdan istifadə edirlər?

Google Ads-də: Çox adam geniş açar sözlərlə reklam çıxır. Halbuki bu söz milyonlarla istifadəçini əhatə edir və CPC bahalaşır.

Düzgün yanaşma:

  • Long-tail açar sözlər seç: “Bakıda qəhvə sifarişi”, “iş üçün enerjili qəhvə”

  • Negative keywords təyin et: “pulsuz”, “resept” kimi CPC-ni boş yerə artıran sözləri blokla.

Meta Ads-də: Maraqlar və davranışlar üzrə bölmə aparmaq lazımdır. Bütün Azərbaycan əvəzinə, məhsul üçün real alıcı kütləsi seç:

  • Maraqlar üzrə target et: Məsələn, qəhvə üçün “Coffee”, “Espresso”

  • Lookalike Audience qur: Sayta girənlər, səbətə atanlar əsasında bənzər auditoriya.

2. Reklam Vizual və Mətn Optimizasiyası

İstifadəçi reklamını görür və 2-3 saniyə ərzində ya klikləyir, ya da keçir. Vizual və mətn həm diqqətçəkici, həm də çağırışlı olmalıdır.

Yadda saxla:

  • Vizual asan qavranan və fərqli olmalıdır.

  • Məhsulun əsas faydasını göstərməlidir.

  • Reklam mətni qısa, konkret və CTA (Call to Action) ilə bitməlidir.

Məsələn: “Səhərin enerjisini bu fincanda tap! İndi sifariş et.”

Nəticə olaraq Vizual relevance score-u yüksəldib CPC-ni aşağı salır.

3. Reklam Zaman Cədvəli və Geotargeting

Bütün gün reklam vermək mənasızdır. İnsanlar məhsulu daha çox hansı saatlarda alır? Hansı şəhərdə yaşayır?

Necə edək:

  • Google Analytics və Meta Ads-də saat və region üzrə dönüşüm faizlərini analiz et.

  • Yalnız ən məhsuldar saatlarda reklam aç.

  • Yalnız çatdırılan və ya xidmət edilən ərazilərdə reklam ver.

Nümunə: Qəhvə mağazası üçün Bakı və Sumqayıt şəhərlərində saat 08:00-11:00 və 18:00-22:00 arası reklam daha effektivdir.

Bununla daha az CPC, daha yüksək dönüşüm əldə edilir.

4. Retargeting Kampaniyaları Qur

Retargeting — artıq saytına daxil olmuş və ya səbətə məhsul qoyub almayan insanlara reklam göstərməkdir.

Niyə vacibdir? Çünki ilk klikdə konversiya faizi 2-3%, ikinci klikdə isə 15-20% olur.

Necə edək:

  • Meta Ads: Facebook Pixel qur, Add to Cart edənlərə və Checkout-dan çıxanlara kampaniya hazırla.

  • Google Ads: Google Tag Manager ilə sayt ziyarətçilərini topla, remarketing list-lər düzəlt.

5. Xüsusi Landing Page İstifadəsi

Bütün reklam kliklərini saytın ana səhifəsinə yönləndirmək — satış üçün ən zəif taktikalardandır.

Ən yaxşı üsul: Reklam kampaniyası üçün ayrıca landing page düzəltmək.

Bu səhifədə:

  • Məhsulun əsas üstünlükləri və fotoları

  • Endirim və bonuslar

  • CTA düyməsi

  • Tez-tez verilən suallar bölməsi olsun.

Landing page istifadə edən saytların dönüşüm faizi ortalama 2-3 dəfə artır.

6. Reklam Testləri və A/B Test

Heç bir reklam kampaniyası ilk versiyada ideal olmur. Mütləq test etmək lazımdır.

Necə? Eyni reklam kampaniyasında:

  • Fərqli başlıq

  • Fərqli vizual

  • Fərqli CTA ilə A/B test et.

Testi minimum 3-5 gün et və ən yaxşı nəticəni verən versiyanı aktiv saxla. Bu üsulla həm dönüşüm faizi artır, həm CPC aşağı düşür.

7. AI və Avtomatik Bidding Strategiyaları

2025-də AI əsaslı bidding sistemləri klassik manual bidding-dən daha effektivdir.

Google Ads-də:

  • Maximize Conversions

  • Target CPA

  • Target ROAS

Meta Ads-də:

  • Advantage+ Campaign Budget (ACB)

  • Value-based Lookalike Audiences

Bu 7 üsul istənilən Google və Meta reklam kampaniyasının effektivliyini qat-qat artıracaq. Reklam büdcəsini səmərəli istifadə etmək və satışları 2-3 dəfə artırmaq üçün bu strategiyaları 2025-də mütləq tətbiq et. Bu üsullarla CPC-ni 40%-ə qədər azaltmaq mümkündür.

Trenders ilə uğurlu reklam kampaniyası üçün bu strategiyaları tətbiq et və rəqiblərini üstələ!

Marketinq
Ad

Contributors

Elvin Huseynov
Elvin Huseynov
Digital Marketing Specialist

Subscribe to our newsletter

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Sharing means caring

Rate the article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Stay in the loop

Be the first to know when we release a new article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.
start a project
start a project
start a project
start a project
arrow whitearrow white