arrow whitearrow white

Coca-Cola “Share a Coke” Kampaniyası. Niyə Yenidən Aktivləşdirdi?

arrow down
Coca-Cola “Share a Coke” Kampaniyası. Niyə Yenidən Aktivləşdirdi?

Coca-Cola “Share a Coke” Kampaniyası. Niyə Yenidən Aktivləşdirdi? Yeni nə var? Bəs Bu Qayıdış Uğurlu Oldumu? Bu Strategiyanı Təkrar Edən Başqa Hansı Brendlər Var?

Coca-Cola “Share a Coke” Kampaniyası. Niyə Yenidən Aktivləşdirdi?

İllər əvvəl milyonlarla insanın gündəlik həyatına səmimi bir toxunuş gətirən “Share a Coke” kampaniyası bu gün yenidən aramızdadır. Lakin bu dəfə məsələ təkcə nostalji yaratmaq deyil. Coca-Cola fərdiləşdirilmiş marketinqin gücündən istifadə edərək istehlakçılarla daha dərin, daha emosional bir bağ qurmaq məqsədi güdür. Adların, duyğuların və şəxsi anların bir butulka içində cəmləşdiyi bu kampaniya, brendin yeni nəsillə təmas qurmaq üçün necə çevik və yaradıcı strategiya qurduğunu da göstərir.

Hər şey 2011-ci ildə, Avstraliyada başladı. Coca‑Cola brendi bir gün qərara gəldi ki, butulkanın üzərindəki “Coca‑Cola” loqosunu silib yerinə insanların adlarını yazsın. Əvvəl qəribə görünsə də, nəticə gözlənilməz oldu: insanlar butulkaların rəflərində öz adlarını axtarmağa başladılar. Bəziləri sevdiklərinin adını tapıb hədiyyə etdi, bəziləri isə ilk dəfə adını bir məhsul üzərində görəndə hiss etdiyi duyğunu sosial mediada paylaşdı.

Nəticədə sadəcə bir reklam kampaniyası deyil, insanlarla marka arasında real bir emosional bağ yarandı. Satışlar artdı, insanlar danışdı, paylaşdı və Coca‑Cola-nın adı bir anlıq içkidən, paylaşım simvoluna çevrildi.

İndi isə 2025-dir… və dünya fərqlidir

Bu gün sosial mediada paylaşım edirik, lakin bir çoxumuz paylaşdığımız qədər də tənhayıq. Gen Z – yəni bugünkü gənclik – online dünyada böyüsə də, artıq real toxunuş, real bağlılıq axtarır. Çünki rəqəmsal jestlər bəzən “double tap” qədər qısa, bir “view” qədər səssiz olur.

Coca‑Cola bunu anlayır. Və bu anlayışla kampaniyanı yenidən gətirir. Amma bu dəfə fərqli bir dildə danışır — Gen Z-nin dili ilə. Yəni nostalgiya və texnologiyanın bir araya gəldiyi yeni nəsil paylaşım dili.

Bu dəfə sadəcə adlar deyil, xatirələr, rəqəmsal təcrübələr, dostlarla birlikdə yaradılan videolar, memlər, interaktiv platformalar da var. “Share a Coke Memory Maker” vasitəsilə hər kəs öz şəxsi Coca‑Cola xatirəsini yarada bilər. Düşün: adını daşıyan bir butulka və içindən çıxan bir video — sənin, dostlarının, xatirələrinin birləşdiyi anlar.

Yeni kampaniya artıq 120-dən çox ölkədə istifadəyə verilir. Apreldən başlayaraq mağazalarda adlarla dolu Coca‑Cola butulkaları görünməyə başlayıb. Bəzi ölkələrdə bu adlara əlavə olaraq fərdi mesajlar, lokal dillər, hətta emoji-lər də əlavə olunub. Və bu dəfə hər şey yalnız fiziki dünyada baş vermir. Butulkanın üzərindəki QR kod səni Coca‑Cola mobil tətbiqinə aparır — orada isə rəqəmsal bir dünya gözləyir: ad əlavə etmək, virtual butulkalar hazırlamaq, videolar çəkmək və paylaşmaq.

Bu kampaniya artıq sadəcə “paylaşmaq” çağırışı deyil. Bu, birinin adını deməklə onu görünən, hiss edilən və dəyərli etdiyini söyləməkdir.

Yeni nə var?

Coca‑Cola-nın bu dəfəki yanaşması daha da zənginləşdirilib. İndi kampaniyanın içində:

  • “The Magic of Sharing” adlı emosional qısa film,

  • TikTok və Instagram influencerləri ilə kampaniyalar,

  • McDonald’s-larla birlikdə “Share a Meal” adlanan menyular,

  • Açıq hava reklamları ilə real həyatın ortasında parlayan mesajlar var.

Bəs Bu Qayıdış Uğurlu Oldumu?

“Share a Coke” 2025-ci ildə geri dönəndə sual bir idi: nostalgiya həqiqətən işə yarayacaqmı?

Cavab: bəli!
Kampaniya başladığı ilk aylarda sosial mediada “#ShareACoke” həştəqi yenidən trendə düşdü. TikTok-da adla bağlı videolar milyonlarla baxış topladı, influencer-lər şəxsi Coca‑Cola hekayələrini paylaşmağa başladı. Coca‑Cola mobil tətbiqi vasitəsilə istifadəçilər öz adlarını əlavə etməklə fərdi butulkalar yaratdı və bunu dostlarına virtual olaraq göndərdi. Təkcə bu funksiyanın istifadəsi ilk üç ayda 12 milyon aktiv istifadəçiyə çatdı.

Bundan əlavə, bəzi ölkələrdə Coca‑Cola-nın satışları ötən ilin eyni dövrü ilə müqayisədə 6–9% artım göstərdi. Bu rəqəmlər sübut edir ki, insanlar təkcə məhsul deyil, onun arxasındakı hissi də almağa hazırdır.

Yeni kampaniya təkcə fiziki məhsulla yox, həm də rəqəmsal dünyada bizi bir araya gətirir. Mobil tətbiq, interaktiv videolar, “Memory Maker” platforması, QR kodlarla şəxsi dizayn imkanları... bütün bunlar Coca‑Cola-nın sadəcə içki deyil, bir təcrübə olduğunu bir daha göstərir. Coca‑Cola-nın Qlobal Yaradıcı Vitse-Prezidenti Islam ElDessouky bu yanaşmanı belə ifadə edir:

“İnsanlara gündəlik real həyat anları vasitəsilə dostluq əlaqələrini yüksəltməyə kömək etmək üçün bu kampaniyaya yeni kanallar və təcrübələr gətiririk.”

Bu Strategiyanı Təkrar Edən Başqa Hansı Brendlər Var?

“Re-campaign” – yəni brendin uğurlu keçmiş kampaniyasını təkrar canlandırması – son illərdə bir çox böyük markanın istifadə etdiyi taktiki silahdır. Budur, bu strategiyanı tətbiq edən və uğur qazanan bir neçə nümunə:

McDonald’s – “I’m Lovin’ It”

Bu sloqan ilk dəfə 2003-cü ildə təqdim olundu. İllər sonra, 2020-ci illərdə McDonald’s kampaniyanı yenidən canlandırdı, amma bu dəfə TikTok, lo-fi musiqi, və influencer-lərlə birlikdə. Brend emosional bağlılıq qurmaqla yanaşı, yeni nəsil müştərilərlə dil tapmağı bacardı.

Pepsi – “Pepsi Generation” / “Pepsi Challenge”

Pepsi dəfələrlə 80-ci və 90-cı illərdəki retro kampaniyalarını təkrar canlandırıb. 2023-cü ildə “Pepsi Challenge” yenidən təqdim edildi – bu dəfə VR təcrübələri və interaktiv oyunlarla. Keçmişin nostaljisi ilə gələcəyin texnologiyasını birləşdirdilər.

 Nike – “Just Do It”

Əfsanəvi sloqan dəyişməz olaraq qalır, lakin Nike bu mesajı hər dəfə fərqli nəsillərə və dəyərlərə uyğunlaşdıraraq yenidən təqdim edir. Serena Williams, Colin Kaepernick və digər simalarla bu kampaniya illər boyu aktual qalmağı bacarıb.

Apple – “Think Different”

Bu kampaniya rəsmi olaraq geri dönməsə də, Apple vaxtaşırı öz kommunikasiya dillərində və məhsul təqdimatlarında bu mesajın ruhunu yaşadır. Xüsusilə də yeni MacBook və iPad reklamlarında bu ruh açıq şəkildə görünür.

Coca‑Cola-nın “Share a Coke” kampaniyasının geri dönüşü sadəcə nostalji oyatmaq üçün deyildi — bu, insan əlaqələrinin ehtiyacına verilmiş müasir və səmimi cavab idi. Brend yeni dövrün kodlarını oxumağı bacardı və keçmişin emosiyasını bu günün texnologiyası ilə birləşdirdi.

Marketinq

Contributors

İlahə Nəcəfzadə
İlahə Nəcəfzadə
Digital Marketing Manager

Subscribe to our newsletter

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Sharing means caring

Rate the article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Stay in the loop

Be the first to know when we release a new article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.
start a project
start a project
start a project
start a project
arrow whitearrow white