arrow whitearrow white

Brendin Həqiqi Gücü Nədədir?

arrow down
Brendin Həqiqi Gücü Nədədir?

Brendin Həqiqi Gücü Nədədir? Loqodan Dəyərə. Brend Strategiyası Niyə Bu Qədər Əhəmiyyətlidir? Addım 1: Tədqiqat və Təhlil. Addım 2: Brend Şəxsiyyətinin Qurulması. Addım 3: Davamlılıq və Tutarlılıq. Addım 4: Emosional Bağ Qurmaq. Addım 5: Hekayə Yaratmaq. Brendin Gücü Dəyər Yaratmaqdır.

Brendin Həqiqi Gücü Nədədir?

Brend deyildikdə, çoxlarının ağlına ilk olaraq loqo, dizayn, rənglər və vizual kimlik gəlir. Lakin əslində, brendin gücü bu elementlərin arxasında dayanan emosional bağda, dəyərdə və hekayədə gizlidir. Bu məqalədə cavab axtaracağıq: Brendin həqiqi gücü haradadır? Təkcə vizual görünüşdə, yoxsa yaratdığı hiss və mənalı mesajlardamı?

Loqodan Dəyərə

Ekstremal idman və enerji deyildikdə ağla gələn ilk brendlərdən biri Red Bull-dur. Təsəvvür edin: Red Bull-un qablaşdırmasından loqonu çıxarsaq, onu yenə də tanıya bilərikmi? Əlbəttə. Çünki Red Bull yalnız bir loqo deyil — o, ekstremal həyat tərzini və adrenalini təcəssüm etdirən güclü emosional və strateji bir brenddir. Onun uğuru yalnız vizual ünsürlərdə deyil, mükəmməl qurulmuş brend strategiyasının yaratdığı mənalı təsirdədir.

Brend Strategiyası Niyə Bu Qədər Əhəmiyyətlidir?

Brend strategiyası məhsul və ya xidmətin emosional və psixoloji mahiyyətini müəyyən edir. Doğru strategiya vasitəsilə bütün kommunikasiya kanalları eyni dəyərləri və hissləri çatdırır. Vizual dizayn isə bu dəyərləri müşahidəçiyə vizual formada təqdim edən bir vasitədir. Əgər brendin arxasında dərin düşünülmüş strategiya yoxdursa, dizayn sadəcə gözə xoş görünən, amma heç bir təsir yaratmayan səthə çevrilir.

Addım 1: Tədqiqat və Təhlil

Brend quruculuğu hədəf auditoriyanı və bazar tendensiyalarını dərindən öyrənməklə başlayır. Red Bull-un parlaq mavi və qırmızı rəngləri enerji və həyəcanı ifadə edir. Qalın, serif olmayan font, simmetrik struktur və dinamik vizualar — bütün bu elementlər bir emosiyanı və həyat tərzini ifadə edir. Reklamlarında ekstremal səhnələrə üstünlük verilməsi də təsadüfi deyil. Buradan nəticə çıxır: hər bir dizayn elementi brendin strategiyasına uyğun şəkildə işlənməlidir.

Nike brendi isə “özünə inan və öz potensialını kəşf et” fəlsəfəsini təbliğ edir. Onun “Swoosh” loqosu hərəkəti və sürəti simvolizə edir. Sadəlik və minimalizm Nike-ın özünəinam və güc mesajını vizual olaraq daha da gücləndirir. Bu nümunə göstərir ki, strategiya nə qədər aydın və güclüdürsə, dizayn da bir o qədər təsirli ola bilər.

Addım 2: Brend Şəxsiyyətinin Qurulması

Brendin şəxsiyyəti onun daşıdığı dəyərlərlə formalaşır. Mercedes-Benz, məsələn, güc, prestij və etibarlılıq simvoludur. Onun üçşaxəli ulduz loqosu texnologiyanı, performansı və lüksü simvollaşdırır. Boz və gümüşü rənglər sabitlik və peşəkarlıq hissi yaradır, seçilmiş şriftlər isə rəsmi və minimalist bir ton təqdim edir. Mercedes-in hər bir vizual elementi bu mesajı təsdiqləyir: “elit, güclü və etibarlı.” Buradakı əsas dərs: brendin şəxsiyyəti yalnız sözlərlə deyil, istifadə olunan rəng, forma, font, boşluq və kompozisiya ilə də ifadə olunmalıdır. Vizual dizayn — brendin şəxsiyyətinin danışan dilidir.

Addım 3: Davamlılıq və Tutarlılıq

Brendin təsirli olması üçün hər toxunuş nöqtəsində eyni hissi və mesajı verməsi vacibdir. Apple brendi bu prinsipin ən yaxşı nümunələrindəndir. Onun strategiyası — “texnologiyanı sadələşdirmək və hər kəs üçün əlçatan etmək” — bütün dizayn elementlərində əks olunur: tək rəngli alma loqosu, təmiz və yığcam interfeyslər, balanslı boşluq istifadəsi və minimalist ikonlar. Apple-ın dizayn dili bir mesaj ötürür: “az ilə daha çox.”

Buradan çıxan dərs: dizayn yalnız vizual cəhətdən cəlbedici olmamalı, eyni zamanda aydın və məqsədyönlü mesaj daşımalıdır.

Addım 4: Emosional Bağ Qurmaq

Güclü brendlər istifadəçilərin hisslərini anlayaraq onlarla dərin bağ qurur. Dove brendi “həqiqi gözəllik” strategiyası ilə qadınlara özlərini olduqları kimi sevməyi aşılayır. Loqoda yumşaq serif fontlar, pastel tonlar və real qadınların görüntüləri istifadə edilir. Reklamlar ideal model anlayışına qarşı çıxaraq müxtəlif bədən quruluşuna və etnik mənsubiyyətə malik qadınları əks etdirir. Bu, brendin mesajını emosional səviyyədə çatdıran güclü vizual strategiyadır.

Addım 5: Hekayə Yaratmaq

Airbnb brendi “evdə hiss et” ideyası ilə insanlar arasında emosional bağlılıq yaradır. Onun dizayn dili — isti rənglər, rahat və əlçatan şriftlər, autentik fotoşəkillər — istifadəçilərin daxilində tanışlıq və yaxınlıq hissi oyadır. Airbnb müştərilərinə sadəcə ev kirayəsi deyil, həyat təcrübəsi satır. Bu isə dizaynerlərin hekayəni vizual formaya çevirmə bacarığını tələb edir.

Brendin Gücü Dəyər Yaratmaqdır

Əsl brendin gücü onun dizaynında deyil, yaratdığı hiss və daşıdığı mənadadır. Uğurlu brend vizual gözəlliklə bərabər, istifadəçiyə toxunan emosional bağ və dəyərlər təqdim edir. Bu güc isə yalnız loqo ilə deyil, strateji yanaşma, ardıcıl mesaj və səmimi vizual dizaynla mümkün olur. Yadda qalmaq üçün göz oxşamaq kifayət deyil – insanlara mənsub olduqlarını hiss etdirmək lazımdır.

Design
Marketinq

Contributors

Aydan Bağırova
Aydan Bağırova
Junior Graphic Designer

Subscribe to our newsletter

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Sharing means caring

Rate the article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Stay in the loop

Be the first to know when we release a new article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.
start a project
start a project
start a project
start a project
arrow whitearrow white