Zero-Click Search - 2026-da hər marketerin üzləşdiyi yeni reallıq. Google artıq səni başqa sayta göndərmir, özü cavab verir.
Zero-click search, istifadəçinin Google-da axtarış edib cavabı birbaşa nəticə səhifəsində (AI Overview, featured snippet, knowledge panel) alması və heç bir sayta klik etməməsidir. 2026-cı ildə bütün Google axtarışlarının 60%-i heç bir sayta klik olmadan bitir. Saytın #1 sıralamada olsa belə, trafik düşür çünki Google artıq sənin cavabını özü verir.
Zero-click search nədir?
Zero-click search o vaxt baş verir ki, istifadəçi sual yazır, Google isə cavabı AI Overview, featured snippet və ya knowledge panel şəklində birbaşa nəticə səhifəsinin üstündə göstərir. İstifadəçi cavabı alır, sayta getmir.
Bu köhnə SEO anlayışını tamamilə dağıdır: yüksək sıralama artıq yüksək trafik demək deyil.

Zero-click search 2026-da niyə bu qədər vacibdir?
Əvvəllər bu bir nəzəri risk idi. İndi isə konkret rəqəmlər var.
Bain & Company-nin araşdırmasına görə, istehlakçıların 80%-i axtarışlarının ən azı 40%-ində zero-click nəticələrə istinad edir. Bu isə üzvi veb trafikini 15–25% aşağı salır.
Ahrefs-in dekabr 2025 məlumatına görə, AI Overview-lar birinci sıradakı nəticənin klik dərəcəsini 58%-ə qədər azaldır. Bir sənədləşdirilmiş halda impressionlar ildən-ilə 27.56% artdığı halda kliklər 36.18% azaldı, CTR isə 5.98%-dən 3.35%-ə düşdü sıralama isə 14.01% yaxşılaşmışdı.
Semrush-un 2025 hesabatına görə isə ən şok edici rəqəm budur: Google AI Mode-da aparılan axtarışların 93%-i xarici sayta heç bir klik olmadan bitir.
Bu rəqəmlər sənin üçün nə deməkdir? Sıralama stabil qalır, trafik düşür və sən bunun səbəbini tapa bilmirsən. Çünki problem texniki deyil, struktur dəyişiklikdir.
Zero-click search niyə bu qədər gücləndi?
Google-un məqsədi dəyişdi. Google artıq səni digər saytlara göndərən “keçid” deyil özü cavab verən “mənbə” olmaq istəyir. AI Overview-ların kəskin yayılması bu strategiyanın nəticəsidir.

Eyni zamanda, zero-click artıq yalnız Google ilə məhdudlaşmır 2026-da ChatGPT, Perplexity, Gemini, Bing və Meta AI-da da istifadəçilər sual verib cavabı orada alır, sayta getmir.
Brendlər zero-click-dən necə zərər görür?
Demand Local-ın məlumatına görə, HubSpot üzvi axtarış trafikinin 70–80%-ni itirdi. Eyni mənbəyə görə Business Insider isə 2022–2025 arası trafikinin 55%-ni itirdi.
HubSpot-un State of Marketing 2026 Hesabatında respondentlərin 58%-i axtarış həcminin azaldığını, lakin bu axtarışların daha yüksək niyyət daşıdığını bildirir yəni azalan trafik içərisindən gələnlər daha hazır alıcılardır.
Amma burası vacibdir: zero-click yalnız trafik problemi deyil. Atribusiya qeyri-şəffaf olur daha az xarici ziyarətlə analitik platformalar daha az davranış məlumatı əldə edir, ROI modelləri mürəkkəbləşir.
Zero-click axtarış saytları tam məhv edirmi?
Xeyr amma qaydaları dəyişdirir. Trafik düşürsə belə, AI cavab bloklarında sitat kimi görünmək marka üçün dəyər yaradır. AI xülasəsində sənin ekspertliyin oxunur, istinad edilir, etibar qazanılır amma trafik statistikasında görünmür.
Uğurun yeni ölçüsü budur: nə qədər klik deyil, nə qədər sitat.
Bir AI sitasiyası eyni axtarışda 3-cü sırada yer tutmaqdan daha çox keyfiyyətli trafik gətirə bilər.
AEO və Zero-Click əlaqə nədir?

AEO (Answer Engine Optimization) məhz zero-click dünyasının marketinq cavabıdır. Zero-click axtarış dövrünün gəlişi AEO-nun yüksəlişini sürətləndirdi. Ənənəvi SEO ilə AI-driven kəşf arasındakı körpü artıq AEO-dur.
Məzmununu AEO standartlarına uyğun qursanız ilk abzasda birbaşa cavab, sual yönümlü H2-lər, FAQ schema, müqayisə cədvəlləri - AI sistemlər səni sitat mənbəyi kimi seçir. Trafik azalsa belə, sənin ekspertliyin AI cavablarında yaşayır.
Zero-click dünyasında görünmək üçün 5 addım
Zero-click axtarış SEO-nu öldürdümü? Xeyr. Amma SEO-nun tərifi dəyişdi. Ənənəvi axtarışda birinci 10-da sıralanan səhifələr AI Overview sitasiyalarının 99%-ni təmin edir. Güclü SEO AI axtarış görünürlüyünün əsası olaraq qalır.
01. Məzmunu "sitat üçün" yaz, "klik üçün" deyil
AI sistemləri istifadəçinin niyyətinə birbaşa cavab verən məzmunu prioritet qəbul edir. Hər məqaləni 50–70 sözlük xülasə ilə başla ki, əsas sualı oxucu sayta getmədən anlasın. Bu sənin əleyhinə deyil. AI tərəfindən sitat götürülmənin açarıdır.
02. Strukturlu məlumat (schema) artıq məcburidir
E-E-A-T siqnalları - məzmunun təzəliyi, faktiki ardıcıllıq və strukturlu məlumat AI sistemlərinin hansı mənbəni seçəcəyini müəyyən edir. FAQPage, HowTo, Article schema-ları olmadan AI Overview-a düşmək demək olar ki, mümkünsüzdür.
03. Ticari niyyətli məzmuna fokuslan
Tranzaksion axtarışlar - istifadəçinin almaq istədiyi axtarışlar hələ də klik gətirir. İnformativ məzmunu AI sitasiyası üçün optimallaşdır, ticari məzmunu isə konversiya üçün.
04. Trafiki diversifikasiya et
2026-nın uğurlu kontent biznesləri multi-platform varlığı məcburi sayır: TikTok və Instagram üçün qısa video, YouTube üçün uzun edukativ məzmun, LinkedIn üçün peşəkar postlar, e-mail üçün newsletter. Google-a tam etibar etmək artıq riskdir.
05. Metrikanı dəyiş
Klik sayı artıq uğurun tam mənzərəsini vermir. Yeni uğur meyarları: AI cavablarında marka görünürlüyü, sitat tezliyi, entity etibarı. Analitika qurğularını bu yeni reallığa uyğun yenidən konfiqurasiya et.
SEO ölmürdü - GEO (Generative Engine Optimization) adlı yeni bir formaya çevrildi. Məqsəd artıq yalnız sıralamada deyil, AI cavablarında sitat olmaqda.
Zero-click search saytıma zərər verir?
Üzvi klik trafikinə zərər verir amma marka görünürlüyünü artıra bilər. AI Overview-da sitat olmaq etibar yaradır, hətta klik olmasa belə.
Zero-click nə qədər axtarışı əhatə edir?
2026-da bütün Google axtarışlarının 60%-i zero-click ilə bitir. AI Mode aktiv olan sorğularda bu faiz 93%-ə çatır.
Hansı məzmun hələ də klik gətirir?
Tranzaksion (alma niyyətli), lokal (“yanımda” axtarışları) və çox mənbə tələb edən araşdırma sorğuları hələ də klik gətirir.
Zero-click dünyasında kontent strategiyam nə olmalıdır?
İki paralel strategiya: informativ məzmunu AI sitasiyası üçün optimallaşdır (AEO/GEO), ticari məzmunu isə konversiya üçün saxla. Yalnız birini seçmək işləmir.
Metrikimi necə dəyişim?
Klik və trafik yanına əlavə et: AI Overview-larda marka görünürlüyü, sitat tezliyi, share of voice. Bu yeni göstəricilər real marketinq dəyərini əks etdirir.
Contributors
Subscribe to our newsletter
Sharing means caring
Rate the article
Keep on reading
Stay in the loop
Be the first to know when we release a new article



