arrow whitearrow white

Beynəlxalq İslamofobiya Konfransı Trenders ilə trend oldu!

arrow down
Beynəlxalq İslamofobiya Konfransı Trenders ilə trend oldu!

Beynəlxalq İslamofobiya Konfransı Trenders ilə trend oldu!

15-16 mart tarixlərində “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransın rəqəmsal marketinq partnyoru kimi Trenders Team tədbirin təbliğində və uğurunda mühüm rol oynayıb. Komandamız konfrans haqqında məlumatlılığı artırmaq və iştirakçıları cəlb etmək üçün sosial media marketinqiməzmun marketinqini əhatə edən hərtərəfli rəqəmsal marketinq strategiyasını həyata keçirdi. Bu, Azərbaycanda ilk dəfə keçirilən tədbir idi və müsəlmanlara qarşı ayrı-seçkilik və nifrət məsələlərini həll etmək üçün dünyanın müxtəlif ölkələrindən ekspertləri bir araya toplamışdı. 

Konfransda islamofobiya ilə bağlı səbəb və nəticələrdən tutmuş onun qarşısının alınması və ona qarşı mübarizə üsullarına qədər geniş spektrli məsələlər müzakirə olunurdu. Spikerlər qərəz və dezinformasiya kimi İslamofobiyanın əsas səbəblərini aradan qaldırmaq üçün strategiyaları, eləcə də bütün dünyada müsəlmanlar üçün daha əhatəli və təhlükəsiz mühitin yaradılması yollarını müzakirə edirdilər.

Konfrans haqqında səs-küy və həyəcan yaratmaq məqsədi ilə sosial media kanallarından istifadə etdik. Biz konfransın sosial media platformalarında daimi olaraq bütün dünya ölkələri üzrə aktiv paylaşmlar edir və potensial iştirakçılarla əlaqə saxlamaq üçün videolar və infoqrafika da daxil olmaqla vizual cəlbedici məzmunlar hazırlayırdıq.

Həmçinin FacebookYoutube-da konfransa daha çox trafik cəlb edən canlı yayımları həyata keçirdik.

Sosial media kanalları vasitəsi ilə tədbirin aktiv görünməsini artırmaq üçün məzmun strategiyası hazırladıq. Konfransda əsas məruzəçiləri və müzakirə mövzularını vurğulayan sitatları hər çıxışdan sonra paylaşıb, gündəmi islamofobiya mövzusunda saxlamağa çalışırdıq. Eyni zamanda xəbər saytlarına press-relizlər üçün mühüm materialaları ötürülməsini həyata keçiriridik.

Konfransla bağlı gördüyümüz işlərin bir hissəsi:

Postlar 

Konfransa ilə bağlı sosial mediayaya uyğun postlar dizayn olundu. Canlı konfrans zamanı qeyd olunan əsas nüanslar, sitatlarla və s. bağlı aktiv paylaşımlarla operativ şəkildə sosial media dəstəyi olundu. 

Həştəqlər

Qısa müddətdə daha geniş auditoriyaya çatmaq üçün islamofobiya ilə bağlı fərdi və unikal həştəqlər müəyyən olundu. Bu həştəqlərədən effektiv şəkildə istifadə olunaraq konfransın təkcə Azərbaycanda deyil, demək olar ki,  bütün dünyada tanınmasını həyata keçirdik. Tədbirdə iştirak edən iştirkaçılar sosial media hesablarında tədbirdən daimi olaraq fotolar yerləşdirir, natiqlərdən sitatlar paylaşılır, twittlər isə tez - tez retvit edilirdi və beləliklə Twitter-də #Islamophobia həştəqi trend olmağı bacardı.

Konfransla bağlı müəyyən etdiyimiz həştəqlər:

#iicBaku2023

#Islamophobia

#StopIslamophobia

#SayNoToIslamophobia

Trend 

Sosial media platformalarında (Instagram, Facebook, Twitter, LinkedIn) konfransla bağlı 24 saat aktiv  paylaşımlar edərək həm konfrans, həm də “islamofobiya” anlayışının qlobal səviyyədə tanınmasını təmin etdik. Bunula da #Islamophobia həştəqi "Twitter"in Azərbaycan trendində 1-ci yerdə, Fransa trendində 2-ci yerdə, Türkiyə trendində 3-cü yerdə oldu.

Konfrans beynəlxalq mediada da işıqlandırıldı, bir sıra böyük media və xəbər saytlarında məqalələr dərc olundu. Bu, konfransın və onun mesajının daha geniş auditoriyaya çatdırılmasına kömək etdi.

Azərbaycan

Türkiyə

Fransa

Canlı yayım

Konfransa qoşulmaq istəyən hər kəs rahatlıqla canlı formada izləyə bilsinlər deyə Faceboook və Youtube platformalarında canlı yayımlar həyata keçirdik. Daha sonra həmin yayımlar bu platformalarda paylaşıldı.

https://www.youtube.com/watch?v=8idPnMPRIC0

Trenders komandası olaraq belə mühüm tədbirin bir hissəsi olmaqdan və konfransın təbliğinə kömək etməkdən qurur duyuruq.

Əminiklə deyə bilərik ki, irəliyə sürdüyümüz məqsədyönlü strategiyalar yaxşı nəticələr əldə etməyimizə kömək etdi!

No items found.

Contributors

Nargiz Aliyeva
Nargiz Aliyeva
Social Media Manager at Trenders Team

Subscribe to our newsletter

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Sharing means caring

Rate the article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Stay in the loop

Be the first to know when we release a new article

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.
start a project
start a project
start a project
start a project
arrow whitearrow white